Məhkəmə qərarları › İş №2(010)-3171/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3171/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3171/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Nikahları pozulmuşdur. Bu nikahdan onların xx.xx.2015-ci ildə X5 adlı bir uşaqları anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)- 3517/18 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci ildə anadan olmuş X1 üçün hər ay Cavabdeh 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Onun uşağın saxlanması üçün 500 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. O, heç bir yerdə işləmir, cavabdehin ödədiyi aliment məbləği uşağın saxlanması üçün kifayət etmir, o, valideynlərinin vəsaiti hesabına uşağı saxlayır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağının maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər , uşaq əyləncələri, geyim əşyaları, tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir., hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Bundan başqa uşaq aktiv faza revmatizma xəstəliyindən əziyyət çəkir ki, uşağın mütəmadi müalicəyə ehtiyacı vardır. O, uşağın müalicəsi ilə əlaqədar bütün dərman vasitələrini almağa məcbur olur. Bu barədə cavabdehə dedikdə isə o, pulunun olmamasını bildirib, valideynlik məsuliyyətindən yayınır. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə etsə idi, bu zaman uşağını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşağın saxlanması üçün aliment məbləği artırılmalıdır. Bununla əlaqədar İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-3517/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaı üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia müdafiə edərək, öz izahatında bu günə kimi cavabdehdən ayrıca heç nə tələb etmədiyini, lakin artıq uşağının həm xəstəliyi həm də uşağın yaşı ilə əlaqədar olaraq tələbatlarının artdığını və maddi cəhətdən öhdəliklərini tam olaraq qarşılaya bilmədiyini bildirmişdir. Eyni zamanda ona və uşağına yalnız valideynləri tərəfindən maddi cəhətdən köməklik göstərdiyini, anasının da eyni zamanda xəstə olduğunu, iddiaçı tərəfindən baxıldığını və bununla əlaqədar işə düzələ bilmədiyini məhkəmənin nəzərinə çatdırmış və nəzərə almasını xahiş etmişdir. İddiaçı cavabdehdən sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddianı qəbul edərək, öz izahatında iddiaçın sabit pul məbləğində alimentin 170 (yüz yetmiş) manat məbləğinə qədər artırılması tələbini qəbul etdiyini və heç bir etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçını və cavabdehin vəkili və nümayəndəsini dinləyərək, toplanmış sübutları və iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı nikahın pozulması tələbi və cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək uşağı xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 boşanmadan sonra onun yanında qalmasının müəyyən edilməsinə, habelə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan onun xeyrinə hər ay 200 manat olmaqla sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə bağlı hər ay 150 manat məbləğində əlavə xərcin tutulmasına dair qətnamə çıxarılması tələbinə dair iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Əliyeva (nikahdan əvvəl – Alıyeva) Pərvanə Xudam qızı arasında xx xxxxxx 2013-cü ildə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 869 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmişdir. xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 boşanmadan sonra cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızının yanında qalması müəyyən edilmişdir. xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 154 (bir yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində aliment tutularaq sonra cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızına ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh xx xxxxxxxx 2015-ci il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilmiş, ondan hər ay 60 (altmış) manat məbləğində pul tutularaq cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızına verilmişdir. Alimentlərin hesablanması və ödənilməsi xx xxxx 2018-ci ildən etibarən həyata keçirilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı nikahlarını xx xxxx 2018-ci il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 241 sayla qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Əliyev soyadı, qadına isə (Alıyeva) kimi qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 624643 saylı doğum haqqında şəhadədətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2015-ci il tarixdə 6023 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPMQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPMQMİ-in MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli arayışa əsasən Cavabdeh ünvan 2 mənzil 66 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçını və cavabdehin etibarnamə üzrə nümaəyəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və xx.xx.1989-cu il tarixli X7 BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «X7» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, qida rassionlarına uyğun şəkildə qidalanması, təhsili ilə bağlı xərclərin mövcudluğunu və bununla da hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianın təmin edilərək uşağın saxlanılması üçün 170 manat sabit pul məbləgində alimentin artırılmasını qət edilməsini məqsədə müvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar