Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3266/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1414 (min dörd yüz on dörd) manat əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” X3 iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli müqaviləsinə əsasən sonuncu aldığı alqı-satqı qiyməti 1680 (min altı yüz səksən ) manat (24 ay x 70 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********51231 olan Samsung Galaxy A8 markalıtelefon üçün 744 (yeddi yüz qırx dörd) manat olmaqla ondan, 676 (altı yüz yetmiş altı) manat ödənilməmiş hissə,68(altmış səkkiz) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat (24 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan TİVOLİmarkalı ağ jurnal masası üçün 212 (iki yüz on iki) manat olmaqla ondan,193 (yüz doxsan üç) manatödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə pulu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (24 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı paltaryuyan üçün 458 (dörd yüz əlli səkkiz) manat olmaqla ondan, 448 (dörd yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi 1659 (min altı yüz əlli doqquz) manat ödəniş etmişdir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablkanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla da Cavabdeh “xxxxxxxxxxx” X1 xeyrinə ümumilikdə 1414 (min dörd yüz on dörd) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1444 (min dörd yüz qırx dörd) manat məbləgində pul vəsaitin tutulması barədə məhkəmə qətnamənin qəbul edilməsini xahiş etmişdir . Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək”hüququ cavabdehə müvafiq qaydada izah olunmuşdur. Lakin, Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir etiraz göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh İMEİ kodu **********51231 olan Samsung Galaxy A8 markalı telefon üçün ilkin ödənişsiz, hər ay 70manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır, xx.xx.2018-ci tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasənCavabdeh TİVOLİ markalı ağ jurnal masası üçün ilkin ödənişsiz, hər ay 26 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır və xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxxxxxxxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh HOFFMANN markalı paltaryuyan üçün ilkin ödənişsiz, hər ay 28 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC –yə 676 (altı yüz yetmiş altı) manat məbləğində ödənilməmiş əsas borc, 68 (altmış səkkiz) manat cərimə, xx.xx.2018-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC –yə 193 (yüz doxsan üç) manat məbləğində ödənilməmiş əsas borc, 19 (on doqquz) manat məbləğində cərimə və “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC –yə 448 (dörd yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cəriməvə ümumilikdə 1414 (min dörd yüz on dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 1444 (min dörd yüz qırx dörd) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, xx.xx.2018-ci iltarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx”MMC tərəfindən alıcı Cavabdeh İMEİ kodu **********51231 olan Samsung Galaxy A8 markalı telefon hər ay 70 manat ödəmək şərti ilə 24 ay müddətinə ilkin ödənişsiz, xx.xx.2018-ci iltarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh TİVOLİ markalı ağ jurnal masasına hər ay 26 manat ödəmək şərti ilə 24 ay müddətinə ilkin ödənişsiz, və xx.xx.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxx” MMC tərəfindən alıcı Cavabdeh HOFFMANN markalı paltaryuyan üçün hər ay 28 manat ödəmək şərti ilə 24 ay müddətinə ilkin ödənişsiz nisyə satılmış olsa da, alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş ümumilikdə 1414 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1414 (min dörd yüz on dörd) manat məbləğində borc “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1414 (min dörd yüz on dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1444 (min dörd yüz qırx dörd) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxx” X2 xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3266/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3266/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver