Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-312/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) X10 və X3, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) X10 və X3 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) X10, X3 və X4 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbi barədə ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər X14, X5 və X6 qarşı “mülkiyyətində olan mənzilindən çıxarılma və evin boşaldılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X19, X11 və X12 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nın, X3 və X4 Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 18, mənzil 50 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh X1na, X5 və X6 qarşı “mülkiyyətində olan mənzilindən çıxarılma və evin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,”ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı1. İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 18, mənzil 50 ünvanda yerləşən mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X19 ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilk iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, X7 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş və onların rəsmi nikahı xx xxxxxxx 2020-ci ildə qeydə alınmışdır. Onların birgə nikahından xx xxx 1993-cü il təvəllüdlü X13, xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı3 və xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı2 adlı övladları var. Onlar mərhum həyat yoldaşı X2 adına olan General Mehmandarov küçəsi, ev 54, mənzil 68 ünvanında yaşamışlar. Həmin mənzil 2008-ci ildə satıldıqdan 1 ay sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 18, mənzil 50 ünvanında yerləşən mənzil qaynanası X9 adına alınmışdır. xx xxxxxx 2019-cu ildə əri X2 vəfatından sonra həmin ev qayınanası Mariya tərəfinfdən qızı Cavabdeh bağışlanmışdır. Artıq 12 ildir həmin ünvanda övladları ilə yaşasalar da, Cavabdeh onun və övladlarının mənzildən istifadə hüququnun tanınmasına qarşıdır. Eyni zamanda o, cavabdehin onların həmin mənzildən köçürülməsinə dair qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Çünki mübahisəli mənzil formal olaraq, qaynanasının adına əldə edildiyindən, həmin mənzilin cavabdehə bağışlanması əsassızdır. Ona görə də ilk iddia tələbinin təmin edilməsi, yəni onun və X3 və X4 Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 18, mənzil 50 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil2 da ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X19 ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, mübahisəli mənzilin faktiki olaraq X10 mərhum əri X7 tərəfindən əldə olunmasına dəlalət edən hallar bunlardı ki, Bakı şəhər Xətai rayon məhkəməsinin xx xxxxx 2008-ci il tarixli 2(011)-1192/2008 saylı qətnaməsi ilə X2, X9 və İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsinin 54 saylı evin 69 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Yəni, onlar həmin evi satması ilə əlaqədar istifadə hüquqları itirilmiş və həmin dövrdə mübahisəli mənzil alınmışdır. Əslində mərhum X18 Bakı Metropolitenində xadimə kimi çalışmış və onun elə də yüksək əmək haqqı və qazancı öz vəsaiti hesabına ev alınması üçün kifayət qədər vəsaiti olmamışdır. Bundan əlavə Suraxanı rayon MKTB 103 saylı Mənzil Kommunal İstismar Sahəsi, eləcə rayon poliklinikaları, məktəb tərəfindən verilmiş arayışlar iddiaçılar İddiaçı2 və İddiaçı3 mübahisəli mənzildə yaşamalarını təsdiq edir. Digər tərəfdən hər ikisi məhz həmin ünvandan hərbi xidmətə çağırılmışlar. Bütün bunlar ilkin iddia üzrə iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının olduğuna dəlalət etdiyindən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirərək göstərdi ki, Bakı şəhəri, Hövsan qəsəbəsinin E.Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili anası X9 mülkiyyətində olmuş və sonuncu həmin mənzili Bakı şəhəri 18 saylı Notariat ofisində xx xxxxxxxx 2019-cu il tarixdə rəsmləşdirilmiş bağışlanma müqaviləsinə əsasən ona bağışlanmışdır. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər anasının icazəsi ilə sonuncunun mülkiyyətində olan mübahisəli mənzildə 2008-2019-cu illərdə müəyyən vaxtlarda yaşasalar da bu hal özü-özlüyündə onların istifadə hüquqlarının yaranmasına səbəb olmamışdır. İlkin iddia üzrə iddiaçılar qanunvericiliyə uyğun olaraq, nə onun yaxın qohumu, nə də digər qohumlara aid deyillər. Buna baxmayaraq, ilkin iddia üzrə iddiaçılar onun mülkiyyətində olan mənzilini zəbt edərək, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mübahisəli mənzili tərk etməkdən imtina edirlər və ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Ona görə də ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 18, mənzil 50 ünvanda yerləşən mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil1 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin iə təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, ilk iddia üzrə X1, X11 və X12 onun qonşuluğunda yerləşən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 18, mənzil 50 ünvanda yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 da ifadəsində bildirdi ki, ilk iddia üzrə X1, X11 və X12 onun qonşuluğunda yerləşən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, bina 18, mənzil 50 ünvanda yaşayırlar. İş materiallarından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili xx xxxxxxxx 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X18 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi bina 18, mənzil 50 Cavabdeh mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhər Xətai rayon məhkəməsinin xx xxxxx 2008ci il tarixli 2(011)-1192/2008 saylı qətnaməsi ilə X2, X9 və İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsinin 54 saylı evin 69 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. İş materiallarında olan 16 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş 794 №li Arayışdan görünür ki, İddiaçı2 və İddiaçı3 xx xxxxx 2014-cü il tarixdən 2018-ci il tarixədək 16 №-li Uşaq Poliklinikasında qeydiyyatda olmuş və 2018-ci il tarixdə 18 yaşına çatdığı üçün 23 saylı şəhər Poliklinikasına köçürülüb. İş materiallarında olan Suraxanı rayon MKTB 103 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 472 və 473 saylı Arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi bina 18, mənzil 50 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Suraxanı rayon MKTB 103 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Arayışdan və notarial qaydada təsdiq olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 2008-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi bina 18, mənzil 50 ünvanında qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Bakı şəhəri üzrə X24 rayonu M.Mehdiyev adəna 280 №-li tam orta məktəb tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 328/1 №-li və 382/2 №-li Arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı3 2008-ci ildə ikinci sinifə daxil olmuş və 2016cı ildə doqquzuncu sinifi bitirmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Rəydən görünür ki, İddiaçı2 və İddiaçı3 ünvan 3 ünvanında qeydiyyatdan çıxarılmışdır. Təqdim etdikləri Arayışa əsasən onların hal-hazırda Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi bina 18, mənzil 50 ünvanında yaşaması sübuta yetirilmişdir. Ona görə də, İddiaçı2 və İddiaçı3 Suraxanı RPİ-nin Əmircan qəsəbəsi Balandin küçəsi 42–də yerləşən inzibati ünvana qeydiyyata alınmasının məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunmuş hallar ondan ibarətdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili xx xxxxxxxx 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X18 tərəfindən Cavabdeh bağışlanmış və hazırda sonuncunun mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçılar 2008-ci ildən mübahisəli evdə yaşayırlar. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçılar tələblərinin əsaslığını hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri ilə əsaslandırsalar da, eyni zamanda 2008-ci ildən mübahisəli mənzilə köçüb yaşadıqlarını qeyd etmişlər. Bu baxımdan məhkəmə ilkin iddia üzrə iddiaçıların mübahisəli mənzildə yaşamaları ilə bağlı hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (xx.xx.2009) əvvəl yarandığını nəzərə alaraq 2009-cu il oktyabrın 1-dək yaranmış olduğuna görə münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Bu baxımdan məhkəmə ilkin iddia tələbini əsassız hesab edir və qeyd edir ki, iddiaçılar (ilkin iddia üzrə) X19, X11 və X4 yuxarıda qeyd olunan normaların tələblərinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onun bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçılar mübahisəli evə 2008-ci ildə köçəndən sonra mənzilin mülkiyyətçisi olan X18 ilə evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənməli yazılı razılaşma bağlamamışdır. Qeyd olunan hal isə belə nəticəyə gəlməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli mənzilin X18 tərəfindən Cavabdeh bağışlanmasından sonra da ilkin iddia üzrə iddiaçıların qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsaslanmaqla mübahisəli mənzildən istifadə hüquqlarının tanınması tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar Cavabdeh müvafiq olaraq baldızı və qardaşı övladları olduğunu nəzərə alaraq onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə və müvafiq olaraq Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq cavabdehin ailə üzvü hesab edilmirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıların mənzilin sahibi olan Cavabdeh ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilə istifadə hüquqları tanına bilməz. Odur ki, məhkəmə ilkin iddianın təmin edilməsi üçün əsaslar müəyyən etmir. Qarşılıqlı iddianı isə məhkəmə aşağıdakılara əsasən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, qarşılqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, onların həmin mənzildə yaşamaları iddiaçının mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Beləliklə, də məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin E.Qasımov küçəsində yerləşən 18 a saylı evin 50 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) X10 və X3 və X4 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbi barədə ilk iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşıllıqlı iddia üzrə cavabdehlər X19, X11 və X12 Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin E.Qasımov küçəsində yerləşən 18 saylı evin 50 nömrəli mənzilindən çıxarılsın və mənzil boşaldılaraq, Cavabdeh təhvil verilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-312/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-312/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver