Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2993/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci il tarixdə Cavabdeh ilə nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Fidan adlı qızı və xx xxx 2008-ci il tarixdə Cavid adlı oğlu doğulmuşdur. Cavabdehlə aralarında olan nikah sonuncunun tələbinə əsasən Göyçay rayon məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqları onun himayəsinə verilmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli əmri ilə uşaqlarının saxlanılması üçün cavabdehin aylıq qazancının üçdə bir hissəsinin tutulub ona verilməsi qərara alınmışdır. Həmin əmrə əsasən cavabdehin əmək haqqından tutulan və Kapital Bankda açılmış hesabına keçirilən alimentin miqdarı qeyri-sabit və qeyri-müntəzəm olduğundan o, 2013-cü ilin may ayında alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsi alimentin sabit pul məbləğində tutulması tələbinə dair 2(010)-2481/2013 saylı mülki işə xx xxxx 2013-cü il tarixdə baxaraq tələbin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxardı. Həmin qətnamədən apelyasiya şikayəti verdi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edildi, Bakı şəhəri Suraxnı rayon məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ləğv edildi, Cavabdeh əmək haqqından tutulan alimentdən əlavə hər uşağa ayda 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edildi. xx xxxxxx 2014-cü il tarixdə həmin qətnamə əsasında verilmiş icra sənədinin icrasına başlanılsa da 2014-cü ilin oktyabr ayınadək sabit pul məbləğində alimentdən heç bir ödəniş edilməmiş və yalnız əmək haqqının bir hissəsi kimi müəyyən edilən aliment məbləği cavabdehin əmək haqqından tutulmuşdur. Onun çoxsaylı müraciətlərindən və şikayətlərindən sonra 2014-cü ilin oktyabr ayında başlayaraq aliment borcunun tutulması cavabdehin əmək haqqının 70 faizinə yönəldilmişdir. Lakin cavabdeh Xəzər dəniz gəmiçiliyində kapitan köməkçisi işlədiyi üçün ilin müəyyən aylarında əmək haqqı almadığından o, alimentin əmək haqqından tutulan hissəsini müntəzəm almır. Həmçinin alimentin sabit pul məbləğində olan hissəsini də cavabdeh işləmədiyi aylarda ödəmir. Sabit pul məbləğində təyin edilmiş alimentin məbləği çox azdır və uşaqlarının maddi təminatı üçün yetmir. Uşaqların hər ikisi məktəblidir, qızı Fidan orta məktəbin 8-ci sinifində, oğlu Cavid isə 7-ci sinfində təhsil alır. Uşaqlar böyüdükcə onların saxlanması üçün xərclər də artır. Ona görə də sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013–cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il tarixdə doğulmuş qızı X2 və xx xxx 2008-ci il tarixdə doğulmuş oğlu X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində uşağın hər birinə 50 manat olmaqla hər ay cəmi 100 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşağa 150 manat olmaqla ayda 300 manat alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı öz izahatına əsasən, nikahın pozulmasına Göyçay rayon məhkəməsi tərəfindən baxıldığını, alimentin ilk olaraq 2011-ci ildə təyin edilməsini, 2013cü ildə artırılmasını təyin edilməsini, həmin müddətdən sonra alimentin artırılmasını istəmədiyini qeyd etməklə, valideyndərin xəstə olduğunu, eyni zamanda 2 azyaşlı uşağa baxılmasını, cavabdehin 2 ay işliyib, 3 ay işləmədiyini, evdə olanda ona gəlir gəlmədiyini bildirmişdir. Özü işləsə də, axırıncı iki il işlədiyini, əvvəllər 120 manat maaş aldığını və yalnız son aylar üçün 250 manat məbləğində maaş aldığını, özünün kirayə yaşadığını bildirmişdir. Uşaqların artıq birinin 14 yaşında oluğunu, digərinin isə 12 yaşı olduğunu və bununla əlaqədar uşaqların tələbatlarının, artırılmasını, o cümlədən təhsillə, dərsliklərin, məktəb formasının alınması, müalicə və sağlamlığın saxlanılması ilə bağlı xərcləri artırılmasını nəzərə alaraq, aliment məbləğinin artırılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz etdiyini, alimentin artıq cavabdehin bütün gəlirlərindən 1/3 hissədə tutulmasını qət edilməsini bildirmiş, 2018-ci il və 2019-cu il tarixli arayışa əsasən, nə qədər aliment tutulduğunu, cavabdeh gələcəkdə uşağına göstərmək üçün həmişə bu sənədləri evdə saxladığını bildirmişdir. Qanunun tələbi var, üçdə bir hissə kəsilmişdir, əlavə olaraq 50 manat hər uşağa kəsilmişdir. Cavabdeh istəməsə belə bu məbləğ onun maaşından tutulur. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsi və vəkilini dinləyərək, toplanmış sübutları və iş materiallarını araşdıraraq, ailə qanunvericiliyinin müddəalarını nəzərə alaraq, hesab edir edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı xx xxxxxx 2006-cı il tarixdə doğulmuş X7 və xx xxx 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-2481/2013 saylı qətnaməsi ləğv edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(046)- 617/2011 nömrəli əmri ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmişdir. xx xxxxxx 2006-cı il təvəllüdlü X7 və xx xxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Bakı Apelysiya Məhkəsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X6 nikahlarını xx xxxxxx 2011-cı il tarixdə ləğv etmişlər, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 1331 sayla qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra sonra ərin soyadı Kazımov, arvadın isə Mahmudova kimi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı, 878204 saylı doğum haqqında şəhadədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı, 181658 saylı doğum haqqında şəhadədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxx 2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2008-ci il tarixdə 2499 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Hazırkı mübahisədə nəzər alınmalı məsələlərdən biri cavabdehin üç uşağın saxlanması üçün aliment ödəməsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsi alimentin aylıq qazancın (başqa gəlirlərin) müəyyən hissəsi kimi tutulmasını müəyyən edərkən ( 1 uşağa görə—qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı), aliment ödənilməli olan uşaqların sayının artması ilə alimentin ümumi məbləğinin müəyyən qədər azalmasını tənzimləməklə, hər iki tərəfin maddi mənafelərinin təmin edilməsində müəyyən tarazlığa nail olunmasına çalışmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hətta alimentin «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu ilə 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 160 manat həddində tutulması halında da, xeyrinə aliment tutulan uşağın mənafeləri ilə aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunmalı, uşağa görə sabit aliment məbləği ödənilərkən həmin məbləğ uşağın mənafeyinə və valideynin hazırki maddi vəziyyətinin, rəsmi gəlirinin 180 manat olduğuna müvafiq olaraq və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən etdiyi prinsiplər nəzərə alınmaqla ağlabatan həddə təyin edilməlidir. X12 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X10” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "X10" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "X10" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X10” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə qəbul olunmuş “X10” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X10” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh adında övladları anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında nikahın pozulması, azyaşlı övladlarının iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Göyçay rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli əmri ilə uşaqlarının saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdəbir hissəsinin tutulub ona verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il tarixdə doğulmuş qızı X2 və xx xxx 2008-ci il tarixdə doğulmuş oğlu X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində uşağın hər birinə 50 manat olmaqla, hər ay cəmi 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə zəruri olaraq qeyd etməyi hesab edir ki, iddiaçı tərəfindən 2013-cü ildən sonra alimentin artırılmasına dair məhkəməyə iddia ilə müraciət etməmiş, yalnız 2020-ci il tarixdə müraciət etmiş, bütün bu illər ərzində uşaqların saxlanılması üçün, o cümlədən təhsillə, müalicə ilə, inkişafı ilə bağlı tələbatları artırılsa da, alimentin miqdarının artırılmasını istəməmişdir. Bundan başqa iddiaçı rəsmi əmək haqqından da başqa müəyyən əlavənin alınması barədə məlumat verməklə, ona dair heç bir maddi sübut, rəsmi sənəd təqdim etməmiş, həmin əlavəni barədə məlumatın nə qədər doğru olmasını da müəyyən etmək mümkün olmamışdır. Alimentə dair etirazını yalnız birinci nikahdan olan uşaqların yeni ailə qurması ilə artıq alimentin əmək haqqına yönəldilməsi ilə əsaslandırır. Uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcllərindən az olmayan maddi təminat hüququ olmasını, hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyini, tələbatlarının artırılmasını, uşaqların artıq 14 və 12 yaşa çatmasını, artıq ibtidai məktəbində deyil, orta siniflərində oxuduqlarını və bununla əlaqədar ananın maddi vəziyyətinin də ağırlaşmasını, və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Beləliklə, xx.xx.2006-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Apellyasiya Məhkəməsinin Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli 2(103)-5084/2013 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin sabil pul məbləği artırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin məbləğinin artırılmasının əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ona görə ki, xx.xx.2006-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 50 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Apellyasiya Məhkəməsinin Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli 2(103)-5084/2013 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırki iş üzrə alimentin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Apellyasiya Məhkəməsinin Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli 2(103)-5084/2013 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdən tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun xx xxxx 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Mülki kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə,xx.xx.2006-cı il təvəllüdlü X2 və xx xxx 2008-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 80 (səksən) manat, ümumilkdə 160 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-2993/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2993/2020
05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver