Məhkəmə qərarları › İş №2(010)-3116/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3116/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3116/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimiRzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı X3 xeyrinə 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manat əsas, 209,32 (iki yüz doqquz manat otuz iki qəpik) manat faiz olmaqla, cəmi 930,44 (doqquz yüz otuz manat qırx dörd qəpik) manat borcun və bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 157/19 saylı kredit müqaviləsinə əsasən ona 18 müddətinə, illik 25 faiz ödəmək şərtilə 1200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürüb. Hazırda cavabdehin banka ödənilməmiş 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manat əsas, 209,32 (iki yüz doqquz manat otuz iki qəpik) manat faiz olmaqla, cəmi 930,44 (doqquz yüz otuz manat qırx dörd qəpik) manat məbləğində borcu qalmaqdadır. Cavabdeh İddiaçı X3 xeyrinə 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manat əsas, 209,32 (iki yüz doqquz manat otuz iki qəpik) manat faiz olmaqla, cəmi 930,44 (doqquz yüz otuz manat qırx dörd qəpik) manat borcun və bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında borcunu işdən çıxmazdan qabaq vaxtı-vaxtında ödədiyini, lakin hal-hazırda işləmədiyi üçün ödəyə bilmədiyini qeyd edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının nümayəndəsininizahatını və iddianın qəbul etdiyinə dair cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli № 157/19 saylı kredit müqaviləsindən (birdəfəlik kredit) görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC -dən illik 25% ödəmək şərti ilə 18 ay müddətinə götürdüyü 1200 (bir min iki yüz) məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxx 2020-ci il tarixlimaliyyə arayışından görünür ki, Cavabdehİddiaçı ASC-yə 721,12 əsas, 209,32 faiz borcu, cəmi 930,44 manat məbləğində borcu vardır. - xx.xx.2019-cu il tarixli 157/19 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh bankdan 18 ay müddətinə, 25% ilə götürdüyü 1200 manat məbləği xx.xx.2020-ci il tarixə geri qaytarılması ilə razılaşdırılmışdır. - xx.xx.2020-ci il tarixli saylı ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh göndərilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka həmin tarixə gecikdirilmiş kredit borcu 721,12 manat əsas, 195,30 manat faiz olmaqla, cəmi 916,42 manat borcunun olması bildirilmişdir. - Azərbaycan Respublikası DİN-in PQİ-in MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-cı il tarixli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasımülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdardaolan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə araşdırması zamanı məlum oldu ki, Cavabdeh Rəfail oğlu ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, 157/19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh bankdan götürdüyü 18 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 1200 manat məbləğində kreditin qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manatəsas, 209,32 (iki yüz doqquz manat otuz iki qəpik)faiz borcu, cəmi 930,44 (doqquz yüz otuz manat qırx dörd qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manat əsas, 209,32 (iki yüz doqquz manat otuz iki qəpik) faiz borcu, cəmi 930,44 (doqquz yüz otuz manat qırx dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar