Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3287/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zamin olduğu üçün əmək haqqından kredit məbləğinə görə tutulmuş 7085 (yeddi min səksən beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə BPM**********21 saylı kredit müqaviləsi bağlanmış və ona 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi bağlanan zaman kredit müqaviləsinin təminatı kimi onunla Azərbaycan Beynəlxalq Bankı ASC arasında xx.xx.2019-cu il tarixdə BPM**********21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən borclu kredit borcunu ödəmədikdə onunla bərabər məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Cavabdeh bir müddət kredit borcunu ödədikdən sonra ödəməni dayandırmışdır. Üzərinə düşən öhdəliyi icra etmədiyi üçün bank tərəfindən onun əmək haqqı kartından onun kreditinə görə tutulmalar aparılmışdır. Ümumilikdə borclunun götürdüyü kredit məbləğinə görə onun əmək haqqısından ümumilikdə 7085 manat məbləğində pul tutulmuşdur. Zamin durduğu iş yoldaşının yerinə banka 7085 manat pul ödədiyindən o, iş yoldaşına qarşı reqres iddia ilə məhkəməyə müraciət edərək onun yerinə ödədiyi pulu ondan geri tələb edə bilər.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli BPM**********21 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir.
6. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********21 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı borcalan Cavabdeh ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
7. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Ödəniş qrafikindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində İddiaçı hesabından müqavilə ödənişləri üzrə Bank tərəfindən ümumilikdə 7085.45 manat pul tutulmuşdur.
İşin faktiki halları
8. Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında xx.xx.2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə İddiaçı Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi əsasında zamin durmuşdur. Hazırda İddiaçı cavabdehin bank qarşısındakı öhdəliyini icra etməməsi səbəbindən cavabdehin kredit borcuna görə onun əmək haqqısından 7085 manat məbləğində pul vəsaitinin tutulduğunu bildirir və həmin tutulmuş pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1 Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. 475.2 Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən edildi ki, hazırki iş üzrə Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında xx.xx.2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda hazırki iş üzrə İddiaçı isə Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrası ilə əlaqədar ona xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi əsasında zamin durmuşdur. Cavabdeh Bank qarşısındakı öhdəliyini icra etmədiyindən iş materiallarında olan ödəniş qrafikindən aydın olur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində İddiaçı hesabından Bank tərəfindən cavabdehin Bank qarşısındakı öhdəliyi ilə əlaqədar ümumilikdə 7085.45 manat pul tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan mülki qanunvericilik normalarının məzmunundan da aydın olur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. (475.1) Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (475.2). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin kredit borcuna görə Banka ödədiyi və iddia tələbində qeyd olunan 7085 manat məbləğində pul tələbini irəli sürməkdə haqlı olmuşdur. Tələbə münasibətdə cavabdeh tərəfindən hər hansı etiraz və ya mülahizə məhkəməyə daxil olmamışdır.
Məhkəmə xərcləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. AR “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar.
15. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı Məmmədov İntı̇ qam Atlıxan oğlu (məcburi köçkün və müharibə veteranı olması ilə əlaqədar) dövlət rüsumunun ödənilməsindən azad olan şəxslər kateqoriyasına aid olduğundan iş üzrə ödənilməli olan 90.85 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Ağayev Vası̇ f Hacıağa oğlundan 7085 manat pul vəsaiti tutularaq iddiaçı Məmmədov İntı̇ qam Atlıxan oğluna ödənilməli və iş üzrə ödənilməli olan 90.85 manat dövlət rüsumu cavabdeh Ağayev Vası̇ f Hacıağa oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh Ağayev Vası̇ f Hacıağa oğlundan 7085 manat pul vəsaiti tutularaq iddiaçı Məmmədov İntı̇ qam Atlıxan oğluna ödənilsin. İş üzrə ödənilməli olan 90.85 manat dövlət rüsumu cavabdeh Ağayev Vası̇ f Hacıağa oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov