Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-309/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri SuraxanıRayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət vasitəsinin ümumi dəyəri olan 2277.4 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-47*/2023 saylı, **.07.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.3 və *77.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində saat 23:00dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsin gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023cü il tarixdə idarənin icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla “attenti” markalı bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adapter və * ədəd mobil qurğu üçün kabro hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. *9.08.2024cü il tarixli yoxlama zamanı məhkum Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmış, müvafiq protokol tərtib edilmişdir. Cavabdehin günahından, yəni lazımı məsuliyyətli olmadığından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.4 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsinə etirazı olmadığını qeyd etmişdir.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh baxış iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **.07.2023-cü il tarixli, *(0*0)-47*/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.*, *77.2.3 və *77.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, qəti olaraq 2 il ** ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə hər gün saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokoldan görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.
8. xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh elektron nəzarət vasitələrinin daşınma qaydaları, nəzarət edən orqanın (Bakı şəhəri Probasiya İdarəsi) tapşırıqlarını vaxtında və dürüst yerinə yetirməli olması, elektron nəzarət vasitələrinin qorunması və qulluq qaydaları, həmçinin müəyyən edilmiş müddət ərzində mütəmadi olaraq Bakı şəhəri Probasiya İdarəsi ilə əlaqə yaratmalı olması, əks təqdirdə göstərilənlərin hansısa birinin yerinə yetirilməməsi zamanı bunun onun üçün məsuliyyət yaradacağı barədə qanunvericiliyin tələbləri izah olunmuşdur.
9. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş *9.08.2024-cü il tarixli izahatın surətindən görünür ki: “*7.08.2024-cü il tarixdə Zığ dairəsinə gedən yolda avtomobilim xarab olmuşdu. Avtomobili saxlayıb nasazlığı aradan qaldırarkən mobil qurğu cibimdən düşdü, daha sonra mən onu axtarmışam. Tapdığım zaman isə yararsız vəziyyətdə idi. Mənim mobil qurğunun dəyərini birdəfəlik ödəməyə imkanım yoxdur. Məhkəmə qərarı əsasında hissə-hissə ödəyə bilərəm”. *0. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” *9.08.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **.07.2023-cü il tarixli hökmünün icrası ilə əlaqədar 02 il ** ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh təhkim edilmiş 3563040* saylı elektron nəzarət vasitəsinə baxış keçirilərkən yararsız vəziyyətdə olması aşkar edilmişdir. **. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Probasiya İdarəsi tərəfindən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh elektron nəzarət vasitəsinə dəymiş ziyanın 3 (üç) gün ərzində ödənilməli olması barədə məlumat verilmiş, əks təqdirdə dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlıq sonuncu tərəfindən təhvil alınmışdır. *2. "xxxx" QSC tərəfindən tərtib edilmiş 29.07.202*-ci il il tarixli cədvəldən görünür ki, elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri və proqram lisenziyası cəmi 2277.4 manat dəyərindədir.
İşin faktiki halları.
*3. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **.07.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *77.2.*, *77.2.3 və *77.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il ** ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. *4. Hökmlə məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək kimi vəzifələr qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh elektron qolbaq və ona bağlı elektron nəzarət vasitələri təhkim edilmişdir.
Tətbiq edilən hüquq.
*5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 2*. Zərərin əvəzinin ödənilməsi. 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 2*.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
*6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.
Maddə *5-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri. *5-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. *5-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
*7. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları.
2. Elektron nəzarət vasitələrinin tətbiqinə dair tələblər. 2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur.
*8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *9*. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. *9*.*. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. *9*.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. *9*.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
*9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda – 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddianın etirafına dair ərizəni nəzərdən keçirirək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. 2*. Belə ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh məhkum kimi ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron nəzarət vasitəsini zədələmişdir. Hazırkı iş üzrə Cavabdeh cəzanın icrasına nəzarət edən orqana, yəni Bakı şəhəri Probasiya İdarəsinə verdiyi izahatında da bu faktı mübahisələndirməmiş və ona təhkim olunmuş elektron nəzarət vasitəsini ehtiyatsızlıqdan (cibindən düşməsi nəticəsində) zədələdiyini bildirmişdir.
22. Məhkəmə hesab edir ki, zərərin ehtiyatsızlıqdan vurulması cavabdehi dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. Ona görə ki, Cavabdeh bu nəzarət vasitələri ona təhvil verilərkən onları işlək vəziyyətdə saxlamaq üçün lazımı diqqət göstərməli olması, bu vasitələri təqsirli olaraq (qəsdən və ya ehtiyatsızlıqdan) zədələməyin məsuliyyətə səbəb olması barədə xəbərdar edilmişdi və bütün bunları bilirdi (bilməli idi). Bu baxımdan məhkum kimi işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitəsini zədələyən (ehtiyatsızlıqdan da olsa) cavabdeh bu cihaza dəymiş zərəri ödəməlidir. Odur ki, iddiaçı elektron nəzarət vasitəsinə dəymiş 2277.4 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
23. Məhkəmə qeyd edir ki, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: *) onun qanuna uyğun olubolmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozubpozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
24. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz.
25. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur.
Məhkəmə xərcləri.
26. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat məbləğində maddi zərər və ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti və ödənilməmiş 42.77 manat (qırx iki manat yetmiş yeddi qəpik) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva