Məhkəmə qərarları › İş №2(010)-3115/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3115/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3115/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh borc müqaviləsinə əsasən 15000 ABŞ dolları, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14.06.2017-ci il tarixdə borcun etirafı haqqında müqavilə bağlamışdır. Bağladıqları müqavilənin şərtinə görə cavabdeh 15000 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş, müqavilə vasitəsilə müəyyənləşən müddətə, yəni 14.06.2018-ci ilə qədər hissə-hissə ödəmək şərtilə pul vəsaitini ona qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq o, həmin pul vəsaitini cavabdehə vermiş, yəni öz öhdəliyini icra etmişdir. Lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. Bir il müddət ərzində cavabdeh heç bir ödəmə etməmiş, müxtəlif bəhanələrdən istifadə etmişdir. Hətta müddətin keçməsindən sonra belə indiyə kimi ona güzəşt etmiş və qaytaracağını gözləmişdir. Lakin gözləməyi heç bir fayda verməmiş, cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, artıq onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdeh 15000 ABŞ dolları məbləğində olan borcundan hazırkı tarixə kimi heç bir ödəniş etməmişdir. Axırıncı dəfə cavabdehlə keçən il pandemiya vaxtı əlaqə saxlanılmış, cavabdeh həmin vaxt işlərinin yaxşı getdiyini, borcunu qaytaracağını bildirmişdir. Lakin, bundan sonra cavabdehlə bütün əlaqələri kəsilmişdir. Çünki, cavabdeh telefonla zəng etmək mümkün olmamış, nömrəsi bağlı olmuşdur. Beləliklə, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 14.06.2017-ci il tarixli “borcun etirafı haqqında” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Borclu (Cavabdeh) Borc verənə (İddiaçı) 15000 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir, həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə (14.06.2018-ci il tarixinədək) və şərtlərlə Borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 15000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh bu borcu 14.06.2018-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər bununla bağlı notariusa müraciət etmiş və aralarında borcun etirafı haqqında müqavilə bağlanmışdır. 14.06.2017-ci il tarixdə notariat qaydasında bağlanmış həmin müqavilədə borclu Cavabdeh borcverən İddiaçı 15000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, borcu 14.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə borclu kimi öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək borcu qaytarmamışdır. Bu səbəbdən müqavilə üzrə borcverən İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən, Əliyev X1 Rəhim Vaqif oğluna olan 15000 ABŞ dolları məbləğində borcunu öhdəliyə əsas verən şəkildə etiraf etmişdir. Bu müqavilə yazılı şəkildə, notariat qaydasında təsdiq edilməklə bağlanmışdır. Belə olan halda məhkəmə müvafiq müqaviləni borcun etirafı haqqında müqavilə kimi qiymətləndirərək hesab edir ki, hazırkı mülki mübahisənin həllində Mülki Məcəllənin 882-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddısinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, Cavabdeh mövcud borcun etirafı haqqında müqavilə ilə borcun qaytarılması öhdəliyini üzərinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən müqavilə üzrə borcverən İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, qanunverici sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yəni, hazırda baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü 15000 ABŞ dolları məbləğində borcu cavabdehə verdiyini sübut etməkdir və iddiaçı bununla bağlı məhkəməyə mövcud borcun etirafı haqqında müqavilə təqdim etmişdir. Cavabdehin sübutetmə yükü isə (əgər iddianı qəbul etmirsə) bu müqavilə üzrə borcun qaytarılmasını istisna edən halları (məsələn, artıq borcun ödənilmiş olması, yaxud müqavilənin etibarsızlığı və s.) sübut etməkdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməkdən yayınan cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş borcun etirafı haqqında müqavilə əsasında iddianın əsaslılığı nəticəsinə gəlir və hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh 15000 ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar