Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3295/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiİddiaçı nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə tələb olunan borcun cavabdeh tərəfindən İddiaçınə ödənildiyindən Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə üzrə iddia tələblərindən imtina etməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edərək, prosessual hərəkətinin nəticələrininin ona izah olunduğunu bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə görə, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4–cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Beləliklə də, məhkəmə proses iştiakçısını dinləyib, İddiaçı nümayəndəsi X1 icraata xitam verilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki iddiaçının iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi X1 icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3295/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3295/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver