Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3231/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********80910 Xiaomi Mi A2 markalı telefon, X10-Ear Heatlphones qulaqcıq ,4D X6 Mİ A2 qoruyucu üzlük üçün 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə pulu, cəmi 527 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, FUJİFİLM instax mini 9 İce Blue fotoaparat, X7yaddaş kartı üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, cəmi 121 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Xiaonıi Mi X4qcıq üçün 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu, cəmi 88 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63198 Samsung Galaxy A20 markalı telefon üçün 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə pulu, cəmi 414 manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 4D X6 Mİ A2 qoruyucu üzlük, Xiaomi Mi band 3 qol saatı, X11-Ear Headphones qulaqcıq, Power Bank Mİ 10000mah üçün 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə pulu, cəmi 155 manat; ümumilikdə 1305 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1335 manat Cavabdeh alınaraq 'xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxxxxxxxxx” X3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********80910 Xiaomi Mi A2 markalı telefon , X10-Ear Headphones qulaqcıq, 4D X6 Mİ A2 qoruyucu üzlük, FUJİFİLM instax mini 9 İce Blue fotoaparat, X7 yaddaş kartı, 2 ədəd Xiaomi Mi X4qcıq, İMEİ kodu **********63198 Samsung Galaxy A20 markalı telefon, 4D X6 Mİ A2 qoruyucu üzlük, Xiaomi Mi band 3 qol saatı, X11-Ear Headphones qulaqcıq, Power Bank Mİ 10000mah almış və nəticədə 1305 (min üç yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********80910 Xiaomi Mi A2 markalı telefon, X11-Ear Headphones qulaqcıq, 4D X5 Mİ A2 qoruyucu üzlük üçün 527 (beş yüz iyirmi yeddi) manat olmaqla ondan, 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 264 (iki yüz altmış dörd) manat (12 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan FUJİFİLM instax mini 9 İce Blue fotoaparat, X7 yaddaş kartı üçün 121 (yüz iyirmi bir) manat olmaqla ondan, 110 (yüz on) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu; xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Xiaomi Mi X4qcıq üçün 88 (səksən səkkiz) manat olmaqla ondan 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 564 (beş yüz altmış dörd) manat (12 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63198 Samsung Galaxy A20 markalı telefon üçün 414 (dörd yüz on dörd) manat olmaqla ondan 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən) manat (12 ay x 15 manat + 0 manat ilkin ödəniş) olan 4D X6 Mİ A2 qoruyucu üzlük, Xiaomi Mi band 3 qol saatı, X11-Ear Headphones qulaqcıq, Power Bank Mİ 10000mah üçün 155 (beş yüz əlli beş) manat olmaqla ondan 119 (yüz on doqquz) manat ödənilməmiş hissə, 36 (otuz altı) nıaııat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1026 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 990 manat olan kodu İMEİ kodu **********80910 Xiaomi Mi A2 markalı telefon, X11-Ear Headphones qulaqcıq, 4D X5 Mİ A2 qoruyucu üzlükilkin ödənişsiz hər ay 55manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 264 manat olan kodu FUJİFİLM instax mini 9 İce Blue fotoaparat, X7 yaddaş kartı ilkin ödənişsiz hər ay 22manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. iş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 192 manat olan kodu 2 ədəd Xiaomi Mi X4qcıq ilkin ödənişsiz hər ay 16manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 564 manat olan kodu İMEİ kodu **********63198 Samsung Galaxy A20 markalı telefon ilkin ödənişsiz hər ay 47manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh dəyəri 180 manat olan kodu 4D X6 Mİ A2 qoruyucu üzlük, Xiaomi Mi band 3 qol saatı, X11-Ear Headphones qulaqcıq, Power Bank Mİ 10000mah ilkin ödənişsiz hər ay 15manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, “alıcı” Cavabdeh xx.xx.2018-ci il tarixli Alqısatqı müqaviləsi üzrə 479 manat ödənilməmiş hissə, 48 manat cərimə pulu olmaqla cəmi 527 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 110 manat məbləğində ödənilməmiş hissə, 11 manat cərimə olmaqla cəmi 121 manat; xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 80 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu olmaqla cəmi 88 manat; xx.xx.2019-cu il tarixli alqı-müqaviləsi üzrə 376 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, cəmi 414 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 119 manat ödəniləmiş hissə, 36 manat cərimə pulu olmaqla cəmi 155 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 479 manat ödənilməmiş hissə, 48 manat cərimə pulu olmaqla cəmi 527 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 110 manat məbləğində ödənilməmiş hissə, 11 manat cərimə olmaqla cəmi 121 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 80 manat ödənilməmiş hissə, 8 manat cərimə pulu olmaqla cəmi 88 manat; xx.xx.2019-cu il tarixli alqı-müqaviləsi üzrə 376 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu, cəmi 414 manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 119 manat ödəniləmiş hissə, 36 manat cərimə pulu olmaqla cəmi 155 manat məbləğində borc “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 479 (dörd yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə pulu olmaqla cəmi 527 (beş yüz iyirmi yeddi) manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 110 (bir yüz on) manat məbləğində ödənilməmiş hissə, 11 (on bir) manat cərimə olmaqla cəmi 121 (bir yüz iyirmi bir) manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə pulu olmaqla cəmi 88 (səksən səkkiz) manat; xx.xx.2019-cu il tarixli alqı-müqaviləsi üzrə 376 (üç yüz yetmiş altı) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə pulu, cəmi 414 Dörd yüz on dörd) manat; xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 119 (bir yüz on doqquz) manat ödəniləmiş hissə, 36(otuz altı) manat cərimə pulu olmaqla cəmi 155 (bir yüz əlli beş) manat məbləğində- ümumilikdə 1305 (bir min üç yüz beş) manat məbləğində borcu borc və 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” X1 xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3231/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3231/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver