Məhkəmə qərarları › İş №2(010)-3249/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3249/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3249/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat pul vəsaitinin və ödənilmiş 85 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Rima Rəcəbova adlı qohumunun yaşadığı evdə onun şahidliyi ilə ondan 6500 manat məbləğində pul almışdır. Cavabdeh həmin pulu hissə-hissə, yəni ayda 1000 manat olmaqla 2022-ci ilin iyun ayında tam ödəyəcəyi barədə yazılı öhdəlik götürərək onu imzalamışdır. Artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamış və yalan vədlər verərək qaytaracağını söyləmişdir. Hər dəfəsində isə ona zəng etdiyində ona müxtəlif bəhanələr gətirmişdir. Belə ki, pulun alınıb verilməsi ilə bağlı aralarında whatsapp yazışmaları da olmuşdur. İşə şahidlik edən qohumu Rima Rəcəbova da dəfələrlə ona zəng edərək pulun qaytarılmasını bildirmiş, lakin cavabdeh onun da sözlərinə məhəl qoymamışdır. Beləliklə cavabdeh onun pulundan uzun müddətdir ki, qanunsuz olaraq faydalanır, onu isə öz pulundan istifadə edib qazanc əldə etmək, faydalanmaq imkanından məhrum etmişdir. Göründüyü kimi borclu götürdüyü öhdəliyi vaxtında icra etməkdən yayınmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Rima Rəcəbova adlı qohumunun yaşadığı evdə onun şahidliyi ilə ondan 6500 manat məbləğində pul almışdır. Cavabdeh həmin pulu hissə-hissə, yəni ayda 1000 manat olmaqla 2022-ci ilin iyun ayında tam ödəyəcəyi barədə yazılı öhdəlik götürərək onu imzalamışdır. Artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Cavabdeh ondan aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və 6500 manat pul vəsaitinin ondan tutulmasına etiraz etməmişdir.

İş materialları.

6. xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış yazılı razılaşmadan görünür ki, İddiaçı ilə Cavabdeh arasında yazılı razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 6500 manat pulu borca götürərək hər ay 1000 manat vermək şərti ilə iyun ayında tam qaytaracağı barədə razılığa gəlmişlər.

İşin faktiki halları.

7. İddiaçı iddia edir ki, Cavabdeh 6500 manat məbləğində borc vermiş, cavabdeh borcunu hissə-hissə hər ay 1000 manat olmaqla, 2022-ci ilin iyun ayına kimi qaytarmağı öhdəsinə götürsə də, borcunu ödəməmişdir.

8. Cavabdeh hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və 6500 manat pul vəsaitinin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən iddiaçı cavabdehə 6500 manat məbləğində borc pul vəsaiti vermiş, cavabdeh isə aldığı borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı məhkəməyə tərəflər arasındakı yazışmaları əks etdirən razılaşma təqdim edilmişdir. Həmçinin Cavabdeh hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və 6500 manat pul vəsaitinin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı aldığı 6500 manat məbləğində pul vəsaitini qaytarmayaraq müqavilə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı həmin borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

16. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 85 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat məbləğində borc və 85 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat və 85 (səksən beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar