Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3137/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş hissənin ödənişinin təmin edilməsi” tələbi barədə iddia ərizəsiilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(010)-2689/18 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı Hüseynov Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh aylıq gəlirinin (qazancının) dörddə bir hissəsi miqdarında müəyyən edilməsi və aliment cavabdehin aylıq gəlirindən tutulmaya yönəldilməsi; hazirki iddia ilə Məhkəməyə müraciət edilənədək cavabdeh tərəfindən ödənilməmiş 1782 (min yeddi yüz səksən iki) manat məbləğində aliment onun aylıq gəlirindən tutulması; cavabdeh tərəfindən ödənilməmiş 1782 manat aliment məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(010)-2689/18 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı Hüseynov Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh aylıq gəlirinin (qazancının) dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(010)-3742/16 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2011- ci il tarixdə bağlanmış nikah ləğv edilmiş və birgə nikahdan xx.xx.2012-ci tarixdə doğulmuş övladı Hüseynov Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 2018-ci il yanvarın 1-dən qüvvəyə minən "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il il üzrə yaşayış minimumu artırılaraq uşaqlar üçün 154 manat məbləğində müəyyən edildiyinə görə, tərəfindən məhkəməyə müraciət olunmuş və xx xxxxx 2018-ci il tarixli 2(010)-2689/18 nömrəli qətnaməyə əsasən alimentin məbləğinin 154 manat olması qərara alınmışdır. 2019 və 2020-ci illər üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün 2019-cu il üzrə yaşayış minimumu 160 manat, 2020-ci il üzrə isə 170 manat məbləğində müəyyən edilsə də, alimentin məbləğinin artırılması barədə İddiaçı tərəfindən məhkəməyə müraciət olunmamışdır. Buna səbəblərdən biri də, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin cavabdeh tərəfindən vaxtlı-vaxtında və tam həcmdə ödənilməməsi, habelə aidiyyəti icra qurumunun, məmurunun bu hala diqqət yetirməməsi, lazımi tədbir görməməsi olmuşdur. Müəyyən edilən aliment məbləği uşağın xərclərini tam qarşılamır və iddiaçı atası evində yaşayaraq, atasının əlavə çəkdiyi xərclərlə, əzab-əziyyətlə böyüdür. Belə ki, azyaşlının ehtiyacını, o cümlədən əlavə dərs çalışmaları, rəqs və sair bu kimi məşğuliyyətləri üçün ödənişləri iddiaçının atası qarşılayır və qayğısını çəkir. Hazırda Cavabdeh "xxxxxxx" MMC-də işləyir, aylıq məvacib əldə edir və birgə nikahdan doğulmuş uşağa daha yaxşı maddi yardım göstərmək imkanına malikdir. Lakin, cavabdeh məhkəmə tərəfindən müəyyən edilən və uşağın xərclərinin üçdə birinə kifayət edən 154 manatı belə ödəməkdən yayınır. Odur ki, məhkəmədən Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2689/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Yusifin yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh aylıq gəlirinin (qazancının) dörddə bir hissəsi miqdarında müəyyən edilməsi və aliment cavabdehin aylıq gəlirlərindən tutulmasına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3742/l6 saylı qətnaməsi icraya yönəldikdən sonra Cavabdeh alimenti dərhal ödəmiş, maddi vəziyyəti ilə əlaqədar ödənişlərini nisbətən az miqdarda etdiyi üçün 1126 manat aliment borcu yaranmışdır. Yaranmış borc barədə icra şöbəsi tərəfindən cavabdehin işlədiyi “xxxxxxxx” MMC-nin mühasibatlığına məktub vasitəsilə müraciət edilmiş, cavabdehin hər ay əmək haqqından 1126 manat qalıq borc tutularaq İddiaçı ödənilmişdir. Cavabdehin hal-hazırda aliment borcu yoxdur. Cavabdeh hazırda yenidən ailə qurmuş, həmin nikahından 1 övladı var. Himayəsində valideynləri və ailəsi var. Cavabdeh ailənin tək oğludur, valideynləri işləmir, aldiği əmək haqqı özünün, ailəsinin tələbatlarını ödəmir. İddiaçı ticarətlə məşğul olur və gündəlik gəliri 20 manat olmaqla aylıq gəliri 600 manatdır. Bu da onu göstərir ki iddiaçının maddi vəziyyəti olduqca yaxşıdır. Cavabdeh uşağının saxlanılması üçün sabit pul məbləğində aliment ödəyir və gələcəkdə də sabit pul miqdarında aliment ödəməsi ilə razıdır. Odur ki, iddiaçının iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsinə əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)-6258/2017 nömrəli xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmuşdur. Eyni ilə işin materialları və tərəflərin nümayəndələrin izahatları ilə müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh “xxxxxxxx” MMC-də avtomobillərin təmiri və texniki baxış şöbəsi”ndə böyük usta-avtoelektrik vəzifəsində işləyir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsi qəbul edilərkən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində 154 manat miqdarında müəyyən olunduqdan sonra tərəflərdən birinin (Cavabdehb Rəhim oğlu) maddi vəziyyətində dəyişiklik olmuş və o, “xxxxxxxx” MMC-də işə düzəlmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sadalanana xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, eləcə də cavabdehin maddi vəziyyətində baş vermiş dəyişilikliyə əsaslanır. Bundan əlavə məhkəmə qeyd etməyi zərurui hesab edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqqında» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə -qazancın (başqa gəlirlərin) dörddə biri miqdarda aliment tutulur. Eyni ilə həmin qərarda qeyd olunmuşdur ki, “... qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.” Bu halları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, aliment miqdarının artırılmasına dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tutulan alimentin dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Çünki, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə alimentin miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, tərəflərin mövcud vəziyyətini, Ailə Məcəlləsinin tələblərini və xeyrinə aliment tutulan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsi ilə Cavabdeh hər ay 154 manat miqdarında tutulan aliment dəyişdirilərək, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-2089/2018 saylı qətnaməsi ilə tutulan aliment dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir (1/4) hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3137/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3137/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver