Məhkəmə qərarları › İş №2(010)-3129/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3129/2020

28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3129/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğində 103 manat miqdarında alimentin tutulması barədə qətnamənin dəyişdirilməsini; Cavabdeh xx.xx.2017-ci il təvəlüldlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2006-cı il tarixdə Laçın rayon Qeydiyat Şöbəsində nikah bağlanmışdır. Cavabdehlə ailə qurarkən el adəti ilə toyları olmuş, toydan sonra cavabdeh və onun valideynləri ilə bir yerdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəlüllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-731/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğində 103 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlardan birinin 13, digərinin isə 10 yaşı olmaqla 8-ci və 4-cü siniflərdə oxuyurlar. Onlar Hövsanda pensiya alan yaşlı valideynləri ilə birlikdə yaşayırlar. Cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış, notariat qaydada təsdiq edilməmişdir. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqların saxlanmasına kifayət etmədiyini bildirsə də ona əlavə heç bir köməklik etməmişdir. Həmçinin, onlar arasında olan nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-1746/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalması qət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X7 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh hazırda ödədiyi alimentin miqdarının artırılması ilə razılaşmır. O, həm özü üçün, həm də uşaqlar üçün məcburi köçkünlərə verilən aylıq müavinət də alır. Lakin uşaqlar hazırda iddiaçının himayəsində qalmasına baxmayaraq, cavabdeh nə həmin müavinətin köçürüldüyü kartı iddiaçıya verir, nə də alimentin miqdarının artırılması ilə razılaşır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun maddi imkanı yoxdur, məcburi köçkündür. Bir müddət əvvəl avtomobillə qəzaya uğramış, ayağı sınmışdır. Bu vəziyyətilə əlaqədar son vaxtlar maddi durumu daha da pisləşmişdir. O, iki uşaq üçün hər ay cəmi 200 manat məbləğində aliment verir. O, həmin pulu hər ay uşaqların adına verilən aylıq 60 manatlıq məcburi köçkün müavinətinin üzərinə özünə verilən müavinəti əlavə etməklə ödəyir. Yəni onsuz da həmin kartdan çıxardığı bütün pulu alimentin ödənilməsinə sərf edir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə isə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 103 manat miqdarında alimentin tutulması qət edilmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 338213 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 316 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı verilmişdir. Laçın rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 905257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. Laçın rayon RİHB-nin Şərkə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 442596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Binəqəd rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləğində hər ay hər uşağa görə 103 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa sabit pul məbləğində 103 manat miqdarında alimentin tutulması barədə qətnamənin dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəlüldlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment ödənilməsini tələb edir. Həmçinin o, bildirir ki, cavabdeh hər ay uşaqlar adına məcburi köçkünlər üçün verilən müavinət kartını da özündə saxlayaraq ona vermir. Halbuki uşaqlar hazırda onun himayəsindədir. Cavabdeh isə həmin müavinətlə bağlı qeyd edir ki, o, iddiaçıya hər ay verdiyi cəmi 200 manat məbləğində alimenti elə həmin müavinətə öz adına verilən müavinəti əlavə etməklə ödəyir. Onun başqa gəliri yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, aliment valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün tutulan vəsaitdir. Uşaqlar adına alınan digər müavinət və ödənişlər alimentə daxil deyil və məhkəmə qaydasında aliment tutularkən bu hal nəzərə alınmır. Məhkəmə qaydasında tutulacaq alimentin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı işdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının himayəsindədir və onların saxlanılması ilə bağlı bütün xərclər iddiaçının üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, cari il üçün müəyyən edilmiş uşaqların yaşayış minimumu məbləği hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bununla belə məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması, 170 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu xərclərinin bütövlükdə ataya aid edilməsi ədalətli hesab edilə bilməz. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, hazırkı iş üzrə Cavabdeh Hüseynlı oğlu maddi imkanı olmadığını və avtoqəza keçirdiyini, ayağının sındığını,əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu,indiki halda sağlamlıq vəziyyətinin buna imkan vermədiyini,bu halın onun maddi durumuna daha da pis təsir etdiyini bildirmiş, iddiaçı onun qəza keçirdiyini və ayağının sındığını mübahisələndirməmiş, qəbul etmişdir. Əksinə, iddiaçı isə cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olduğunu, alimentin hər uşaq üçün 170 manat, cəmi 340 manat məbləğinə artırılmasına zərurət olduğunu sübut edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən aliment məbləğinin artıq olması nəticəsinə gələrkən həmçinin, onu da qeyd edir ki, X15 Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalı aradan qaldırmaq üçün məhkəmə aşağaıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hazırkı işdən görünür ki, Cavabdeh məcburi köçkündür. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin heç birindən dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-731/2014 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra olunduqdan sonra ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar