Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3154/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən verilmiş 1810 manat məbləğində borcun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 1710 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 38 manat, cəmi 1748 manat alınaraq İddiaçı Nəsrulla oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təqribən 2024-cü ilin əvvəllərində ondan 1 ədəd Samsung A22 markalı telefon, 1 ədəd Samsung markalı planşet və başqa bir telefon götürmüş və 400 manat nağd pul, ümumilikdə 1810 manat məbləğində borc almışdır. Cavabdehin ailə üzvü evdə xəstə olduğundan ona kömək etmək məqsədilə borc vermişdir. Lakin borc üçün heç bir faiz nəzərdə tutulmamışdır. Cavabdeh ona borcu hissə-hissə, yəni hər ayın 10-u 150 manat məbləğində qaytaracağını vəd vermişdir. Ona məxsus Samsung A22 markalı telefon sənədi ilə birlikdə Cavabdeh verilmişdir. Bundan başqa, Cavabdeh hər ayın 10-u borcu verəcəyini və vermədiyi halda polislərə cavabdeh olduğunu yazılı şəkildə bildirmişdir. Cavabdeh tərəfindən 500 manat borc məbləği ona qaytarmış və ümumilikdə 1810 manat borc qalmışdır. Cavabdeh tərəfindən yazılmış sənəddən görünür ki, cavabdeh borcunun olduğunu etiraf etmiş və imzası ilə təsdiq etmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki, onun cavabdehə qarşı iddia tələbi tam təmin edilməlidir və bunun üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin, 2-ci qrup əlilliyi var və özü şəhid ailəsidir, sözügedən pul onun üçün kifayət qədər əhəmiyyətli bir məbləğdir. Bütün bunlara əsasən, o Cavabdeh tərəfindən ona ödənilməli olan 1810 manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq ona geri qaytarılmasına dair son ümüd ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları.
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi qəbul edərək bildirmişdir ki, İddiaçı 2024-cü ilin dekabr ayında üç ədəd telefon və 2025-ci ilin fevral-mart aylarında isə 400 manat məbləğində borc pul götürmüşdür. Mövcud borc məbləği 1710 manatdır, borcun hamısını birlikdə ödəmək üçün maddi imkanı yoxdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək, bununla bağlı ərizə təqdim etmişdir.
İş materialları.
6. Cavabdeh tərəfindən yazılmış əlyazmadan müəyyən olunur ki, Cavabdeh, İddiaçı telefon götürmüşdür. Samsung A22 qardaş kimi pul götürmüşdür 1810 manat. Faizə kreditə verməyib qardaş kimi köməklik edib evdə xəstə var idi. Allah rızası üçün köməklik edib. Hissə-hissə verəcəkdir.150 manat hər ay ödəyəcəkdir. Hər ayın 10-u ödəməsə polislərə cavabdehdir. Telefon sənədi ilə verib özünündü Elşənin telefon. Suraxanı Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 49 35-ci bölməyə cavabehdir. Təzə Günəşli bölməsi. Pul da götürmüşdür. 400 Elşəndən götürmüşdür. Toplam 1810 manat borcu var. 102-yə cavabdehdir. Zığdan götürmüşdür. Məhkəmələrdə cavabdehdir. Anası xəstədi. Anası köməkilik edib Elşən qardaş. Allah rızası üçün Xətaidə götürmüşdür.X2 pul götürmüşdür Elşəndən. 1810 manat borcu var Elşənə.
7. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “X3” X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 882 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı hal-hazırda X3nin psixatrik kabinetində qeydiyyatdadır. İİ qrup əlildir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin 36-cı P.-nə ünvanlanan ərizələrin icrası ilə əlaqədar bildirilir ki, mövcud məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməyi tövsiyyə olunur.
İşin faktiki halları.
9. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı şifahi alqı-satqı müqavilələri üzrə telefonlar və 400 manat məbləğində nağd pul götürmüşdür. Ümumilikdə 1810 manat məbləğində borc yaranmışdır. Borc üçün heç bir faiz nəzərdə tutulmamışdır. Cavabdeh ona borcu hissə-hissə, yəni hər ayın 10-u 150 manat məbləğində qaytaracağını dair vəd vermişdir. Tərəflər arasında razılaşma ilə bağlı əlyazma təqdim olunmuşdur.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, nisyə alqı-satqı müqaviləsi və borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır.
Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1710 manat pul vəsaiti və iddia tələbi təmin olunduğundan 38 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 1710 (bir min yeddi yüz on) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova