Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3288/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)-1440/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirələrək, 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh hər ay hər uşağa görə 300 manat olmaqla cəmi 600 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. O - İddiaçı Cavabdeh ilə 03 oktyabr 2000-ci ildə nikah münasibətinə daxil olaraq ailə qurmuş və nikahları Bakı şəhəri Sabunçu rayon VVAQ Şöbəsində 640 №-də qeyd edilmişdir. Birgə nikahdan 3 övladları - 01 may 2002-ci il təvəllüdlü X7, 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X8 doğulmuşlar. Nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)-1440/2023 saylı qətnaməsi ilə pozulmuşdur. 04 fevral 2023-cü il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş uşaqları - 06 avqust 2005-ci il təvəllüdlü X4 və 15 iyun 2013cü il təvəllüdlü X3 onun himayəsində saxlanılması, uşaqlar yetkinlik yaşına çatana qədər hər uşağa görə 150 (yüz əlli), cəmi 300 (üç yüz) manat alimentin cavabdehdən onun kartına - İddiaçı kart hesabına ödənilməsi barədə cavabdehlə aralarında razılıq olmuşdur. Cavabdeh hər ayın 04-də alimenti ödəyir. İddiaçının özü müəllimə işləyir. Hər ay 600 (altı yüz) manat əmək haqqı alır. 3 övladının təlim-tərbiyəsi ilə məşğul olmaq, onların yeməkiçməyinə pul xərcləmək, onların sağlamlıqlarının qayğısına qalmaq vəzifəsi onun üzərindədir. X2 06 avqust 2005-ci ildə 18 yaşı tamam olacaq. X5 4-cü kursda oxumasını, İmranın isə 18 yaşı tamam olandan sonra universitetə qəbul olunacağını, İdrisin isə 4-cü sinif şagirdi olduğunu, hər üç övladının onun himayəsində yaşadıqlarını nəzərə alaraq, uşaqların maddi cəhətdən tamamilə ondan asılı olduqlarını (yemək, geyim xərcləri, hazırlıq pulu və s.) nəzərə alaraq Cavabdeh hər ay hər uşağa gerə 300 manat, cəmi 600 manat alimentin onun xeyrinə tutulmasını tələb edir. Tərəflərin izahatları
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu qeyd edərək bildirdi ki, hər ay hər uşağa görə cəmi 200 manat aliment ödəməyə maddi imkanı çatır.
İş materialları
6. AZ-İ 253145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
7. AZ-İ 674600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. AZ-İİİ 158429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)- 1440/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2000-ci il tarixli, 640 nömrəli nikahın pozulması və 150 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin surətindən görünür ki, 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində qalmaları və Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ayın 04-də 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat alimentin İddiaçı kart hesabına köçürülməsi müəyyən edilmişdir.
İşin faktiki halları
11. Tərəflər xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan 3 övladları dünya gəlmişdir. Övladlarından biri 01 may 2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)-1440/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə aliment tutulması məsələsi həll edilməmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” ilə 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində qalmaları və Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ayın 04-də 06 avqust 2005-ci il təvəllüdlü X6 və 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat alimentin İddiaçı kart hesabına köçürülməsi müəyyən edilmişdir. Hazırda İddiaçı barışıq sazişi əsasında cavabdehin ona ödədiyi aliment məbləğinin yetkinlik yaşına çatmayan övladlarının maddi və digər tələbatlarının qarşılanmasına kifayət etmədiyini bildirərək məhkəmə qaydasında hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək hər ay hər uşaq üçün 200 manat aliment ödəməyə maddi imkanının çatdığını bildirir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Alimentin tutulması barədə tələbin verilməsi müddətləri 100.2Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 34.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarı
Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
20. Məhkəmə öncə qeyd edir ki, cavabdehdən aliment iddiaçının xeyrinə mediasiya orqanında bağlanmış barışıq sazişi əsasında tutulurdu. Yəni, ilkin formada verilmiş iddia tələbində qeyd edilən məhkəmə qətnaməsi ilə alimentin tutulması məsələsi həll edilməmiş, bununla bağlı tərəflər arasında barışıq olduğuna görə məhkəmə bu məsələyə toxunmamışdır. Hazırda tərəflər arasında bağlanmış barışıq sazişinin (əqdin) şərti ilə iddiaçı razı deyil. Eyni zamanda, barışıq sazişi məhkəmə tərəfindən də təsdiq olunmamışdır. Beləliklə, barışıq sazişi tərəflərdən biri üçün artıq məqbul olmadığına görə, eyni zamanda məhkəmə tərəfindən də təsdiq edilmədiyinə görə, faktiki olaraq tərəflərin aliment məsələsi ilə bağlı sövdələşməsi mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin tutulması barədə dəyişdirilmiş iddia tələbinə baxılması maddi və prosessual hüquq normalarının tələbləri baxımından qanunidir.
21. Məhkəmə qeyd edir ki, tərəflər rəsmi nikaha daxil olmuş və bu nikahdan üç övladları anadan olmuşdur. Övladlarından biri - 01 may 2002-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Tərəflərin digər övladı – xx.xx.2005-ci il təvəllüdlü X4 isə iş məhkəmə baxışında olarkən 18 yaşı tamam olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulacaq aliment məbləği iddia tələbinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixindən, onun yetkinlik yaşına çatdığı xx.xx.2005-ci il tarixinədək hesablanmalıdır. Cavabdeh tərəfin tələb edilən aliment məbləğinə etirazı ondan ibarətdir ki, onun aylıq gəlirləri iddia tələbində göstərilən məbləği ödəməyə kifayət etmir. Bunun qarşılığında iddiaçı tərəf cavabdehin maddi imkanının tələb edilən miqdarda aliment ödəməyə çatmasını sübut edəcək tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində aliment təyin edilməsi zamanı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması rəhbər tutulmalıdır. Sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, təyin ediləcək aliment real və eyni zamanda qətnamənin icrası üçün mümkün olmalıdır. Bu baxımdan məhkəmə yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
22. Aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Qarayev Səlı̇ m Şükür oğlundan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixinədək olan müddət üçün sabit məbləğdə 220 manat və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Emı̇ n qızına ödənilsin. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.