Məhkəmə qərarları › İş №2(010)-3061/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3061/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3061/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayında Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Moskva” ticarət mərkəzinin yaxınlığında həyat yoldaşının tanışı Validə adlı qadına satmaq məqsədilə 13000 manat dəyəri olan müxtəlif çeşidli qızıl-zinət əşyaları vermişdir. Müəyyən vaxt sonra Validə həmin puldan 4000 manatını qaytarmış, qalan 9000 manat məbləği isə bu günə kimi qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb pulları və ya qızılları tələb etməklərinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş və süründürməçiliyə yol vermişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Firudin oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, notarial qaydada tərtib edilmiş ərizə göndərərək İddiaçı Firudin oğlunun ona qarşı pul tələbinə dair iddia tələbini qəbul etdiyini, iş üzrə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsi barədə ərizəsini nəzərə alıb, hesab edir ki, iddia təmin edilməli və tələb edilən pul məbləği cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə iddia tələbini cavabdeh bunu etiraf etdiyinə görə əlavə araşdırmadan sübut olunmuş hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar