Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3199/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.09.2017-cu il tarixli STN03-0985 saylı alqı-satqı müqaviləsi üzrə 348 manat məbləğində əsas borcun, 296 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə 674 manat pul məbləğinin cavabdeh QasımovaLətafət Maşallah qızından tutularaq tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianın müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh İddiaçı MMC (TEXNOPLUS mağazası) ilə 11.09.2017-ci il tarixində, STN03-0985 saylı alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 377 manat dəyərində “Samsung J320 Gold” markalı mobil telefon almışdır. Müqavilə 29 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən 348 manat ümumi məbləğ 12 ay ödəniş etmək şərti ilə, hər aya 29 manat ödəniş edilməli idi. Cavabdeh tərəfindən indiyə qədər heç bir ödəniş həyata keçirilməmişdir. Qalıq borc 348 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 11.02.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu isə 296 manatdır. 348 manat əsas borc, 296 manat dəbbə pulu və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə İddiaçı MMCyə 674 manat ödənilməlidir. Daha əvəllər borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Sonuncu dəfə isə Cavabdeh ödənişlə əlaqədar 14.04.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə 10 günlük müddət təyin edilmişdir. Lakin borclu yenə də ödəniş etməmişdir. Odur ki, iddiaçı TAB” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.09.2017-cu il tarixli STN03-0985 saylı alqı-satqı müqaviləsi üzrə 348 manat məbləğində əsas borcun, 296 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə ümumilikdə 674 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarında olan 11.09.2017-cu il tarixli STN03-0985 saylı alqı–satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçındən “Samsung J320 Gold” markalı mobil telefon almış və həmin əşyanı alınmasına görə 377 manat pulu 12 ay ərzində, ilkin ödəniş 29 manat, hər ay 29 manat, ödəməklə ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 11.09.2017-cu il tarixli STN03-0985 saylı alqı–satqı müqaviləsinin əlavəsi olan 11.09.2017-ci il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 29 manat olmaqla 11.09.2018-ci il tarixinə qədər ödənilməsi razılaşdırılmışdır. Mülki işin materiallarında olan 06 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 11.09.2017-cu il tarixli STN03-0985 saylı müqaviləsinə əsasən, “Samsung J320 Gold” markalı mobil telefon üçün 348 (üç yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 296 (iki yüz doxsan altı) manat dəbbə pulu olmaqla ümumilikdə 644 (altı yüz qırx dörd) manat miqdarında borcu borcu vardır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 03.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı MMC (TEXNOPLUS mağazası) ilə 11.09.2017-ci il tarixində, STN03-0985 saylı alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 377 manat dəyərində “Samsung J320 Gold” markalı mobil telefon almışdır. Müqavilə 29 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən 348 manat ümumi məbləğ 12 ay ödəniş etmək şərti ilə, hər aya 29 manat ödəniş edilməli idi. Cavabdeh tərəfindən indiyə qədər heç bir ödəniş həyata keçirilməmişdir. Qalıq borc 348 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar 11.02.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu isə 296 manatdır. Buna görə də məhkəmə hesab edir ki, 348 manat məbləğində əsas borc , Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 11.09.2017-ci il tarixli müqavilələrin 5-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 348 manat məbləğində əsas borca tənasübsüz olaraq 296 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 296 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 348 (üç yüz qırx səkkiz) manat əsas borcu, 10 (on) manat cərimə pulu olmaqla, ümumilikdə 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 348 (üç yüz qırx səkkiz) manat əsas borcu, 10 (on) manat cərimə pulu olmaqla, ümumilikdə 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3199/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3199/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver