Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3075/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.02.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı qabyuyan, Gorenje markalı soba üçün 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat manat cərimə; 25.04.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70052 Samsung Galaxy A50 markalı telefon üçün 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; 20.09.2019-cu il tarixli müqaviləyə əsasən, X2 X1 markalı bluetooth qulaqlıq 11 (on bir) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə olmaqla ümumilikdə, 763 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 07.05.2021-ci il tarixində məhkəmədə qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1 Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 14.02.2019-cu il; 25.04.2019-cu il və 20.09.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı qabyuyan, Gorenje markalı soba, İMEİ kodu **********70052 Samsung Galaxy A50 markalı telefon və X2 X1 markalı bluetooth qulaqlıq almış və nəticədə 763 manat (yeddi yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2723 (iki min yeddi yüz iyirmi üç) manat (15 ay x 181 manat + 8 manat ilkin ödəniş) LG markalı qabyuyan, Gorenje markalı soba üçün ümumilikdə, 717 (yeddi yüz on yeddi) manat olmaqla ondan, 652 (altı yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə; 25.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 784 (yeddi yüz səksən dörd) manat 1(6 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********70052 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla ondan, 31 (otuz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə; 20.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 78 (yetmiş səkkiz) manat (6 ay x 13 manat + 0 manat ilkin ödəniş) X2 X1 markalı bluetooth qulaqlıq üçün ümumilikdə, 12 (on iki) manat olmaqla ondan, 11 (on bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 (bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2891 manat təşkil edir. İş materiallarına əlavə edilmiş: 14.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC LG markalı qabyuyan, Gorenje markalı sobanı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 15 ay müddətinə ayda 181 manat ödəməyi öhdəsinə götürmüşdür. 25.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC Samsung Galaxy A50 markalı telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 49 manat ödəməyi öhdəsinə götürmüşdür. 20.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC X2 X1 markalı bluetooth qulaqlığı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 6 ay müddətinə ayda 13 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC tərəfindən tərtib edilmiş 19.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh “xxxx” MMC-yə 14.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2723 manat dəyərində mal üçün 652 manat məbləğində əsas borc, 65 manat məbləğində cərimə; 25.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 784 manat dəyərində mal üçün 31 manat məbləğində əsas borc, 3 manat məbləğində cərimə və 20.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 78 manat dəyərində mal üçün 11 manat məbləğində əsas borc, 1 manat məbləğində cərimə olmaqla cəmi 763 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə 14.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2723 manat olan özünə məxsus LG markalı qabyuyan, Gorenje markalı sobanı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 15 ay müddətinə ayda 181 manat olmaqla ödəməyi; 25.04.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı alqı-satqı qiyməti 784 manat olan özünə məxsus Samsung Galaxy A50 markalı telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 6 ay müddətinə ayda 49 manat olmaqla ödəməyi və 20.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı alqısatqı qiyməti 78 manat olan özünə məxsus X2 X1 markalı bluetooth qulaqlığı cavabdehə vermiş, cavabdeh isə həmin malları qəbul etmiş və dəyərini 6 ay müddətinə ayda 13 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçının sözügedən müqavilə üzrə ümumilikdə 694 manat əsas borc, 69 manat cərimə borcu qalmışdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14.02.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 652 (altı yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə, 65 (altmış beş) manat məbləğində cərimə; 25.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 31 (otuz bir) manat məbləğində ödənilməmiş hissə, 3 (üç) manat məbləğində cərimə və 20.09.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 11 (on bir) manat məbləğində ödənilməmiş hissə, 1 (bir) manat məbləğində cərimə olmaqla, cəmi 763 (yeddi yüz altmış üç) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.02.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 652 (altı yüz əlli iki) manat məbləğində ödənilməmiş hissə, 65 (altmış beş) manat məbləğində cərimə; 25.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 31 (otuz bir) manat məbləğində ödənilməmiş hissə, 3 (üç) manat məbləğində cərimə və 20.09.2019-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 11 (on bir) manat məbləğində ödənilməmiş hissə, 1 (bir) manat məbləğində cərimə olmaqla, cəmi 763 (yeddi yüz altmış üç) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3075/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3075/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver