Məhkəmə qərarları › İş №2(010)-3280/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3280/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3280/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X7” X2 BOKT-nın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X7” X2 BOKT-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X7” X2 BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 858.63 manat əsas borc, 133.51 manat faiz borcunun, 17.49 manat cərimə borcu, cəmi 1009.63 manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb “X7” Məhdud X3mayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X7” X2 BOKT nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə “X7” Məhdud X3mayan Kredit Təşkilatı arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 1xx xxx 1911 № - li kredit müqaviləsinə əsasən 18 ay müddətinə 29,7%-lə 1.000,00 (min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.2-ci maddəsinə görə borcalan aldığı kredit məbləğini və ona hesablanmş faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun həyata keçirməlidir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, borcalan müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, kredit verən borcalan tərəfindən istifadə olunmuş kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək və müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu barədə müqavilənin 5.3cü maddəsində də qeyd olunmuşdur. Kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində “X7” Məhdud X3mayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş 101İST1911 saylı xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “X7” X2 BOKT-nın idarə heyyətinin üzvü X6 ilə Cavabdeh arasında 101İST1911 saylı xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 29,7 (iyirmi doqquz) faizlə 1000 (bir min) manat məbləğində istehlak xərclərinin ödənilməsi üçün kredit verilmişdir. İş materiallarında əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 858.63 manat əsas borc, 133.51 manat faiz borcu, 17.49 manat cərimə borcu, cəmi 1009.63 manat məbləğində borcu vardır. İş materiallarında əlavə edilmiş “X7” MMC X10 Təşkilatı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun içrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti catanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesabedirki, iddia təmin edilməli, “X7” X2 BOKT ilə Cavabdeh arasında bağlanmış 101İST1911 saylı xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 858.63 manat əsas borc, 133.51 manat faiz borcu, 17.49 manat cərimə borcu, cəmi 1009.63 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X7” X2 BOKT-nın xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T ETDİ: İddia təmin edilsin. Cavabdeh 101İST1911 saylı xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 858.63 manat əsas borc, 133.51 manat faiz borcu, 17.49 manat cərimə borcu, cəmi 1009.63 (bir min doqquz manat, altmış üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı “X7” X2 BOKT-nın xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar