Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3068/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X4, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 646,03 ABŞ dolları əsas borc, 54,27 ABŞ dolları faiz borcu və 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun isdifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 646,03 ABŞ dolları əsas, 54,27 ABŞ dolları faiz, 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X4 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X4 eyni zamanda göstərdi ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 10856nkADJ/14 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən kompensasiya məbləği köçürüldükdən sonra qalan borc məbləği gecikmə günlərinin sayı 360 gündən az olduğu üçün restrukturizasiya olunmalı kredit kimi həmin Fərmanın təsir dairəsinə düşmür. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilatdan 24 ay müddətinə 25 faiz ödəmək şərtilə 2550 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh imkanı olduqca kredit borcundan ödəniş etmiş və kredit müqaviləsi 2019-cu ildə ölkə Prezidentinin problemli kreditlərlə bağlı fərmanının təsiri altına düşmüşdür. Lakin iddiaçı təşkilat borcu düzgün hesablamadığı üçün cavabdeh “xxxxxxx” KB ASC-ni məhkəməyə vermişdir. Bununla bağlı iddiaları təmin olunmamış, lakin cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsində işə mahiyyəti üzrə baxılıb yekun vurulmamışdır. O, hesab edirəm ki, bacısının iddiaçı təşkilata borcu yoxdur, belə ki, əgər borcu olsaydı ona kompensasiya ödənilməzdi. Odur ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddanın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 10856nkADJ/14 saylı Kredit və bank hesabı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, həmin müqaviləyə əsasən «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh illik 25 faizlə 24 ay müddətə istifadə etmək üçün 2550 ABŞ dolları kredit verilmiş və cari hesab açılmış, cavabdeh həmin məbləği 24 ay müddətinə hər ay 137 manat, sonuncu ay isə 114,19 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BANK/PİKMD/901703 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli 10856nkADJ/14 saylı kredit müqaviləsi üzrə 646,03 ABŞ dolları əsas borc, 54,27 ABŞ dolları faiz borcu və 74,69 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774,99 ABŞ dolları kredit borcu vardır. İş matariallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 3 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı fərmanına əsasən Cavabdeh 1731,74 manat məbləğində kompensasiya ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 74,69 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 ABŞ dollarına endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 646,03 ABŞ dolları əsas, 54,27 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 705,3 (yeddi yüz beş dollar otuz sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 646,03 ABŞ dolları əsas, 54,27 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 705,3 (yeddi yüz beş dollar otuz sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3068/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3068/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver