Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3023/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 15.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, Mikrodalğalı soba GORENJE üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, 252 (iki yüz əlli iki) manat dəbbə, 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1559 (min beş yüz əlli doqquz) manat ödənilməmiş hissə, 482 (dörd yüz səksən iki) manat dəbbə borcu, eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4311 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh “ABC TELECOM" MMC ilə 20.09.2018-ci il, 15.10.2018-ci il, 29.06.2019-cu il, 29.06.2019-cu il və 07.07.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə HOFFMANN markalı soyuducu, İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, Mikrodalğah soba GORENJE, İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon, Paltaryuyan LG və Samsung LED markalı televizor satılmışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1061 (min altmış bir) manat (18 ay x 58 manat + 17 manat ilkin ödəniş) HOFFMANN markalı soyuducu üçün ümumilikdə, 67 (altmış yeddi) manat olmaqla ondan, 50 (əlli) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 15.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yiiz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, Mikrodalğah soba GORENJE üçün ümumilikdə, 317 (üç yüz on yeddi) manat olmaqla ondan, 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 (altı yiiz yetmiş beş) manat (15 ay x 45 manat + U manat ilkin ödəniş) İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə. 760 (yeddiyiiz altmış) manat olmaqla ondan, 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 (min səkkiz) manat (18 ay x 56 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan LG üçün ümumilikdə, 1096 (min doxsan altı) manat olmaqla ondan, 844 (səkkiz yiiz qırx dörd) manat ödənilməmiş hissə, 252 (iki yüz əlli iki) manat dəbbə 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1639 (min altıyiiz otuz doqquz) manat (12 ay x 134 manat + 31 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 2041 (iki min qırx bir) manat olmaqla ondan, 1559 (min beş yiiz əlli doqquz) manat ödənilməmiş hissə, 482 (dörd yüz səksən iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2003 manat təşkil edir. 20 sentyabr 2018-cu il tarixli müqaviləyə əsasən, 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 15.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, mikrodalğalı soba GORENJE üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 29.06.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, 252 (iki yüz əlli iki) manat dəbbə, 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1559 (min beş yüz əlli doqquz) manat ödənilməmiş hissə, 482 (dörd yüz səksən iki) manat dəbbə və eləcə də, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4311 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 sentyabr 2018-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1061 manat olan HOFFMANN markalı soyuducu ilkin ödəniş 17 manat olmaqla, hər ay 58 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 15 oktyabr 2018-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 900 manat olan İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, Mikrodalğalı soba GORENJE üçün hər ay 50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 29 iyun 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 675 manat olan İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon hər ay 45 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 29 iyun 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1008 manat olan olan Paltaryuyan LG hər ay 56 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 07 iyul 2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış Müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1639 manat olan olan Samsung LED markalı televizor üçün ilkin ödəniş 31 manat olmaqla, hər ay 134 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəllərindən görünür ki, “alıcı” Cavabdeh 20 sentyabr 2018-cu il tarixli müqaviləyə əsasən, 20.09.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 50 (əlli) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 15.10.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********01496 Samsung Galaxy J5 markalı telefon, Mikrodalğalı soba GORENJE üçün 242 (iki yüz qırx iki) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********41681 Samsung Galaxy A30 markalı telefon üçün 585 (beş yüz səksən beş) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə, 29.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan LG üçün 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, 252 (iki yüz əlli iki) manat dəbbə, 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1559 (min beş yüz əlli doqquz) manat ödənilməmiş hissə, 482 (dörd yüz səksən iki) manat dəbbə pulu borcu olmaqla – cəmi 4281 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı Müqavilələri üzrə öz öhdəliyini yerinə yetirməmiş və buna görə də, nisyə satılmış əşyaların məbləğinin ödənilməmiş hissəsində iddia tələbi təmin edilərək, 20 sentyabr 2018-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 50 manat, 15 oktyabr 2018-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 242 manat, 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 585 manat, 07 iyul 2019-cu il tarixli müqavilə üzrə 1559 manat və 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 844 manat məbləğində əsas borc məbləği cavabdehdən tutulmalıdır. Bununla belə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 20 sentyabr 2018-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, 15 oktyabr 2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, 29 iyun 2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat, 07 iyul 2019 tarixli Alqı-satqı müqaviləsi üzrə 20 manat və 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 10 manat məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 20 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 50 manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu, 15 oktyabr 2018-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 242 manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu, 29 iyun 2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 585 manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu, 07 iyul 2019 tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 1559 manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu və 29 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehdən satılmış əşyanın 844 manat məbləğində ödənilməmiş dəyəri və 10 (on) manat məbləğində dəbbə pulu "xxxx" MMC-nin xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 50 (əlli) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 15 oktyabr 2018-cu il tarixli müqavilə üzrə 242 (iki yüz qırx iki) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 585 (beş yüz səksən beş) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu, 29 iyun 2019-cu il tarixli müqavilə üzrə 844 (səkkiz yüz qırx dörd) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu 07 iyul 2019-cu il tarixli müqavilə üzrə 1559 (min beş yüz əlli doqquz) manat məbləğində borc və 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 3360 (üç min üç yüz altmış) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3023/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3023/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver