Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3019/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 759.34 ABŞ dolları əsas borc, 416.28 ABŞ dolları faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 02.06.2015-ci il tarixdə 18-15-11-025135 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh şəxsi məqsədlər üçün illik 29% olmaqla, 48 ay müddətinədək 2309 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 02.06.2015-ci il tarixli, 18-15-11-025135 saylı kredit müqaviləsinin müddəaları pozularaq müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. Aralarında bağlanmış 02.06.2015ci il tarixli, 18-15-11-025135 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 02.06.2015-ci il tarixdə 18-15-11-025135 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə (penya) pulu ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərini müdafiə etmələri nəzərə alınmaqla, müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, anası Cavabdeh 2015-ci ildə İddiaçı ASC ilə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə 2309 ABŞ dolları məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı dərc olunduqdan sonra iddaçı bank cavabdehi öz ofislərinə dəvət etmişdir. Orada ona bildirmişlər ki, onun krediti də Fərmanın təsiri altına düşür, buna görə də onun hesabına 1275.28 manat məbləğində kompensasiya köçürülüb və o, banka yaxınlaşıb həmin pulu götürməlidir. Cavabdeh orada bank işçisinə bildirmişdir ki, onun banka borcu var və xahiş etmişdir ki, həmin borcu kompensasiyadan silsinlər. Lakin bank işçisi hər dəfə kobud surətdə bildirmişdir ki, onun heç bir borcu yoxdur. Cavabdeh bu barədə sənəd tələb edəndə bildirmişlər ki, indi müştəri çox olduğuna görə sonra gəlsin. Cavabdeh sonradan yenə də banka yaxınlaşanda yenə onun banka heç bir borcu olmadığını demişlər və əlavə etmişlər ki, gedib kartı götürüb ona köçən kompensasiyanı götürsün. Bundan sonra onlar dəfələrlə həmin qalıq borcu ödəmək istəsələr də onlara qəti olaraq “Sizin heç bir borcunuz yoxdur” demişlər. İndi nə əsasla iki ilə yaxın vaxt keçəndən sonra onlardan pul tələb edilir? Onlar yalnız əsas borcu ödəməyi qəbul edirlər. Çünki o vaxt cavabdehə köçən kompenssasiyadan həmin borcu silmək bankın vəzifəsi idi. Əgər onlar həmin vaxt bu səhvi etməsə idilər, bu qədər da faiz hesablanmazdı. Odur ki, iddianın qismən - yalnız əsas borcun (1 ABŞ dolları = 1.05 manat ekvivalentində) tutulması hissəsində təmin edilməsini, qalan hissədə isə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 02.06.2015-ci il tarixli, 18-15-11- 025135 saylı kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Borc verən şəxsi məqsədlə üçün Borc alana illik 29% olmaqla, 48 ay müddətinə qaytarmaq şərtilə 2309 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. 02.06.2015-ci il tarixli, 18-15-11-025135 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin 02.06.2015 – 03.06.2019-cu il tarixləri arasında hər ay ~81.80 ABŞ dolları ödənilməsi təsdiq edilmişdir. 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02.06.2015-ci il tarixli, 18-15- 11-025135 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borcu 759.34 ABŞ dolları, faiz borcu 416.28 ABŞ dolları, cəmi 1175.62 ABŞ dolları təşkil edir. 29.01.2021-ci il tarixli xəbərdarlıqdən görünür ki, Cavabdeh borcunun məbləği və borc vaxtında ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli, 9/6523 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02.06.2015-ci il tarixli, 18-15-11-025135 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq maliyyə arayışının tarixinə, yəni 22.04.2021-ci il tarixə olan borcu əsas borc üzrə 773.71 ABŞ dolları, faiz borcu üzrə 379.63 ABŞ dolları olmaqla, cəmi 1153.34 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Problemli kreditlərin sorğulanması” elektron xidmətindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında 21.12.2015-ci il tarixinə olan 2126.14 ABŞ dolları kredit borcuna görə ona 1275.68 manat məbləğində kompensasiya hesablanmış, “ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə”də heç bir məbləğ qeyd edilməmiş, 1275.68 manat məbləğində pul sərəncamda qalan hissə kimi göstərilmişdir (Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən məlumatların həqiqiliyi yoxlanılmışdır). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 02.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borc alana illik 29% olmaqla, 48 ay müddətinə qaytarmaq şərtilə 2309 ABŞ dolları məbləğində kredit verilmiş, Borc alan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda İddiaçı ASC həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilmədiyini iddia edərək məhkəmədən ödənilməmiş əsas və faiz borcunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh adından izahat verən nümayəndəsi isə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 02.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə olan kredit borcuna görə 1275.68 manat məbləğində kompensasiya hesablandığını, lakin bu borcun kredit müqaviləsi üzrə qalıq borca çıxılmadığını, kompensasiyanın bütövlükdə cavabdehə verildiyini, ona heç bir borcunun qalmadığının deyildiyini bildirmiş, əlavə etmişdir ki, Bank tərəfindən müvafiq kompensasiya məbləğindən qalıq borc çıxılmalı olduğu halda çıxılmamış, pul bütövlükdə kompensasiya məbləği kimi verilmiş, buna baxmayaraq, aradan keçən iki il müddətində cavabdehə əsassız faiz hesablanmışdır. Hər bir halda kredit müqaviləsi üzrə əsas borcu ödəməyə (həmin dövrə olan məzənnə üzrə) etirazları olmadığını, lakin faiz borcunu qəbul etmədiklərini bildirmişdir. Məhkəmə ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin izahatı və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının “Problemli kredit məlumatlarının sorğulanması” elektron xidmətindən çıxarış əsasında əldə edilmiş və məhkəmə tərəfindən həqiqiliyi yoxlanılmış məlumatlardan görünür ki, həqiqətən də İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış 02.06.2015-ci il tarixli kreditli müqaviləsi üzrə kredit öhdəliklərinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kompensasiya tətbiq edilmişdir. Bu Fərmana uyğun olaraq Cavabdeh 21.12.2015-ci il tarixə İddiaçı ASC-yə olan 2126.14 ABŞ dolları kredit borcuna 1275.68 manat məbləğində kompensasiya hesablanmış, lakin bu məbləğin heç bir hissəsi qalıq borca çıxılmamış, bütövlükdə Cavabdeh sərəncamına verilmişdir. Bu kompensasiyanın məhz İddiaçı ASC ilə bağlanmış 02.06.2015-ci il tarixli kredit müqaviləsinə görə ödənilmiş olması mübahisəsizdir. Çünki qeyd edilən sistemdən çıxarışdan görünür ki, Cavabdeh yalnız İddiaçı ASC qarşısında cəmi bir kredit müqaviləsi üzrə xarici valyutada kredit öhdəliyi olmuşdur. Kredit müqaviləsi üzrə kredit öhdəliklərinə həqiqətən kompensasiya tətbiq edildiyi müəyyən edildikdən sonra aydınlaşdırılmalı olan ikinci məsələ Bankın kompensasiya məbləğinin bir hissəsini ödəniş müddəti keçmiş əsas kredit bocunun ödənilməsinə yönəltmədən hesablanmış kompensasiya məbləğini bütövlükdə Borc alana ödəməsi məsələsidir. İlk növbədə, qeyd edilməlidir ki, müvafiq kompensasiyanın ödənilməsinə əsas olmuş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Yəni, bu Fərmana əsasən, iddiaçı Bankın vəzifəsi idi ki, Borc alana hesablanmış kompensasiyadan ilk növbədə, ödəniş müddəti keçmiş əsas kredit borcunu çıxsın, daha sonra qalan məbləği Borc alanın sərəncamına versin. Bu Fərmanın icrası məqsədilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndində ödəniş müddəti keçmiş əsas kredit borcunun anlayışı verilmiş, izah edilmişdir ki, ödəniş müddəti keçmiş əsas kredit borcu – fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Bu baxımdan iddiaçı Bank yalnız o halda kompensasiyanı borca görə heç bir tutulma olmadan Borcalanın sərəncamına verə bilərdi ki, Borcalanın 2019-cu il martın 1-nə ödəniş müddəti 10 gündən çox gecikdirilmiş əsas kredit borcu olmasın. Lakin iş materiallarında olan və Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları, eləcə də bu məlumatlar əsasında ekspert tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, həmin tarixdə Borcalanın müqavilə üzrə ödənilməmiş əsas kredit borcu olmuşdur. Həmin sənədlərdən görünür ki, Borc alan kredit müqaviləsi üzrə əsasən hər ay müəyyən məbləğdə ödənişlər etsə də bu ödənişlərin məbləğləri ödəniş cədvəlinə uyğun olmamışdır. Belə ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən aylıq ~82 ABŞ dolları ödəniş edilməli olduğu halda Borc alan ilk bir neçə ay ödəniş cədvəlinə uyğun ödəniş etdikdən sonra hər dəfə aylıq ~64 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Bu səbəbdən onun 2019-cu il martın 1-nə ödəniş müddəti gecikdirilmiş əsas borcu olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin 03.06.2019-cu il tarixdə bitdiyi nəzərə alındıqda, ideal vəziyyətdə, yəni Borcalanın hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəniş etdiyi halda onun Bank qarşısında 01.03.2019-cu il tarixinə cəmi 308.34 ABŞ dolları əsas borcu qalmalı idi. Lakin Borcalan kredit öhdəliklərini lazımınca icra etmədiyindən onun Bank qarşısında 01.03.2019-cu il tarixinə cəmi 773.71 ABŞ dolları əsas borcu olmuşdur. Deməli, 01.03.2019-cu il tarixinə Borcalanın Bank qarşısında ödəniş müddəti keçmiş əsas kredit borcu 465.37 (773.71 – 308.34) ABŞ dolları olmuşdur. Belə olan halda yuxarıda qeyd edilmiş Fərmana və onun icrası məqsədilə hazırlanmış Qaydaya uyğun olaraq hesablanmış kompensasiya məbləği ilk növbədə, məhz həmin borcun ödənilməsinə yönəldilməli, qalan məbləğ Borcalanın sərəncamına verilməli idi. Lakin iddiaçı Bank kompensasiya məbləğindən əsas borca görə heç bir tutulma edilmədən bütün məbləği birbaşa Borcalanın sərəncamına vermiş, üstəlik bunda Borcalanın heç bir kənar təsiri olmamış, kompensasiyanın ödənilməmiş əsas borca yönəldilməsi səlahiyyəti tamamilə Bankda olmuşdur. Buna baxmayaraq, Bank həmin kompensasiyadan ödənilməmiş əsas borcu silməmiş, bununla da kreditor kimi icranı gecikdirmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Hazırkı vəziyyətdə yuxarıda qeyd edilmiş Fərmanda “hesablanmış kompensasiyanın ilk növbədə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi”nin nəzərdə tutulması “öhdəliyin kreditora təklif edilmiş icrası”dır, lakin kreditor həmin məbləği vaxtında kompensasiyadan çıxmayaraq icranı gecikdirmişdir. Lakin bununla belə Bankın həmin borcun ödənilməsini sonradan Borcludan tələb etmək hüququ istisna edilmir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “kreditorun icranı gecikdirməsi” adlanan 446-cı maddəsində kreditorun icranı gecikdirməsi ilə borclunun icradan azad edildiyi müəyyən edilməmişdir ki, belə bir şərtin müəyyən edilməsi də ağlabatan deyil. Təsadüfi deyil ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də hər nə qədər vaxtında ödənilmiş kompensasiyadan qalıq borcun tutulmasını Bankdan xahiş etdiklərini, lakin Bankın bu xahişi nəzərə almadığını bildirsə də kredit müqaviləsi üzrə qalıq əsas borcun ödənilməsindən imtina etməmişdir. Sadəcə olaraq, cavabdehin nümayəndəsi mübahisələndirmişdir ki, Bank kompensasiya məbləğindən vaxtında qalıq borcu çıxmadığına görə ona əlavə faiz hesablanmışdır və o, bu faizi ödəməyə razı deyil. Lakin iş materiallarından görünür ki, müvafiq Fərmana uyğun olaraq kompensasiyanın hesablandığı 01.03.2019-cu il tarixdən sonra Borcalana cəmi 18.85 ABŞ dolları faiz hesablanmış, müqavilənin müddətinin bitdiyi 03.06.2019-cu il tarixdən etibarən isə heç bir əlavə faiz hesablanmamışdır. Yəni, cavabdehdən tələb edilən faiz borcunun böyük hissəsi müvafiq Fərmana uyğun kompensasiyanın ödənilməsindən əvvəlki dövr üzrə hesablanmış faizlərdir. Bu baxımdan cavabdehin iddia etdiyindən fərqli olaraq, ondan tələb edilən faiz kompensasiyanın verildiyi tarixdən sonra hesablanmış əlavə faiz deyil, onun müqavilə bağlayarkən 48 ay ərzində ödəməyi öhdəsinə götürdüyü və ödəniş cədvəlinə imza etməklə cədvələ uyğun olaraq ödəməyi qəbul etdiyi faizlərdir. Yəni, kompensasiya məbləğindən vaxtında tutulma edilməməsinə görə cavabdehə hər hansı əlavə faiz hesablanmamışdır. Buna baxmayaraq, məhkəmə razılaşır ki, cavabdehə verilmiş kompensasiya məbləği ilə vaxtında qalıq qalmış bütün əsas borcun bağlanılması mümkün idi. Belə olan halda isə ona kompensasiyanın hesablandığı tarixdən sonra (01.03.2019) faiz hesablanmasına zərurət qalmayacaqdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 446.3-cü maddəsinə əsasən pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Belə olan halda məhkəmə hesab edir ki, həmin dövr üzrə hesablanmış 18.85 ABŞ dolları faiz borcu ümumi faiz borcundan çıxılmalıdır. Üstəlik, nəzərə alınmalıdır ki, iddiaçı Bank tərəfindən ödənilməmiş 416.28 ABŞ dolları məbləğində faiz tələb edilsə də iş üzrə verilmiş ekspertiza rəyində faiz borcu 379.63 ABŞ dolları kimi göstərilmişdir. Məhkəmə müvafiq rəyin bu sahədə xüsusi biliyi olan mühasibat ekspert tərəfindən hazırlanmış olmasını və rəyin doğruluğunu şübhə altına alacaq hər hansı halın aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, rəydəki məbləğ əsas götürüməli, ümumi faiz məbləği 360.78 (379.63-18.85) ABŞ dolları olaraq müəyyən edilməlidir. Məhkəmə təkrar qeyd etməyi zəruri hesab edir ki, faiz borcunun bütövlükdə silinməsi mümkün deyil. İlk növbədə, ona görə ki, müvafiq Fərmanla yalnız əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin kompensasiyası və müvafiq kompensasiya məbləğinin yalnız ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi imkanı nəzərdə tutulmuşdur. Yəni, faiz borcları bu Fərmanın təsir dairəsindən tamamilə kənardır. Digər tərəfdən, tələb edilən faiz borcu kompensasiyanın verilməsindən sonrakı dövrə hesablanmış borc deyil, əksinə konpensasiyanın verildiyi tarixədək hesablanmış və ödənilməmiş faiz borcudur. Bu baxımdan məhkəmə həmin faiz borcunu bütövlükdə silməyə haqlı deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə 759.34 ABŞ dolları əsas (ekspert rəyində nisbətən daha yuxarı məbləğ müəyyən edilsə də məhkəmə iddia tələbindən kənara çıxmır) və 360.78 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Tutulacaq borcun hansı məzənnə üzrə tutulmasına gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, əgər iddiaçı Bank cavabdehə ödəniləcək kompensasiya məbləği hesabına ödəniş müddəti keçmiş əsas kredit borcunu silsə idi, cavabdeh əsas kredit borcunu 1 ABŞ dolları = 1.05 AZN ekvivalentində kompensasiya hesabına ödəmiş olacaqdı. Belə olan halda sırf Bank müvafiq borcu kompensasiya məbləğindən vaxtında çıxmadığına görə ödənilməmiş əsas borcun hazırkı məzənnəyə uyğun ödənilməsini müəyyən etmək ədalətsizdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq 759.34 ABŞ dolları məbləğində əsas borc 1 ABŞ dolları=1.05 AZN ekvivalentində olmaqla iddiaçıya ödənilməlidir. Lakin faiz borcuna münasibətdə bunu müəyyən etmək mümkün deyil. Çünki artıq yuxarıda qeyd edildiyi kimi ödənilməmiş faiz borcu kompensasiyanın əhatə dairəsinə daxil deyil, üstəlik, bu borc kompensasiya hesablanmasından əvvəlki dövr üzrə ödənilməmiş faiz borcudur. Bu baxımdan faiz borcuna münasibətdə qətnamənin icra olunduğu günə olan manat məzənnəsi əsas götürülməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, iddia yuxarıda qeyd edilənlər nəzərə alınmaqla qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 759.34 ABŞ dolları əsas borc (1 ABŞ dolları=1.05 AZN ekvivalentində) və 360.78 ABŞ dolları məbləğində faiz borcu öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olan 100 (yüz) manat məbləğində pul da cavabdehdən tutularaq ekspertizanı keçirən orqana ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 02.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 759.34 ABŞ dolları əsas borc (1 ABŞ dolları=1.05 AZN ekvivalentində), 360.78 ABŞ dolları məbləğində faiz borcu öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3019/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3019/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver