Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-33/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən 5703.69 ABŞ dolları əsas borc, 14034.49 ABŞ dolları hesablanmış faiz, 7927.26 ABŞ dolları hesablanmış dəbbə olmaqla, cəmi 27668.44 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 23910.08 manat hesablanmış faiz, 14898.43 manat hesablanmış dəbbə olmaqla, cəmi 49527.98 manat kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 61 manat dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15 saylı binanın 99 saylı mənzilinə yönəldilməsi, 99 saylı mənzilin dəyərinin 41000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəlilməsi və mənzildə yaşayanların – Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-in nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki PARA” BOKT ASC) arasında 14 dekabr 2014-cü il tarixli, 519-14B saylı və 15 dekabr 2014-cü il tarixli, 518 saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2 ay güzəşt müddəti olmaqla 18 ay müddətinə, 22 faizlə 12750 ABŞ dolları və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə, illik 6 faiz olmaqla 15 000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 518-14B saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15 saylı binanın, 63.01 kv. M ümumi, 38.71 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 99 saylı mənzilini ipoteka ilə yüklü edilmişdir. (MA seriyalı, ******* nömrəli, **********61-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən). Suraxanı rayon Mənzil Komunal Təsərrüfat birliyi tərəfindən təqdim edilən form 2 arayışına əsasən Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 99 saylı mənzildə qeydiyyatdadırlar. İpoteka (girov) müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, dirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 519- 14B saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 5703.69 ABŞ dolları əsas borc, 14034.49 ABŞ dolları hesablanmış faiz, 7927,26 ABŞ dolları hesablanmış dəbbə olmaqla, cəmi 27665.44 ABŞ dolları və 15.12 2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 23910.08 manat hesablanmış faiz, 14898.43 manat hesablanmış dəbbə olmaqla, cəmi 49527.98 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Odur ki, Cavabdeh1 İddiaçı-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən 5703.69 ABŞ dolları əsas borc, 14034.49 ABŞ dolları hesablanmış faiz, 7927.26 ABŞ dolları hesablanmış dəbbə olmaqla, cəmi 27668.44 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 23910.08 manat hesablanmış faiz, 14898.43 manat hesablanmış dəbbə olmaqla, cəmi 49527.98 manat kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 61 manat dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15 saylı binanın 99 saylı mənzilinə yönəldilməsi, 99 saylı mənzilin dəyərinin 41000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi və mənzildə yaşayanların – Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı-nin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında, iddianın təmin olunmasını və buna uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməlidir . Mülki işin materallarında olan: İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 519-14B saylı kredit müqaviləsinə əsasən bank borcalana 2 ay güzəşt müddəti olmaqla, 18 ay müddətinə, 22 faizlə, 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 518 saylı kredit müqaviləsinə əsasən bank borcalana 18 ay güzəşt müddəti olmaqla, 36 ay müddətinə, illik 6 faizlə, 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-cİ il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2014-cü il tarixli 519-14B saylı kredit müqaviləi üzrə cavabdehin 5703,69 ABŞ Dolları məbləğində əsas borcu, 14034,49 ABŞ Dolları məbləğində faiz borcu və 7927,26 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 27665,44 ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-cİ il tarixli maliyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2014-cü il tarixli 518 saylı kredit müqaviləi üzrə cavabdehin 10719,47 manat məbləğində əsas borcu, 23910,08 manat məbləğində faiz borcu və 14898,43 manat məbləğində cərimə borcu, cəmi 49527,98 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 518-14B saylı ipoteka müqaviləsinə əsasən, həmin müqaviləyə əsasən X7 özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15 saylı binanın, 63.01 kv.M ümumi, 38,71 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 99 saylı mənzilini ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 1430 №-li reyestr kitabının 130938 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15v, 99 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC -nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli 01/637 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya MA 0244504, qeydiyyat tarixi xx.xx.2011-ci İl) əsasında X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar və likvid dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislərimiz tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan: bazar dəyəri: 73 000 (yetmiş üç min) manat, likvid dəyəri: 62 000 (altmış iki min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 9/5581 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-nə olan borcu 10719,47 manat, faiz borcu üzrə 23910,08 manat təşkil edir. Lakin, qeyd edilir ki, iş materialları ilə yuxarıda göstərilmiş kredit müqaviləsi üzrə borclu Cavabdeh1 "xxxx" ASC-yə aparılmış ödəniş əməliyyatlarını özündə əks etdirən hesabdan çıxarış kredit verilən tarixləri əhatə etmədiyindən, hazırki ekspertiza tədqiqatı ilə borcun hesablanmasını aparmaq mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC-nə olan borcu əsas borcu üzrə 5703,69 ABŞ dolları, faiz borcu üzrə 14034,49 ABŞ dolları təşkil edir. Lakin, qeyd edilir ki, iş materialları ilə yuxarıda göstərilmiş kredit müqaviləsi üzrə borclu Cavabdeh1 "xxxx" ASCyə aparılmış ödəniş əliyyatlarını özündə əks etdirən hesabdan çıxarış kredit verilən tarixləri əhatə etmədiyindən, hazırki ekspertiza tədqiqatı ilə borcun hesablanmasını aparmaq mümkün olmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişə əsasən, borclu kredit müqaviləsi borc öhdəliyini icra etmir. Bu səbəbdən, həmin bildirişi aldığı gündən etibarən 7 (yeddi) gün ərzində göstərilən borc öhdəliyi icra edilmədiyi halda, qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəkdir. Borc öhdəliyini icra etmək imkanı yoxdursa, ipoteka predmetinin satılması barədə qarşılıqlı razılaşma əldə etmək məqsədilə göstərilən 7 (yeddi) gün ərzində banka müraciət edilə bilər. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş 06 dekabr 2014-cü il tarixli ərizəyə əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz etmir və öhdəlik götürür ki, bu mənzilə tutma yönəldildikdə onu tərk edəcəkdir. İş materiallarında olan 10 saylı Mənzil-Kommunal İstismar Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən, X7 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15v, 99 saylı mənzildə yaşayır. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 daimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 9/823 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2014-cü il tarixli 518 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixə əsas borcu üzrə 12523,46 manat, faiz borcu üzrə 463,37 manat, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 11469,37 manat, faiz borcu üzrə 621,26 manat təşkil edir. xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 7206,69 ABŞ dolları, faiz borcu üzrə 960,09 ABŞ dolları, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 7206,69 ABŞ dolları, faiz borcu üzrə 1121,05 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 Ağdam rayonu Salahlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsi ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki PARA” BOKT ASC) arasında 14 dekabr 2014-cü il tarixli, 519-14B saylı və 15 dekabr 2014-cü il tarixli, 518 saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2 ay güzəşt müddəti olmaqla 18 ay müddətinə, 22 faizlə 12750 ABŞ dolları və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə isə 18 ay güzəşt müddəti olmaqla 36 ay müddətinə, illik 6 faiz olmaqla 15 000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 518-14B saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 15 saylı binanın, 63.01 kv. M ümumi, 38.71 kv.m yaşayış, 24.3 kv.m yardımçı sahədən ibarət 99 saylı mənzilini ipoteka ilə yüklü edilmişdir. (MA seriyalı, ******* nömrəli, **********61-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən). Suraxanı rayon Mənzil Komunal Təsərrüfat birliyi tərəfindən təqdim edilən form 2 arayışına əsasən Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 99 saylı mənzildə qeydiyyatdadırlar. İpoteka (girov) müqavilələri notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 5703.69 ABŞ dolları əsas borc, 14034.49 ABŞ dolları hesablanmış faiz, 7927,26 ABŞ dolları hesablanmış dəbbə olmaqla, cəmi 27665.44 ABŞ dolları və 15.12 2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 23910.08 manat hesablanmış faiz, 14898.43 manat hesablanmış dəbbə olmaqla, cəmi 49527.98 manat borcun olduğunu iddia edir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası mülki-prosessual qanunvericiliyinin müddəalarına uyğun olaraq, hərtərəfli və düzgün aparılmış, əldə edilmiş ekspertin rəyi mübahisələndirilməmiş, özü özlüyündə obyektiv olaraq işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri olan mötəbər sübutlara aid edilməlidir. Həmin ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 7206,69 ABŞ dolları, faiz borcu üzrə 960,09 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixə əsas borcu üzrə 12523,46 manat, faiz borcu üzrə 463,37 manat təşkil edir. Qeyd olunmalıdır Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla əlaqədar məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 7.206.69 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi müvafiq olaraq əsas borcun məbləği 12.523.46 manat məbləğində müəyyən edilsə də, məhkəmə mülki-prosessual qanunvericiliyinin müddəalarını nəzərə almaqla, iddia tələbində kənara çıxmamaq şərtilə, mübahisə predmeti olan müqavilələri üzrə cavabdehin əsas borcunu iddia tələbində göstərildiyi kimi, o cümlədən xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi əsas borcunun məbləğini 5703.69 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə əsas borcunun məbləğini 10719.47 manat məbləğində müəyyən edir. Kredit müqaviləsi və razılaşmalar üzrə fazlərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində isə belə bir şərt nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və ona əlavə sazişdə kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni müvafiq oaraq xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 15 dekabr 2017-ci ilədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Cavabdehdən öhdəliklərin icrası qaydasında faiz məbləği, gecikdirmə müddətləri nəzərə alınmaqla yalnız xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqavilələrinin icra müddətlərinin bitdiyi tarixədək müvafiq olaraq xx.xx.2014-cü ilədək və 15 dekabr 2017-ci ilədək hesablanmış həddə, yəni müqavilələri icra müddətinin bitdiyi tarixədək müəyyən edilmiş faizlərin hesablanması üçün əsas kimi götürülmüş 18 mart 2022-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi üzrə 960.09 ABŞ dolları və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 463.37 manat məbləği həddində tutulmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə görə İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 14 dekabr 2020-ci il tarixli 01/637 saylı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə olan: bazar dəyəri: 73 000 (yetmiş üç min) manat, likvid dəyəri: 62 000 (altmış iki min) manat olduğunu nəzərə alınmaqla, həmin rəyə əsasən həmin mənzilin likvid dəyəri 62000 (altmış iki min) manat olaraq müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ipoteka predmeti olan X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin ilkin satış qiyməti onun 62000 (altmış iki min) manat məbləğində olan likvid dəyəri ilə müəyyən edilməlidir. Bundan əlavə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən üzrə iddiaçı cavabdehdən 7927.26 ABŞ dolları hesablanmış dəbbə, xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 14898.43 manat hesablanmış dəbbə pulunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən üzrə hesablanmış 5703.69 ABŞ Dolları məbləğində əsas borca 7927.26 ABŞ Dolları məbləğində və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsinə əsasən hesablanmış 10719.47 manat məbləğində əsas borca tənasübsüz olaraq 14898.43 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas və faiz kredit borcuna tənasübsüz olaraq hesablanmış 7927.26 ABŞ dolları və 14898.43 manat dəbbə pulunun məbləğini azaldaraq, müvafiq olaraq 500 ABŞ Dolları və 1000 manat məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Mənzildə yaşayanların – Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması tələbinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə yönəldiyi və mənzil açıq hərracdan satıldığı halda, yalnız mənzili əldə edən və buna subyektiv hüququ olan yeni mülkiyyətçi hal-hazırda mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilib-verilməməsi məsələsini həll edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hal-hazırda İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin ipoteka predmeti olan X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə dair hər hansı hüquq əldə etmədiyindən subyektiv hüququnun olmadığına görə, iddianın bu hissədə təmin olunması əsassız hesab olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən 5703.69 ABŞ dolları əsas borc, 960,09 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları dəbbə pulu, cəmi 7363,78 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 463,37 manat faiz borcu, 1000 manat dəbbə pulu, cəmi 12182,84 manat məbləğində borc tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 61 manat dövlət rüsumu tutulmalı; X2 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə yönəldilməli, həmin mənzilin açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 62000 (altmış iki min) manat likvid dəyəri ilə müəyyən edilməli, xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən cəmi 7363,78 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə cəmi 12182,84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 61 manat dövlət rüsumu əldə olunan vəsait hesabına Para” BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulmalı; X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə keçirilmiş 18 mart 2022-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 50 manat İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. İddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə keçirilmiş 14 dekabr 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 300 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən 5703.69 ABŞ dolları əsas borc, 960,09 ABŞ dolları faiz borcu, 700 ABŞ dolları dəbbə pulu, cəmi 7363,78 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə 10719.47 manat əsas borc, 463,37 manat faiz borcu, 1000 manat dəbbə pulu, cəmi 12182,84 manat məbləğində borc tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 61 manat dövlət rüsumu Cavabdeh1 tutulsun. X2 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 62000 (altmış iki min) manat likvid dəyəri ilə müəyyən edilsin. xx.xx.2014-cü il tarixli, 519-14B saylı kredit müqaviləsinə əsasən cəmi 7363,78 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), xx.xx.2014-cü il tarixli, 518 saylı kredit müqaviləsi üzrə cəmi 12182,84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 61 manat dövlət rüsumu əldə olunan vəsait hesabına Para” BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutulsun. X4 məxsus olan, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. 18 mart 2022-cı il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 50 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34STRE******************** hesabına ödənilsin. İş üzrə keçirilmiş 14 dekabr 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 300 manat məbləğində pul Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34STRE******************** hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-33/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-33/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver