Məhkəmə qərarları › İş №2(010)-3073/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3073/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3073/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********02398 X6 8 Pro markalı telefon, X4 Black markalı qulaqlıq üçün 632 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 856 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, sonucuya İMEİ kodu **********02398 X6 8 Pro markalı telefon, X5 Black markalı qulaqlıq satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 864 manat olan İMEİ kodu **********02398 X6 8 Pro markalı telefon, X5 Black markalı qulaqlıq üçün ümumilikdə 632 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu hesablanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Ödəniş Cədvəlinin 2-ci bəndinə əsasən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəməli olduğuna görə əsas borca 194 manat dəbbə pulu hesablanmışdır. Bu günədək borcluya edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 232 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 17.11.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış zamin Cavabdeh2 “xxxx” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Belə olduğu halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 noyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh1 – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 dəyəri 864 manat olan İMEİ kodu **********02398 X6 8 Pro markalı telefon, X5 Black markalı qulaqlıq hər ay 72 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC-i tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh1 17 noyabr 2019-ci il tarixli Alqısatqı müqaviləsi üzrə 632 manat ödənilməmiş əsas məbləğ və 194 manat dəbbə pulu olmaqla – cəmi 826 manat məbləğində borcu vardır. İş materiallarında olan 17 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “xxxx” MMC ilə Cavabdeh2 Qənimət oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Zamin” “Əsas Müqavilə”üzrə “Alıcı”-nın zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə “ABC” qarşısında “Alıcı” ilə birgə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, 17 noyabr 2019-ci il tarixli müqaviləsinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh1 cəmi dəyəri 864 manat olan İMEİ kodu **********02398 X6 8 Pro markalı telefon, X5 Black markalı qulaqlığa görə 12 ay müddətində hər ay 72 manat ödənilməsini üzərinə götürmüş olsa da, öhdəliyini lazımınca icra etməmiş və nəticədə alıcı tərəfindən əsas məbləğ üzrə 632 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Borcalan Cavabdeh1 müqavilə ilə götürdüyü öhdəliyini, onun zamini Cavabdeh2 Qənimət oğlu isə Zaminlik müqaviləsi üzrə üzərinə götürdüyüi öhdəliklərini pozmuşlar. Müqavilənin şərtlərinə əsasən alıcının əsas borcuna 194 manat dəbbə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1.-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Sadalanan xüsusatlara qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etmədiyindən, digər Cavabdeh2 isə zaminlik müqaviləsinə görə Cavabdeh1 oğlunun alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi və ya lazımınca icra ediməməsi üçün sonuncu ilə birgə məsuliyyət daşıdığından iddiaçının hər iki cavabdehə qarşı müqavilə üzrə ödənilməmiş pulun tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçınınnın cavabdehlərdən 194 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, cavabdehlərdən 17 noyabr 2019-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 10 manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 17 noyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış əşyaya görə cavabdehlərdəndən satılmış əşyanın 632 manat məbləğində ödənilməmiş dəyəri və 10 manat məbləğində dəbbə pulu olmaqla - cəmi 642 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 632 (altı yüz otuz iki) manat məbləğində borc, 10 (on) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 672 ( altı yüz yetmiş iki) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar