Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-2997/2020 03.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakim Miriyeva Səlimə Miri qızı, Kreditor “xxxxxxxxxxx” X1 Borclu qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor “xxxxxxxxxxx” MMC Borclu qarşı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 1 mənzil 78 ünvanında qeydiyyatda olan Borclu 1500 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1520 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************- *******) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu kredit müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-dən dəyəri 1629 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1500 manat borcu qalmışdır. Odur ki, borcludan 1500 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1520 manat məbləğində pul vəsaitinin alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: “xxxxxxxxxxx” MMC ilə alıcı Borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Borclu “xxxxxxxxxxx”dən hissəhissə ödəniş etmək şərti ilə 1629 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 129 manatını ilkin ödəmiş, qalan 1500 manat məbləği, 15 ay müddətə, hər ay 100 manat olmaqla “xxxxxxxxxxx”yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Borclu ilə xx.xx.2018-ci il tarixli, XDK5674160 saylı müqavilə üzrə ödənilməmiş 1500 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu kreditor «xxxxxxxxxxx» MMC-yə 1500 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа, MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş və ünvan 1 mənzil 78 ünvanında qeydiyyatda olan Borclu 1500 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1520 (min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq “xxxxxxxxxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2997/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-2997/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver