Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3242/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli CəmiyyətininCavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı üçün 375 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, cəmi 488 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "HOFFMAN SİAC" markalı kondisioner üçün 690 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu, cəmi 753 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, "Lenovo İdeapad 330" markalı komputer üçün 897 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu, cəmi 979 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, "Logitech G300S Optical Gaming mouse" üçün 119 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, cəmi 134 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, "Speaker Microlab" səs ucaldıcı üçün 98 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, cəmi 113 manat, ümumilikdə 2467 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2497 manat məbləğində pulun Cavabdeh “xxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il vəxx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı, "HOFFMAN SİAC" markalı kondisioner, "Lenovo İdeapad 330" markalı komputer, "Logitech G300S Optical Gaming mouse" və "Speaker Microlab" səs ucaldıcı almış və nəticədə 2467 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 675 manat, İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı üçün umumilikdə 488 manat olmaqla, ondan 375 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 726 manat olan "HOFFMAN SİAC" markalı kondisioner üçün ümumilikdə 753 manat olmaqla, ondan 690 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 957 manat olan "Lenovo İdeapad 330" markalı komputer üçün ümumilikdə 979 manat olmaqla, ondan 897 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126 manat olan "Logitech G300S Optical Gaming mouse" üçün ümumilikdə 134 manat olmaqla, ondan 119 manat ödənilməmiş hissə, 15 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 105 manat olan "Speaker Microlab" səs ucaldıcı üçün ümumilikdə 113 manat olmaqla, ondan 98 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 410 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdehgəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu iltarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 9 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "HOFFMAN SİAC" markalı kondisioner satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Lenovo İdeapad 330" markalı komputer satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Logitech G300S Optical Gaming mouse" satılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 15 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə "Speaker Microlab" səs ucaldıcı satılmışdır. İşdə olan Maliyyə arayışından görünür ki, borclu Cavabdeh İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı telefon üçün 375 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, "HOFFMAN SİAC" markalı kondisioner üçün 690 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu, "Lenovo İdeapad 330" markalı komputer üçün 897 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu, "Logitech G300S Optical Gaming mouse" üçün 119 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, "Speaker Microlab" səs ucaldıcı üçün 98 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, ümumilikdə 2179 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu borcu vardır. Cavabdehə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də, məhkəmə əsas borcla bağlı onu qeyd edir ki, iddiaçı əsas borc üzrə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə tələb edilən əsas borcun tutulması hissəsində tam əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı üçün 10 manat, "HOFFMAN SİAC" markalı kondisioner üçün 30 manat, "Lenovo İdeapad 330" markalı komputer üçün 50 manat, "Logitech G300S Optical Gaming mouse" üçün 5 manat, "Speaker Microlab" səs ucaldıcı üçün 5 manat olmaqla, cəmi 100 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85881 olan "Samsung Galaxy A50" markalı telefon üçün 375 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 385 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "HOFFMAN SİAC" markalı kondisioner üçün 690 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 720 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "Lenovo İdeapad 330" markalı komputer üçün 897 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, cəmi 947 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "Logitech G300S Optical Gaming mouse" üçün 119 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 124 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "Speaker Microlab" səs ucaldıcı üçün 98 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 103 manat, ümumilikdə 2279 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2309 (iki min üç yüz doqquz) manat məbləğində pul tutularaq iddiaçı "xxxxxxxxxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3242/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3242/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver