Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3198/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin artırılması və hər ay 170 (yüz yetmiş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdehlə 2005-ci ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, sonradan nikahı xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Sonradan münasibətlər korlanmış və Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(050)-563/2016 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 8697/2017 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər biri üçün sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat olmaqla cəmi 411 (dörd yüz on bir) manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Uşaqları böyüdüyündən onun qayğıları da artır, onların qidalanması, geyimi, istirahəti və s. pul tələb edir. O isə bu məsrəfləri təkbaşına qarşılamaqda çətinlik çəkir. xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X2 xəstələridələr və onların müalicəsi kifayət qədər pul tələb edir. Cavabdehin alimenti ödəməsi üçün kifayət qədər gəliri var. Belə ki, cavabdeh emalatxana işlədir və gəlirləri də kifayət qədərdir. Odur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin artırılması və hər ay 170 (yüz yetmiş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla iddiaçı arasında olan nikah pozulduqdan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi ilə ondan hər uşağa görə ayda 136 manat olmaqla cəmi 408 manat aliment tutulması qət edilmişdir. O, qeyd edilən məbləği ödəməkdə çox çətinlik çəksə də, həmin məbləği hər ay ödəmişdir. Lakin hazırda iddiaçı əvvəllər onunla birlikdə yaşadığı evə onu buraxmadığına görə kirayədə yaşamağa məcbur olmuşdur. Bu isə xərclərini artırmış və o, qeyd edilən qətnamə ilə ödəməli olduğu məbləği ödəməkdə çətinlik çəkməyə başlamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə ödəməli olduğu 136 manat alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat edilməsini o, daha ədalətli sayır və düşünür ki, bu məbləği o, ödəyə bilər. Həmin məbləğ onun maddi imkanına uyğun olmaqla yanaşı yaşayış minimumunun uşaqlar üçün müəyyən edilmiş 160 manat məbləğinin tam yarısı qədərdir və belə hesab edir ki, uşaqları saxlamaq bir valideyn kimi həm özünün və həm də iddiaçının vəzifəsi olduğu üçün, bu məbləğ daha ədalətlidir. O, iddiaçıya keçən il 12000 manat məbləğində pul vermiş, iddiaçı isə həmin məbləği uşaqlarının saxlanılması üçün deyil, qardaşına avtomaşın almağa xərcləmişdir. Bu da onu göstərir ki, iddiaçının tələb etdiyi alimentin məbləğinin artırılması uşaqlarının saxlanılması üçün deyil, iddiaçının digər xərclərinin ödənilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat, xx xxxx 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat və xx xxxxxx 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat miqdarında aliment tutulmalıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5950/2019 saylı qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2016-cı il təvəllüdlü X5 yetknlik yaşına çatanadək saxlanması üçün Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(024)-438/2018 saylı qətnaməsinə əsasən tutulmuş 120 manat sabit pul məbləğində aliment dəyişdirilərək hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cimaddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqlarınsaxlanması üçünvəsait (aliment) valideynlərdənməhkəmə qaydasındatutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlara görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün cavabdehdən 134 manat məbləğində aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh HəsənovƏdalətBinnətoviçdən həruşağa görə sabit pul məbləğində hər ay 150 manat miqdarında aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabehdən hər ay həruşağa görə 137 manat aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 8697/2017 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən,iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8697/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3198/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3198/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver