Məhkəmə qərarları › İş №2(010)-3300/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3300/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3300/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı oğlunun Cavabdeh qarşı “qətnamə üzrə tutulmalı olan məbləğin vaxtında ödənilməməsi ilə bağlı yaranan fərqin ödənilməsi və avtomobilin qiymətləndirilərək satılması, əldə olunmuş pul vəsaitindən ½ hissəsinin ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)-2408/2018 saylı qətnaməsinə əsasən, 1/2 payda mülkiyyət hüququ tanınmış "X1" minik markalı 90VV218 dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək satılması, həmin avtomobilin satışından əldə olunan pul vəsaitindən 1/2 pay hissəsinin ona verilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-yə ödənilmiş cəmi 45506 (qırx beş min beş yüz altı) manatın 1/2 hissəsinin ona münasibətdə 22753 manat pulun, həmin məbləğin vaxtında ona ödənilməməsindən yaranan fərqin əvəzi olaraq 10000 (on min) manatın, ümumilikdə 32753 (otuz iki min yeddi yüz əlli üç) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri (qətnamə üzrə tutulmalı olan məbləğin vaxtında ödənilməməsi ilə bağlı yaranan fərqin ödənilməsi ilə yanaşı avtomobilin qiymətləndirilərək satılması və əldə olunmuş pul vəsaitindən ½ hissəsinin ona ödənilməsi tələbini) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, qətnamə üzrə tutulmalı olan məbləğin vaxtında ödənilməməsi ilə bağlı yaranan fərqin ödənilməsi (indeksasiya) tələbi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalı olduğundan, həmin tələbə avtomobilin qiymətləndirilərək satılması və əldə olunmuş pul vəsaitindən ½ hissəsinin ona ödənilməsi tələbi ilə birlikdə baxılması qeyri-mümkündür. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından, iddiaçı tərəfindən məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalı olan tələblə iddia icraatı qaydasında baxılmalı olan tələblər birləşdirildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı oğlunun Cavabdeh qarşı “qətnamə üzrə tutulmalı olan məbləğin vaxtında ödənilməməsi ilə bağlı yaranan fərqin ödənilməsi və avtomobilin qiymətləndirilərək satılması, əldə olunmuş pul vəsaitindən ½ hissəsinin ona ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar