Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3267/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adiloğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyətinin cavabdeh Mustafayeva Elmı̇ra Tofı̇q qızına qarşı pulun tutulması, tələbin girov predmentinə yönəldilməsi,girov predmetinin açıq hərracda satılmasına və s.tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyəti cavabdeh Mustafayeva Elmı̇ra Tofı̇q qızına qarşı pulun tutulması, tələbin girov predmentinə yönəldilməsi,girov predmetinin açıq hərracda satılmasına və s.tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx.xx.2020-ciil tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, iddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyətinin baş direktoru Ceyhun İbrahimov poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinəəsasən, iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdəiddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyətinin baş direktoru Ceyhun İbrahimovun iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında onun pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyətinin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı "Rabı̇təbank" Açiq Səhmdar Cəmı̇yyətinin cavabdeh Mustafayeva Elmı̇ra Tofı̇q qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun girov predmentinə yönəldilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3267/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3267/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver