Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3208/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 15000 manat məbləğində pul vəsaitinin və 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh uzun illərdir ki, tanıyır və onun (cavabdehin) özünə məxsus şadlıq sarayı vardır. 2019-cu ilin sonlarında Cavabdeh özünə məxsus restoranı işlətmək üçün ona müvəqqəti 20000 manat məbləğində borca pul lazım olduğunu bildirmişdir. O, narazılıq etdikdə cavabdeh həmin borcu tezliklə, yəni 2-3 aya qaytaracağına söz vermişdir. O, cavabdehlə razılaşmış və 2019-cu ilin sonlarında ona 20 000 manat məbləğində borc vermişdir. Ona borc verdiyi müddətdən 2-3 ay keçdikdən sonra ondan borcu qaytarmağı tələb etmiş və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. 2022-ci ilin may ayında cavabdehə verdiyi borcunun 3 ilə yaxınlaşdığı üçün ondan pulu tələb etmiş və o yenə də ona borcu tezliklə qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. Artıq o, iddia müddətinin ötdüyünü görüb cavabdehdən ona bu barədə qəbz verməsini tələb etmişdir. Cavabdeh borcunun etirafı olaraq 30 may 2022-ci ildə ona qəbz yazıb vermiş və həmin qəbzdə ona borcunu 3 ay müddətinə qaytaracağını qeyd etmişdir. O, yenə də öz vədinə əməl etməmiş və bu günə kimi borcunu qaytarmamışdır. O, cavabdehə onu məhkəməyə verəcəyini bildirdikdə isə təxminən 2022-ci ilin oktyabr ayında cavabdeh ona cəmi 5000 manat məbləğində pul qaytarmışdır. Bundan sonra isə cavabdeh ona heç bir məbləğdə pul qaytarmamışdır. Belə ki, hal-hazırda cavabdehin ona 15 000 manat məbləğində borcu qalmışdır. Artıq cavabdehin ondan aldığı borcu qaytarmaq niyyətində olmamasını başa düşmüş və bu səbəblə də məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, onların arasında borc müqaviləsi şifahi olsa da, cavabdeh ondan aldığı pul vəsaitini ona qaytarmağı öhdəsinə götürmüş, lakin bundan 1 il keçməsinə baxmayaraq, o, borcunu tam olaraq ona qaytarmamışdır. Göründüyü kimi o, Cavabdeh müəyyən məbləğdə pul vəsaitini borc vermiş, bununla da cavabdehin həmin pul vəsaitini ona ödəmək öhdəliyi yaranmışdır. Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Belə ki, 2019-cu ilin sonlarında Cavabdeh özünə məxsus olan restoranda tüstü qurgusunun quraşdırılması üçün ona müvəqqəti olaraq 20 000 manat məbləğində pul vəsaitinin lazım olduğunu bildirmişdir. Cavabdeh həmin borcu tezliklə, yəni 2-3 aya qaytaracağına söz vermişdir. O, cavabdehlə razılaşmış və Badu-Kubə MTK-da aldığı mənzili sataraq 2019-cu ilin sonlarında ona 20 000 manat məbləğində borc pul vermişdir. Ona borc verdiyi müddətdən 2-3 ay keçdikdən sonra ondan borcu qaytarmağı tələb etmiş və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu qaytarmaqdan imtina etmişdir. O bununla bağlı olaraq Azərbaycan Respublikasının DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Cavabdeh 5000 manat pul vəsaitini geri qaytarmış və qalan məbləği yenə də qaytarmamışdır. Bundan sonra isə cavabdeh ona heç bir məbləğdə pul qaytarmamışdır. Belə ki, hal-hazırda cavabdehin ona 15 000 manat məbləğində borcu qalmışdır. Artıq cavabdehin ondan aldığı borcu qaytarmaq niyyətində olmamasını başa düşmüş və bu səbəblə də məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, onların arasında borc müqaviləsi şifahi olsa da, cavabdeh ondan aldığı pul vəsaitini ona qaytarmağı öhdəsinə götürmüş, lakin uzun müddət keçməsinə baxmayaraq, o, borcunu tam olaraq ona qaytarmamışdır. Göründüyü kimi o, Cavabdeh müəyyən məbləğdə pul vəsaitini borc vermiş, bununla da cavabdehin həmin pul vəsaitini ona ödəmək öhdəliyi yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən əlyazma ilə yazılmış etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı aldığı 20 000 manat məbləğində borcunu üç ay müddətində hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür.
6. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qeyd olunan xüsusatlarla bağlı araşdırma aparılmış, Cavabdeh tərəfindən İddiaçı 5000 manat pulun ödənilməsi təmin edilməklə tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur.
Şahid ifadəsi.
7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Cavabdeh onun həmyerlisidir. Belə ki, Cavabdeh yanında olan şəxslər onun avtomobili olduğunu bildirmişlər, ona bununla bağlı pul 200 ABŞ dolları pul vermişlər. Lakin həmin avtomobil üç il müddətində orada qalmışdır. Daha sonra o özü 12000 manat məbləğində pulu ödədikdən sonra avtomobili çıxartmışdır.
İşin faktiki halları.
8. İddiaçı iddia edir ki, Cavabdeh 2019-cu ilin sonlarında 20000 manat məbləğində borc vermiş, cavabdeh borcunu qısa bir müddətdə qaytarmağı öhdəsinə götürsə də, borcunu ödəməmişdir. Bununla bağlı iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və araşdırma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya 5000 manat pulun ödənilməsi təmin edilmiş, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
12. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən 2019-cu ilin sonlarında iddiaçı cavabdehə qısa müddət ərzində qaytarılması şərti ilə 20 000 manat məbləğində borc pul vermişdir.
13. Bununla bağlı iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və araşdırma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya 5000 manat pulun ödənilməsi təmin edilmiş, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir.
14. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı aldığı 20 000 manat məbləğində pulu qaytarmayaraq müqavilə öhdəliyini pozmuşdur.
15. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun məhz 20 000 manat məbləğində olduğu müəyyən edildiyindən və 5000 manat pul vəsaiti iddiaçıya qaytarıldığından, qalan 15000 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
17. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 135 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15 000 manat məbləğində borc və 135 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində borc və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova