Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3182/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində borcun, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaq faiz borcu üzrə 8500 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqı olmaqla, cəmi 17030,40 məbləğində pulu tutulub ona verilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, faiz hissəsində iddia tələbinin həcminin azaldığını və cavabdehdən 8500 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2015-ci il tairxdə Bakı şəhəri 18 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, o, Cavabdeh 8500 manat məbləğində borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan kredit borcunu xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borc məbləğindən heç bir ödəniş etməmişdir və ödəməkdən yayınır. Borcun ödənilməsi ilə bağıl dəfələrlə cavabdehə məlumat versə də, sonuncu müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə verib iddia tələbini qəbul etdiyini bildirərək iddiaçıya 8500 manat məbləğində borcunun olduğunu və həmin borcu hissəhissə olmaqla qısa müddət ərzində ödəyəcəyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, cavabdehin iddiaya münasibətini nəzərə alıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixinədək, borc verənə ildə faizsiz olaraq 8500 manat borc vermişdir. Mülki-Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının iddiasını müdafiə etməsini, həmçinin cavabdehin də iddia tələbini qəbul etməsini nəzərə alaraq və yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, idiia təmin edilməli, Cavabdeh 8500 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin olunsun. Cavabdeh iddiaçı Cəbı̇yev Vüqar Yadulla oğlunun xeyrinə 8500 manat məbləğində borc, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3182/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3182/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver