Məhkəmə qərarları › İş №2(010)-3181/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3181/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3181/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçi İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 AZN (səkkiz min yüz manat) məbləğində borcun, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 4050 AZN (dörd min əlli manat) və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu, habelə 0,40 AZN (40 qəpik) bank xidmət haqqı olmaqla, cəmi 12180,40 AZN (on iki min yüz səksən manat 40 qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinn həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 7600 AZN (yeddi min altı yüz manat) məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 9100 AZN (doqquz min yüz manat) məbləğində borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borcalan kredit borcunu xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakincavabdeh həmin borc məbləğindən cəmi 1500 AZN ödəniş etmiş, qalıq borc məbləğini ödəməmişdir və ödəməkdən yayınır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət edərək cavabdehdən7600 AZN məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbiniqəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı 9100 (doqquz min yüz) manat məbləğində borca pul götürmüş, aldığı borc məbləğindən fevral ayında 1000(bir min) manat, iyul ayında 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Onun hazırda iddiaçıya 7600 (yeddi min altı yüz) manat məbləğində borcu vardır və həmin borcun ondan tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarınıdinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cəbiyev X1 Teyyub Qulu oğluna 9100 manat məbləğində pulu borca vermiş və Cavabdeh həmin məbləği xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin izahatları ilə işin mübahisəsiz halı ondan ibarətdir ki, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh ödənilməmiş borcu 7600 (yeddi min altı yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarından aydın olur ki, cavabdeh ilə iddiaçı arasında borc müqaviləsi şifahi bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin vermiş olduğu izahatlardan müəyyən olunur ki, cavabdeh həqiqətən də iddiaçıdan pul aldığını etiraf etmişdir. Belə olduğu halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Bu baxımdan İddiaçı Cavabdeh qarşı 7600 manat məbləğində pulun tutulması barədə iddia yolverilən olmaqla qanuni və əsaslıdır. Həmin hissədə iddia tələbi təmin olunaraq cavabdehdən borclu olduğu 7600 manat pul alınıb iddiaçıya verilməlidir. Eləcə də, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar