Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3212/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, iddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxxx” ASC-ti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "İddiaçı" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 2650 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-dək Cavabdeh nun banka xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, məhkəmədən Cavabdeh “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "İddiaçı" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı bankdan xx xxxxxxx 2018-cü il tarixdəillik 22 faizlə 48 ay müddətinə 2650 manat məbləğində kredit götürmüşdür. Bir müddət iddiaçı banka kredit üzrə ödənişlər etmişdir. Lakin sonradan işləmədiyndən banka ödəniş edə bilməmişdir. Hazırda işə düzəlmiş və iddiaçıya kreditlər üzrə ödənişlər edəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2018-cü il tarixli Kredit müqaviləsindən görünür ki, “Kreditor” İddiaçı X2 Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Cavabdeharasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 22 faizlə 48 ay müddətinə 2650 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72% dərəcəsi ilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarından görünür ki, Cavabdeh Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdehimza etmişdir. Həmin Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Kassa Məxaric qəbzinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdehİddiaçı X1 ASC -dən 2650 AZN məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə borcverən “xxxxxxxx” ASC-yə xx xxxxxxx 2018cü il tarixli kredit müqaviləsi üzrə 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh xx xxxxxxx 2018-cü il tarixli Kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehdən 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat borcun tutulması və tərəflər arasında bağlanmışxx xxxxxxx 2018- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, tərəflər arasında bağlanmış xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi ləğv edilməli və iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə Cavabdeh 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat məbləğində borc tutularaq “xxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı “xxxxxxxx” ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2085.22 manat əsas borc, 117.32 manat faiz borcu və 6.92 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2209.46 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-cü il tarixli Kredit müqaviləsi ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3212/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3212/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver