Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3123/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə 2020-ci ilin noyabr ayının əvvəllərində "instagram" sosial şəbəkəsində tanış olmuş, sonuncu ona müharibədə olduğunu, "baş leytenant" hərbi rütbəsində pilot vəzifəsində xidmət etdiyini, gündəlik olaraq uçuşlar həyata keçirdiyini bildirmişdir. Həmin dövrlərdə Cavabdeh ona "Whatsapp" tətbiqi vasitəsilə hərbi geyimdə olan fotoşəkilləri göndərmiş, danışıq zaman döyüşlərlə bağlı xüsusi tapşırıqlar aldığını və mütəmadi olaraq uçuşlarda olduğunu söyləmişdir. Döyüşlər bitdikdən sonra 2020-ci ilin noyabr ayının sonlarından başlayaraq aralarında görüşlər baş tutmuşdur. 2021-ci ilin mart ayının əvvələrində Cavabdeh istifadə etdiyi mobil telefonunun xarab olduğunu bəhanə edərək ondan kreditlə "İphone 11" markalı telefon almağını istəmiş, aylıq kredit ödənişlərini özü tərəfindən ödəniləcəyini bildirmişdir. Bu səbəbdən 15 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "xxxx" mağazasından adına dəyəri 2058 manat olan 'İphone 11" markalı mobil telefon götürərək Cavabdeh vermiş, həmin vaxt Şəhriyar adına "İran İslam Respublikası Mədəniyyət Mərkəzi"ndən tanıdığı fars dili müəllimi X3 ona zaminlik etmişdir. Bir müddət sonra isə Cavabdeh zəng edərək "İphone 11" markalı mobil telefonun ölçüsünün böyük olduğuna görə uçuş zamanı cibinə yerləşmədiyini, buna görə "İphone SE" markalı mobil telefon alaraq ona verməyini, "İphone 11" markalı mobil telefonu qardaşına verəcəyini, həmin mobil telefonun aylıq ödənişlərinin qardaşı tərəfindən ödəniləcəyini demişdir. Cavabdeh inandığı üçün 25 mart 2021-ci il tarixdə yenidən "xxxx" mağazasına gedərək Rüstəm Lazımovun zaminlik etməsi ilə kredit vasitəsilə 1139 manat məbləğində pula "İphone SE" markalı mobil telefonu aldı, lakin həmin filialda qeyd olunan model tükəndiyi üçün Cavabdeh təxminən 4-5 gündən sonra İsmayıllı rayonunun ərazisində yerləşən "xxxx" mağazasından həmin telefonu əldə etmişdir. Cavabdeh 12 ay müddətinə, aylıq ödənişi 172 manat olmaqla "İphone 11" markalı mobil telefona görə və 6 ay müddətinə isə aylıq ödənişi 174 manat "İphone SE" markalı mobil telefona görə ödəməli olmuş, Cavabdeh hər iki telefona görə ilkin ödəniş olaraq 100 manat ödəniş etmişdir. Cavabdeh 2021-ci ilin aprel ayında ümumilikdə 350 manat, iyun ayında 150 manat, avqust ayında 176 manat, sentyabr ayında isə 200 manat olmaqla, ümumilikdə telefonlara görə 976 manat pul ödəmişdir. Cavabdeh telefonların kredit ödənişini ödəmədiyi üçün 2021-ci ilin sentyabr ayının əvvəllərində N nömrəli hərbi hissəyə müraciət etmək qərarına gələrək, orada tərbiyəvi işlər üzrə müavin olan mayor Rüfət Bəşiyevlə görüşmüşdür. Görüş zamanı Rüfət Bəşiyev ona Cavabdeh hər ay kartına ödənişlər edəcəyini və sonuncuya zamin olduğunu bildirdi. 23 sentyabr 2021-ci il tarixdə 100 manat və 27 sentyabr 2021-ci il tarixdə 100 manat məbləğində olmaqla, ümumilikdə 200 manat Cavabdeh tərəfindən ona ödənilmişdir. Həmçinin, 2021-ci ilin aprel ayının əvvələrində Cavabdeh ona avtomobil aldığını, həmin avtomobili öz adına qeydiyyatdan keçirməsi üçün ondan borc olaraq 500 manat məbləğində pul istəmiş, 500 manat pulu 05 aprel 2021-ci il tarixdə Cavabdeh "Kapital Bank"-a məxsus bank kartının hesabına göndərmişdir. Bir müddət sonra, 2021-ci ilin aprel ayının sonlarında Cavabdeh 500 manat məbləğində pulu kirayə yaşadığı evdə geri qaytardı. Bundan başqa, 2021-ci ilin may ayının əvvəllərində Cavabdeh ona zəng edərək 24000 manat məbləğində pul qazandığını, lakin, həmin pulu bankdan çıxarması üçün balansında 2000 manat məbləğində pulun olmasının vacib olduğunu bildirərək 2000 manat borc pul istədi. Cavabdeh 2000 manat məbləğində pulu borc olaraq istədiyi zaman o, qardaşı Coşqun Xudaynəzərovun onda olan 1200 manat məbləğində pulunu və sonradan qardaşından əlavə olaraq aldığı 800 manatı ümumilikdə 2000 manat pulu may ayı ərzində ayrı-ayrı günlərdə 3 dəfəyə (800, 800 və 400 manat olmaqla) Cavabdeh bank kartına göndərmişdir. Cavabdeh aldığı pulu qısa müddət ərzində geri qaytaracağını bildirməsinə baxmayaraq, aldığı pulu geri qaytarmamış, qardaşı Cavabdeh verilən pulu geri qaytarmasını tələb etdiyi və geri qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini bildirdiyi üçün Cavabdeh 400 manat pulu olduğunu, qardaşı Coşqun Xudaynəzərovun pulunu geri qaytarması üçün əlavə olaraq 1600 manat borc pul tapmağını ondan xahiş etdi. Bu səbəbdən 2021-ci ilin iyun ayında özünə məxsus zinət əşyalarını lombarda qoyaraq oradan 900 manat, "Army" şirkətlər qrupunda iş yoldaşı olan X1 700 manat pul alaraq, ümumilikdə 1600 manat məbləğində pulu qardaşına qaytarması üçün Cavabdeh göndərmiş, Cavabdeh ümumilikdə 2000 manat pulu Coşqun Xudaynəzərova qaytarmışdır. Cavabdeh ondan aldığı 1600 manat pulu 2021-ci ilin iyul ayı ərzində geri qaytaracağını bildirsə də, pulu qaytaracağını vəd etdiyi müddət, yəni, 2021-ci ilin iyul ayı tamamlanmasına baxmayaraq, Cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamış, həmçinin kreditə alınmış telefonlarla bağlı ödəniş etməmişdir. Cavabdeh vədinə əməl etmədiyi üçün məcbur qalaraq "Army" şirkətlər qrupunda iş yoldaşı olan X1 aldığı 700 manat pulu və özünə məxsus zinət əşyalarını lombarda qoyaraq oradan götürüdüyü 900 manatı ödəmişdir. Həmçinin "İphone 11" markalı mobil telefona və "İphone SE" markalı mobil telefona görə aylıq ödənişlər, ümumilikdə 1050 manat tərəfindən ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ifadəsi alınarkən "İphone 11" markalı mobil telefon və "İphone SE" markalı mobil telefonun onun adına alınmasını, həmçinin ona 1600 manat məbləğində borcunun yaranmasını etiraf etmişdir. Bu hal, Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə leytenantı X2 ********* nömrəli cinayət iş üzrə qəbul etdiyi 23 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda öz əksini tapır. Cavabdeh göndərdiyi pulların qəbzləri, borcla bağlı aralarında aparılmış "whatsapp" yazışmalarının surəti cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilərkən onun tərəfindən müstəntiqə təqdim edilmişdir.
Tərəflərin izahatları.
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. “Sübutların qiymətləndirilməsi haqqında” 23 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh öz ifadəsində bildirilmişdir ki, İddiaçı ilə 2020-ci ilin noyabr ayında “instagram” sosial şəbəkəsində tanış olmuş və daha sonra sonuncu ilə münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayının sonlarından başlayaraq görüşləri baş tutmuş, tanış olduqdan sonra o, İddiaçı hərbi qulluqçu olduğunu, müharibədə iştirak etdiyini, “baş leytenant” hərbi rütbəsində pilot vəzifəsində xidmət etdiyini, gündəlik olaraq uçuşlar həyata keçirdiyini bildirmişdir. Habelə həmin ərəfələrdə İddiaçı “whatsapp” mobil tətbiqi vasitəsi ilə “baş leytenant” hərbi rütbəsində olduğunu təsdiq edən şəkillər göndərmiş, 2020-ci ilin dekabr ayında isə sonuncuya növbədənkənar “mayor” hərbi rütbəsi aldığını, həmçinin döyüşlərdə fərqləndiyinə görə “Vətən uğrunda”, “Dövlət bayrağı” ordenləri ilə təltif olunduğunu söyləmişdir. 2021-ci ilin mart ayının əvvələrində o, İddiaçı istifadə etdiyi "İphone 5” markalı mobil telefonun köhnə olması səbəbindən xarab olduğunu demiş, həmçinin, həmin vaxt ailə üzvləri həmin telefonu işlətdiyini bildiyindən İddiaçı ona kreditlə “İphone 11” markalı telefonu almağını istəmişdir. Qeyd olunan ərəfələrdə öz adına kredit olduğundan və həmin krediti müəyyən vaxtlarda gecikdirdiyindən ona kreditlə hər hansı telefon verilməmiş, həmçinin o, İddiaçı aylıq kredit ödənişlərini özünün ödəyəcəyini bildirmişdir. Bundan sonra, Günay 15 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "xxxx" mağazasından adına dəyəri 2058 manat olan “İphone 11” markalı mobil telefonunu götürərək ona vermiş, sonuncunun tanışı fars dili müəllimi olan X3 telefonu alması üçün İddiaçı zaminlik etmişdir. Bir neçə gün həmin mobil telefonu işlətmiş, lakin “İphone 11” markalı mobil telefonun ölçüsü böyük olduğu üçün o, həmin telefonu cibinə yerləşdirə bilməmiş, buna görə İddiaçı həmin telefonu geri qaytarıb əvəzində başqa bir telefon almasını istəmişdir. İddiaçı həmin vaxt "xxxx" mağazası ilə əlaqə saxladıqda, sonuncuya telefonu qaytardığı təqdirdə müəyyən məbləğdə cərimə tutulacağı barədə məlumat verilmiş, bu səbəbdən o, telefonu geri qaytarmaq fikrindən daşınmışdır. Bundan sonra İddiaçı həmin telefonu başqa bir şəxsə verəcəyini, özünə daha kiçik ölçüdə olan “İphone SE” markalı mobil telefon almasını xahiş etmişdir. 25 mart 2021-ci il tarixdə İddiaçı yenidən "xxxx" mağazasına gedərək tanışı Rüstəm Lazımovun zaminlik etməsi ilə kredit vasitəsilə 1139 manat məbləğində pula “İphone SE” markalı mobil telefonu əldə etmişdir. Lakin həmin filialda qeyd olunan model tükəndiyi üçün və o, həmin vaxt Qəbələ rayonunda olduğu üçün İddiaçı ilə danışaraq "xxxx" mağazasının İsmayıllı rayonunda olan filialından həmin telefonu götürmək barədə razılığa gəlmişdir. Bir neçə gün sonra isə o, İsmayıllı rayonuna gedərək qeyd olunan telefonu mağazadən əldə etmişdir. “İphone Se” markalı mobil telefona görə o, İddiaçı 100 manat məbləğində ilkin ödəniş ödəməsi üçün vermişdir. O, 172 manat məbləğində pulu “İphone 11” markalı mobil telefona görə və 174 manat məbləğində pulu isə “İphone SE” markalı mobil telefona görə aylıq ödəniş etməli olmuşdur. Bundan sonra, 2021-ci ilin aprel ayında 350 manat, iyun ayında 150 manat, avqust ayında 176 manat məbləğində pulu həmin mobil telefonlara görə ödəmişdir. Daha sonra isə maddi imkanının zəif olması səbəbindən ödənişləri ödəyə bilməmiş, telefonların kredit ödənişini ödəyə bilmədiyi üçün İddiaçı 2021 -ci ilin sentyabr ayının əvvəllərində onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müraciət edərək mayor Rüfət Bəşiyevlə görüşmüş, görüş zamanı Rüfət Bəşiyev İddiaçı onun tərəfindən kredit ödənişlərinin ödənilməsində köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, 23 sentyabr 2021 -ci il tarixdə 100 manat və 27 sentyabr 2021 -ci il tarixdə 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində ödəniş etmişdir. Bundan sonra da ödənişləri maddi imkansızlığı səbəbindən həyata keçirə bilməmiş, lakin daha sonra növbəti dəfə 26 mart 2022-ci il tarixdə İddiaçı ona dediyi bank hesab kartına 100 manat, 20 aprel 2022-ci il tarixdə isə 150 manat məbləğində ödənişlər etmişdir. Bundan əlavə 2021-ci ilin mart ayında o, özünə avtomobil almaq istəmiş, buna görə avtomobil almaq və adına qeydiyyata saldırmaq üçün 500 manat məbləğində pula ehtiyacının olduğunu İddiaçı demişdir. Təxminən 2021-ci ilin aprel ayının əvvəllərində İddiaçı 500 manat məbləğində pulu onun istifadəsində olan “Kapital Bank”-a məxsus maaş kartına göndərmişdir. Bir müddət sonra, 2021-ci ilin aprel ayının sonlarında o, 500 manat mənləğində pulu İddiaçı ilə kirayə yaşadığı mənzildə görüşdüyü zaman sonuncuya geri qaytarmışdır. Həmin vaxtlarda o, “topaz” mobil telefon tətbiqi vasitəsi ilə mərc oyunları oynamış və mərc oyunlarında uduzduğu və pula ehtiyacı olduğu üçün İddiaçı ilə 2021-ci ilin may ayının əvvəllərində əlaqə saxlayıb sonuncudan 2000 manat məbləğində pulu borc olaraq istəmişdir. O, həmin vaxt İddiaçı mərc oyunlarında 24000 manat pul qazandığını, həmin pulu hesabdan çıxartmaq üçün 2000 manat pula ehtiyac olduğunu söyləmiş, bu zaman İddiaçı qardaşı Coşqun Xudaynəzərov ilə danışıb onun borc olaraq 2000 manat məbləğində pul istəməyi barədə məlumat vermişdir. Coşqun Xudaynəzərov bundan sonra onunla danışdıqda o, sonuncuya həmin pulu qısa müddət ərzində geri qaytaracağını demişdir. Təxminən 2021ci ilin may ayı ərzində İddiaçı onun istifadəsində olan maaş kartına 800, 800 və 400 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul göndərmişdir. Bundan sonra qeyd olunan məbləği qısa müddət ərzində Coşqun Xudaynəzərova geri qaytara bilmədiyi üçün İddiaçı ona zəng edərək qardaşı Coşqun Xudaynəzərovun onun barəsində şikayət etmək istədiyini, həmin pulu qaytarmalı olduğunu bildirmişdir. O, həmin vaxt 400 manat məbləğində pulunun olduğunu dedikdə İddiaçı geriyə qalan pulu özünün düzəldəcəyini demiş, bu səbəbdən sonuncu özünə məxsus zinət əşyalarını lombarda qoyaraq oradan 900 manat, “Army” şirkətlər qrupunda iş yoldaşı olan qadından 700 manat məbləğində pul almış və 2000 manat pulu qardaşı Coşqun Xudaynəzərova vermişdir. Lakin, Coşqun Xudaynəzərov həmin pulun bir hissəsini İddiaçı düzəltdiyini həmin vaxt bilməmiş, sonuncuya həmin söhbətə görə 1600 manat məbləğində pul borcu yaranmışdır. Daha sonra isə Coşqun Xudaynəzərovun bütün baş verənlər barədə məlumatı olmuşdur. Eyni zamanda hazırki qərarda Cavabdeh vətəndaş İddiaçı qarşı törətdiyi əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən həmin xüsusatlar üzrə barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və İddiaçı qeyd olunan məsələnin mülki-hüquqi xarakterli mübahisə olduğu, məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət etməli olduğu izah edilmişdir.
6. "xxxx" MMC-nin 21 iyun 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 15 mart 2021-ci il tarixli, BL554477 saylı, 2058.00 manat məbləğli nisyə satış müqaviləsi üzrə "xxxx" MMC-yə 21 iyun 2024-cü il tarixə borcu yoxdur.
İşin faktiki halları.
7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehə təqdim etmək üçün öz adına nisyə alqı-satqı əsasında aldığı telefonlar üçün ödədiyi 1050 manat və cavbadehə borc qismində verdiyi pul vəsaitindən qaytarılmamış 1600 manat olmaqla ümumilikdə cavabdehdən ona qaytarılmalı olan 2650 manat pul vəsaitinin ondan tutulmasını tələb edir. Tələbin əsaslandırması ondan ibarətdir ki, cavabdehlə onun şəxsi münasibətləri olmuş, bu münasibətlər əsasında cavabdehə görə iki dəfə kreditə mobil telefonlar götümüş, cavabdeh həmin telefonlara görə qismən ödənişlərini etsə də, borc məbləğini tam ödəməmişdir. Eyni zamanda, cavabdehin ona 1600 manat da əlavə borcu var. Tələbinin əsası kimi cinayət təqibi orqanının yuxarıda qeyd olunan qərarında cavabdehin ona borcunun olmasını təsdiq etdiyi ifadəsinə əsaslanır. Cavabdeh tərəfindən iddia tələbinə dair hər hansı etiraz yaxud mülahizə daxil olmamışdır. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi
10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi formada razılaşmaqla borc münasibəti yaranmışdır. İddiaçı hazırda cavabdehdən tələb etdiyi 2650 manata münasibətdə bildirir ki, həmin pul vəsaitinin 1050 manat hissəsi onun cavabdehə təqdim etdiyi telefonlara görə etdiyi ödənişlərlə bağlıdır və qalan 1600 manat hissəsi isə cavabdehə borc olaraq verdiyi pul vəsaitindən qaytarılmamış hissədir. Məhkəmə hazırkı iddia tələbinə qiymət verərkən iş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında qərar”a və işin hallarına istinad edir. Həmin qərardan aydın olur ki, hazırkı iş üzrə Cavabdeh öz ifadəsi zamanı bildirmişdir ki, İddiaçı əvvəlcə dəyəri 2058 manat olan “İphone 11” markalı, daha sonra isə dəyəri 1139 manat olan “İphone SE” markalı telefon alıb ona verməsini istəmiş və ödənişləri özünün edəcəyini bildirmişdir. İddiaçı həmin mobil telefonları nisyə alqı-satqı əsasında alıb ona təhvil vermişdir. Eyni zamanda, cavabdeh istintaq orqanında verdiyi ifadəsində bildirmişdir ki, həmin telefonlara görə bir neçə dəfə ödəniş etmiş, lakin sonradan maddi imkansızlığı səbəbindən ödənişləri davam etdirə bilməmişdir. İddiaçı iddia tələbində qeyd edir ki, mobil telefonlara görə cəmi 1050 manat ödəniş etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin təqdim etdiyi arayışdan da görünür ki, İddiaçı mağazaya borcu qalmamışdır. Bu baxımdan məhkəmə ümumilikdə tələb olunan məbləğin 1050 manat hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə tam əsaslıdır. Məhkəmə eyni zamanda tələb olunan digər 1600 manata münasibətdə isə bildirir ki, Cavabdeh ifadəsindən aydın olur ki, o, İddiaçı aldığı 2000 manat məbləğində pulun 400 manatını qaytarmış, İddiaçı 1600 manat məbləğində pul borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh cinayət təqibi orqanına verdiyi ifadədə həmin borc məbləğinin qalmasını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb ümumi borc məbləğinin ikinci hissəsinə münasibətdə də əsaslıdır. Sadalanan xüsusatlara ümumiləşdirməklə məhkəmə hesab edir ki, iddia tələbi bütünlükdə əsaslıdır.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2650 manat pul və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu tutularaq ödənilməlidir.
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2650 manat pul və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.