Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3009/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62326 Samsung Galaxy A51 markalı telefon üçün 716.4 (yeddi yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 138.6 (yüz otuz səkkiz manat, altmış qəpik) manat dəbbə, 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34327 Samsung Galaxy A51 markalı telefon üçün 623.6 (altı yüz iyirmi üç manat, altmış qəpik) ödənilməmiş hissə, 185.4 (yüz səksən beş manat, qırx qəpik) manat dəbbə, 10.04.2020ci il tarixli müqaviləsinə əsasən, X3 Active 2 markalı qol saatı üçün 745.2 (yeddi yüz qırx beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 141.8 (yüz qırx bir manat, səksən qəpik) manat dəbbə və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2581 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh, "xxxx" MMC ilə 28.03.2020-ci il, 28.03.2020-ci il, 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62326 Samsung Galaxy A51 markalı telefon, İMEİ kodu **********34327 Samsung Galaxy A51 markalı telefon və X3 Active 2 markalı qol saatı almış və nəticədə 2551 (iki min beş yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 800.4 (səkkiz yüz manat, qırx qəpik) manat (18 ay x 42.3 manat + 39 manat ilkin ödəniş) İMEİ kodu **********62326 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 855 (səkkiz yüz əlli beş) olmaqla ondan, 716.4 (yeddi yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 138.6 (yüz otuz səkkiz manat, altmış qəpik) manat dəbbə 28 mart 2020-ci tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 885.6 səkkiz yüz səksən beş manat, altmış qəpik) (12 ay x 56.8 manat + 204 manat ilkin ödəniş) İMEİ kodu **********34327 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 809 (səkkiz yüz doqquz) manat olmaqla ondan, 623.6 (altı yüz iyirmi üç manat, altmış qəpik) ödənilməmiş hissə, 185.4 (yüz səksən beş manat, qırx qəpik) manat dəbbə; 10 aprel 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 838.2 (səkkiz yüz otuz səkkiz manat, iyirmi qəpiki) manat (18 ay x 43.9 manat + 48 manat ilkin ödəniş) X3 Active 2 markalı qol saatı üçün ümumilikdə, 887 (səkkiz yüz səksən yeddi) manat olmaqla ondan, 745.2 (yeddi yüz qırx beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 141.8 (yüz qırx bir manat, səksən qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 439 manat təşkil edir. O, 28.03.2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********62326 Samsung Galaxy A51 markalı telefon üçün 716.4 (yeddi yüz on altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 138.6 (yüz otuz səkkiz manat, altmış qəpik) manat dəbbə, 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********34327 Samsung Galaxy A51 markalı telefon üçün 623.6 (altı yüz iyirmi üç manat, altmış qəpik) ödənilməmiş hissə, 185.4 (yüz səksən beş manat, qırx qəpik) manat dəbbə, 10.04.2020-ci il tarixli müqaviləsinə əsasən, X3 Active 2 markalı qol saatı üçün 745.2 (yeddi yüz qırx beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 141.8 (yüz qırx bir manat, səksən qəpik) manat dəbbə və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2581 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 800.40 manat olan “Samsung Galaxy A51” markalı telefon ilkin 39 manat və hər ay 42.30 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 885.60 manat olan ““Samsung Galaxy A51” markalı telefon ilkin 204 manat və hər ay 56.80 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 10 aprel 2020-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 838.20 manat olan “X3 Active 2” markalı telefon ilkin 48 manat və hər ay 43.90 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş 27 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 716.4 manat məbləğində ödənilməmiş əsas məbləğ və 138.6 manat məbləğində cərimə olmaqla – cəmi 855 manat məbləğində borcu, 10 aprel 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 745.2 manat məbləğində ödənilməmiş əsas məbləğ və 141.8 manat məbləğində cərimə olmaqla – cəmi 887 manat məbləğində borcu və 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 623.60 manat məbləğində ödənilməmiş əsas məbləğ və 185.4 manat məbləğində cərimə olmaqla – cəmi 809 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 716.40 manat, 28 mart 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 623.60 manat məbləğində pul və 10 aprel 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 745.20 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 28 mart 2020-ci il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat, 10 aprel 2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat və 28 mart 2020-ci il il tarixli Alğı-satqı müqaviləsi üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 28 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 716.40 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə , 10 aprel 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 745.20 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində cərimə və 28 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 623.60 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 2115.20 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 mart 2020-ci il tarixli müqavilə üzrə 716.40 (yeddi yüz on altı manat 40 qəpik) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 28 mart 2020-ci il tarixli müqavilə üzrə 623.60 (altı yüz iyirmi üç manat 60 qəpik) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 10 aprel 2020-ci il tarixli müqavilə üzrə 745.20 (yeddi yüz qırx beş manat 20 qəpik) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 2145.20 (iki min yüz qırx beş manat 20 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3009/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3009/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver