Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3298/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı (Suraxanı Filialı) və Suraxanı Rayon İcra şöbəsinə qarşı əmək pensiyasından tutulmanın azaldılması barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiya məbləğindən yaşayış minimumu həddində öz yaşayışını təmin etmək üçün saxlanılmalı, qalan məbləğin ABB-yə (Azərbaycan Beynəlxalq Bankına) olan borcuna yönəldilməsi, banka olan borcu qurtardıqdan sonra isə pensiya məbləğindən yaşayış minimumu həddində olan məbləğ ona saxlanılmaqla qalan məbləğin digər borcuna yönəldilməsi, *-ci bənddə göstərdiyi şərtlər əsasında tələbin təmin edilməsi qanunla qeyri - mümkün olarsa, o zaman 2- ci bənd üzrə tələbimin təmin edilməsi, yəni aldığı pensiya məbləğindən yaşayış minimumu həddində öz yaşayışını təmin etmək üçün məbləğin saxlanılması, qalan məbləğin isə bərabər şəkildə hər iki borcun arasında bölünərək borclarına yönəldilməsi barədə qətnamə qəbul edilməsi və yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək pensiyadan tutulmaların müvəqqəti dayandırılmasını xahiş etmişdir. Hesab edirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. AR İcra haqqında Qanunun 65.*-ci maddəsinə görə, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 5* faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsində görə, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 5* faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.4-cü maddəsində görə, tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Belə ki, yuxarıda qeyd olunan maddədə məhz icra sənədinin icrası zamanı əmək haqqı və digər gəlirlərdən tutulmaların müvafiq qaydası öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı xahiş ilə ilk növbədə icra icraatını aparan icra məmuruna müraciət etməli, müraciəti təmin edilmədiyi və ya hərəkətsiz buraxıldığı halda isə icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Yəni, məhkəmə qeyd edir ki, İddiaçı məhz məhkəmə qərarlarının icrası barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı (Suraxanı Filialı) və Suraxanı Rayon İcra şöbəsinə qarşı əmək pensiyasından tutulmanın azaldılması barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra ** gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3298/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3298/2023
12.07.2023 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver