Məhkəmə qərarları › İş №2(010)-3069/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3069/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3069/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmə iclasından kənar baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.05.2020-ci il, 17.05.2020-ci il və 26.06.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefon üçün 639.2 manat ödənilməmiş hissə, 63.8 manat cərimə, cəmi 703 manat, İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefon üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, cəmi 356 manat, HOFFMANN SİAC markalı kondisioner üçün 742.2 manat ödənilməmiş hissə, 74.8 manat cərimə, cəmi 817 manat, ümumilikdə 1876 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1906 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 04.05.2020-ci il, 17.05.2020-ci il və 26.06.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefon, İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefon və HOFFMANN SİAC markalı kondisioner almış və nəticədə 1876 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 781.2 manat olan İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefon üçün 703 manat olmaqla ondan, 639.2 manat ödənilməmiş hissə, 63.8 manat cərimə, alqı-satqı qiyməti 439 manat olan İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefon üçün 356 manat olmaqla ondan 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, alqı-satqı qiyməti 742.2 manat olan HOFFMANN SİAC markalı kondisioner üçün 817 manat olmaqla ondan, 742.2 manat ödənilməmiş hissə, 74.8 manat cərimə olmaqla borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 257 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 20 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 781.2 manat olan İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefon markalı telefon almışdır. 04.05.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********29246 Samsung Galaxy A40 markalı telefon üçün cavabdehin 639.2 manat ödənilməmiş hissə, 63.8 manat cərimə, ümumilikdə 703 manat borcu yaranmışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.05.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 439 manat olan əsasən İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefon almışdır. 17.05.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefonu təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********91674 Samsung Galaxy A10 markalı telefon üçün cavabdehin 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, ümumilikdə 356 manat borcu yaranmışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 26.06.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti cəmi 742.2 manat olan HOFFMANN SİAC markalı kondisioner almışdır. 26.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN SİAC markalı kondisionerni təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən HOFFMANN SİAC markalı kondisioner üçün cavabdehin 742.2 manat ödənilməmiş hissə, 74.8 manat cərimə, ümumilikdə 817 manat borcu yaranmışdır. 18.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə tezliklə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. 22.04.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 1876 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1876 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 04.05.2020-ci il tarixli müqavilə üzrə 639.2 manat ödənilməmiş hissə, 63.8 manat cərimə olmaqla, cəmi 703 manat, 17.05.2020-ci il tarixli müqavilə üzrə 324 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla, cəmi 356 manat, 26.06.2020-ci il tarixli müqavilə üzrə 742.2 manat ödənilməmiş hissə, 74.8 manat cərimə olmaqla, cəmi 817 manat, ümumilikdə 1876 (bir min səkkiz yüz yetmiş altı) manat pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar