Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3088/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı, onun və iddiaçı X1 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6300 manat və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 11300 manatın alınaraq onlara verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq almaq məqsədilə sosial şəbəkələrdən birində Cavabdeh yerləşdirmiş olduğu elanda olan mobil telefon nömrəsi ilə əlaqə saxlamış və onlar birlikdə Cavabdeh satdığı boş torpaq sahəsinə baxmış və aralarında razılığa gələrək Xətai rayonu ərazisində yerləşən notariatda borc müqaviləsi bağlayaraq 4890 manat pul vermiş, daha sonra isə müxtəlif vaxtlarda Nizami rayonu ərazisində yerləşən Neftçilər metrosunun qarşısında ona 1300 manat vermişdir. Cahid və Zaur adlı şəxs ona dəfələrlə Suraxanı rayon Hövsan qəsəbəsində boş ərazi göstərərək pulun məbləğində torpaq verəcəklərini desələr də, hər dəfəsində aldatmış və alqı-satqıdan boyun qaçırmışlar. Hazıra cavabdeh ona verdikləri pulu qaytarmır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə uyğun olaraq işə məhkəmə iclasında iştirak etməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübuta hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notarial formada bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, borc verən X4 borc alan Cavabdeh 4890 manat məbləğində borc pul vermişdir. Borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, Suraxanı rayonunda qeyri-rəsmi olaraq torpaq alğı-satqısı ilə məşğul olur, xx.xx.2019-cu il tarixdə Hüseynzadə Turan adlı şəxs ona zəng vuraraq torpaq almaq istədiyini bildirmiş, həmin gündən sonra onunla görüşərək Xətai rayonu ərazisində yerləşən notariusa getmiş və həmin şəxsdən 4890 manat pul almışdır. Bu əsnada İddiaçı da 1300 manat məbləğində pul almışdır. Cavabdeh bildirmişdir ki, həmin şəxslərə 6300 manat pul borcu var və söz verir ki, həmin pulu təxminən 1 ay müddətində qaytaracaq. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, cavabdeh iddiaçılardan pul götürmüşdür. Həmin pulun 4890 manatını Cavabdeh Turan Hüseynzadədən notarial formada bağlanmış kredit müqaviləsi vasitəsi ilə götürmüş, 1300 manatını isə İddiaçı şifahi razılaşma əsasında götürmüşdür. Ümumilikdə pulun alınması torpaq alqı-satqısı ilə bağlı olmuşdur. İşin hallarından görünür ki, tərəflər arasında bununla bağlı hər hansı bir müqavilə mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə hesab edir ki,cavabdehdən həm kredit müqaviləsi üzrə, həm də şifahi şəkildə anlaşma ilə alınan ümumilikdə 6300 manat məbləğində pul alınıb iddiaçılara ödənilməlidir. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsasl deyil. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçıların məruz qaldıqları mənəvi ziyanın nədən ibarət olması əsaslandırılmamışdır. Ona görə də, iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı və X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3088/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3088/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver