Məhkəmə qərarları › İş №2(010)-326/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-326/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-326/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Razılaşmanın) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.068,74 manat məbləğində əsas borc və 1.404,35 manat məbləğində cari faiz borcu olmaqla - cəmi 13.473,09 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, Cavabdeh1 ilə bağlanmış xx xxx 2019-cu il tarixli BAKU!-38963-16470 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Razılaşmanın) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.068,74 manat məbləğində əsas borc və 1.943,42 manat məbləğində cari faiz borcu olmaqla - cəmi 15.323,18 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin (BOKT MMC-nin) nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin azaldılmasına dair” ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli Kredit müqaviləsinə və Razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə də Zaminlik Müqaviləsi bağlanmış və bununla da, o, Cavabdeh1 Bankdan götürdüyü pul vəsaitini ödəmədiyi halda sonuncunun öhdəliyini üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli idi. Lakin o, müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da, Kredit müqaviləsinin şərtlərini pozmuşdur. Verilmiş kreditlə əlaqədar “borcalan“-ın öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 “borcalan“-a zamin olduğu üçün, onun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasının təmin edilməsi üçün xəbərdar edilsələr də, onlar müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və onların iddiaçı “xxxx” BOKT MMC-yə 12.068,74 manat əsas borc və 1.943,42 manat faiz borcu olmaqla, cəmi 15.323,18 manat məbləğində borcları yaranmışdır. Ona görə də, təmsil etdiyi iddiaçı “xxxx” BOKT MMC-nin adından iddia tələbinin təmin olunmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada müqavilə öhdəlikləri ilə bağlı yaranmış 12.068,74 manat məbləğində əsas kredit borcu və 1.943,42 manat məbləğində faiz borcu olmaqla - cəmi 15.323,18 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbin qismən qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı “xxxx” BOKT MMC ilə onun arasında bağlanmış xx xxx 2019-cu il tarixli Kredit müqaviləsinə və Razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. O, müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də o, iddia tələbi üzrə 12.068,74 manat məbləğində əsas kredit borcunun ondan tutulmasına etiraz etmir və hissə-hissə həmin öhdəliyini icra etməyə hazırdır. Lakin əsas borca 1.943,42 manat məbləğində faiz borcunun ondan tutulması barədə iddia tələbi ilə razılaşmır, çünki maddi vəziyyəti bun imkan vermir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli Kredit müqaviləsinə və Razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə illik 24 % olmaqla 15.000 manat məbləğində kredit verilmiş və o həmin müqavilə üzrə xx xxx 2019-cu il tarixli Zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. Cavabdeh1 müqavilə üzrə bir müddət lazımi qaydada ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Hazırda Cavabdeh1 hissə-hissə öz borcunu ödəmək niyyətində olduğunu nəzərə alaraq onun barəsində iddianın rədd olumasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsindən və Razılaşmadan görünür ki, “xxxx” BOKT MMC – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən, sonuncuya illik 24 faizlə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir.. İş materiallarında olan Ödəniş qrafikindən görünür ki, Cavabdeh1 “xxxx” BOKT MMC-yə olan borcunu müvafiq Ödəniş qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş qrafikindən görünür ki, kreditin qaytarılmasının son tarixi xx xxx 2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 15.000 manat məbləğində pulu “xxxx” BOKT MMC-dən almışdır. İş materiallarından görünür ki, Cavabdeh1 almış olduğu kredit üzrə Təşkilata 12.068,74 manat əsas borc və 1.943,42 manat faiz borcu olmaqla - cəmi 15.323,18 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-38963- 16470+BAKU1-38966 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 “xxxx” BOKT MMC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “Zamin” və “Borclu” kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına, o cümlədən krediti və onun faizi kredit müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə və ya sığorta pulu ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehlərə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Beləliklə də, borcalan Cavabdeh1 xx xxx 2019-cu il tarixli Kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmışxx xxx 2019-cu il tarixli Razılaşma ilə götürdüyü öhdəlikləri pozmuş və “xxxx” Bank olmayan kredit təşkilatı MMC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyini yerinə yetirməməsi səbəbindən, zamin Cavabdeh2 da xx xxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə zamin olaraq götürdüyü öhdəliyi pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün Cavabdeh1 ilə “xxxx” Bank olmayan kredit təşkilatı MMC arasnda bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsinin (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Razılaşmanın) ləğv edilməsi və cavabdehlərdən 12.068,74 manat məbləğində əsas borcun və 1.943,42 manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı “xxxx” Bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 ilə arasnda bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsi (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Razılaşmanın) ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.068,74 manat məbləğində əsas borcun və 1.943,42 manat məbləğində faiz borcu tutularaq, iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatadan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.068,74 (on iki min altmış səkkiz manat 74 qəpik) manat məbləğində əsas borc, 1.943,42 (min doqquz yüz qırx üç manat 42 qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 14.042,16 (on dörd min qırx iki manat 16 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Bank olmayan X3 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh1 ilə arasnda bağlanmış xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Kredit müqaviləsi (və onun tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli BAKU1-38963-16470 saylı Razılaşma) ləğv edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar