Məhkəmə qərarları › İş №2(010)-3093/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3093/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3093/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icra vərəqəsi əsasında Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi və əlavə xərc kimi hər ay 100 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh X2 isə məhkəmə məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. İddia ərizəsi ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 136 manat məbləğində alimentin tutulması qət edilmişdir. İşə baxıldığı dövrdə iddiaçıdan nikahın pozulması və alimentin tutulamasını təsdiq edən qətnamənin və ya icra vərəqəsinin məhkəməyə təqdim olunması tələb olunmuş, bu məqsədlə məhkəmə iclası təxirə salınmış, lakin göstərilən nöqsan aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinin tələbinə görə, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə olunmalıdır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə görə isə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar