Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3153/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsiı» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsiı» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ağanəhməd qızı və Cavabdeh2 birgə qaydada 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 767.21 (yeddi yüz altmış yeddi dollar iyirmi bir sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 140.66 (bir yüz qırx dollar altmış altı sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 862.63 (səkkiz yüz altmış iki dollar altmış üç sent ) ABŞ dolları cərimə borcunun, cəmi isə 2728.03 (iki min yeddi yüz iyirmi səkkiz dollar üç sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqaviləsinə əsasən ıddiaçT1əgvv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 Ağanəhməd qızına 24 ay müddətinə illik 36 % ödəmək şərti ilə 1175 (bir min yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 Ağanəhməd qızının kredit üzrə banka olan əsas borcu 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 767.21 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 140.66 ABŞ dolları müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 862.63 ABŞ dolları, cəmi isə 2728.03 ABŞ dolları təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı bankdan götürdüyü kredit məbləği üzrə 4 ay ərzində ödənişlər etmiş, sonradan işdən çıxdığına görə ödənişləri həyata keçirə bilməmişdir. İddia müddəti keçməsi ilə əlaqədar olaraq iddianın rədd edilməsini xahiş edir və müvafiq ərizəsini məhkəməyə təqdim edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 36 % ödəmək şərti ilə 1175 (bir min yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişin son müddəti xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nə xx.xx.2020-ci il tarixinə kredit üzrə banka olan 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 767.21 (yeddi yüz altmış yeddi dollar iyirmi bir sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 140.66 (bir yüz qırx dollar altmış altı sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 862.63 (səkkiz yüz altmış iki dollar altmış üç sent ) ABŞ dolları cərimə borcunun, cəmi isə 2728.03 (iki min yeddi yüz iyirmi səkkiz dollar üç sent) ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, İddiaçı ASC-ti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqavitəsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 36 % ödəmək şərti ilə 1175 (bir min yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin bankla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən onun 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə faiz borcu 767.21 (yeddi yüz altmış yeddi dollar iyirmi bir sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 140.66 (bir yüz qırx dollar altmış altı sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 862.63 (səkkiz yüz altmış iki dollar altmış üç sent ) ABŞ dolları cərimə borcunun, cəmi isə 2728.03 (iki min yeddi yüz iyirmi səkkiz dollar üç sent) ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan X2 müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən kredit və kredit borcuna hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsaslıdır. Bu baxımdan məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-ti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, İKM 289 saylı istehlak kredit müqavitəsi 24 ay müddətinə bağlanməşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 367.2.-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 369.1.-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləninin 372.2.-ci madəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377-ci maddəsində aşağıdakılar təsbit olunmuşdur. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Beləliklə də, şərh olunmuş işin hallarını və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxx 2017-ci il tərəflər arasında imzalanmış kredit müqaviləsinin bitdiyi tarix, xx xxxx 2017-ci il tarixi isə Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən mübahisə üzrə iddia müddətinin axımının başlanması anı kimi müəyyən olunmalıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə tərəflər arasında olan münasibətlərə 3 illik iddia müddəti tətbiq edildiyini nəzərə alaraq iddia müddəti xx xxxx 2020-ci il tarixdə bitmiş hesab olunmalıdır. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “xxxxxxxx” MMC ölkədaxili kuryer xidmətinin 239168 saylı qəbzin əslindən təsdiq olunur ki, iddia ərizəsi və ona əlavə olunmuş materialları xx xxxx 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsini dəftərxanasına təhvil verilmişdir. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 3 illik iddia müddətini buraxmamışdır. Bununla belə, məhkəmə cərimə borcunun tələb olunması hissədə iddianı qismən əsaslı, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmış faiz borcu və cavabdehlərə qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, cərimənin tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə cərimənin 5 ABŞ dolları məbləğlərinə azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehdən "müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 140.66 ABŞ dolları faiz borcunun tutulması" hissədə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir;… Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; Bu baxımdan məhkəmə bu hissədə iddia tələblərinə qiymət verib hesab edir ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra (2 il 11 ay 27 gün) keçəndən sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh2 qarşı pul tələbinə dair iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdeh X4 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli İddiaçı ASC ilə X9 arasında kredit müqaviləsinin müddəti xx xxxxxxx 2017-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Cavabdeh2 qarşı iddia tələbi irəli sürülməmişdir. Bu hal isə yuxarıda qeyd olunan Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları əsas borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 5 (beş) ABŞ dolları cərimə borcunun, cəmi isə 962,53 (doqquz yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları məbləğində borc tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 957.53 (doqquz yüz əlli yeddi dollar əlli üç sent) ABŞ dolları əsas borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 5 (beş) ABŞ dolları cərimə borcunun, cəmi isə 962,53 (doqquz yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3153/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3153/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver