Məhkəmə qərarları › İş №2(010)-331/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-331/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-331/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilindən illərlə su axıntısı nəticəsində ona (iddiaçıya) dəymiş maddi zərərə görə 5000 (beş min) manat, onun (iddiaçının) ödədiyi bütün məhkəmə xərclərinin ödənilməsi barədə və su axıntısına səbəb olan nasazlığın aradan qaldırılmasının cavabdehə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və həmin mənzilin mülkiyyətçisidir. 2014-2015-ci illərdən etibarən üst qonşusu Cavabdeh ünvan 2 ünvanından mütəmadi axan su sızıntısı nəticəsində onun mənzili yararsız vəziyyətə düşmüşdür. Belə ki, Cavabdeh sözügedən mənzili satın alan gündən (2014-2015-ci illər) etibarən mütəmadi olaraq hər 2-3 aydan bir kirayəşinlər yaşayan mənzildən su axması nəticəsində onun mənzilinin yenilənmiş təmirinə ciddi zərər dəymişdir. Mənzilin yararsız vəziyyətə düşməsi barədə 22 saylı MKİS-nə müraciət etmiş və 22 saylı MKİS-nin sahə nəzarətçisi, mühəndisi və çilingər-santexniki tərəfindən mənzilə baxış keçirilmiş, mənzilin həqiqətən də yararsız vəziyyətə düşməsi barədə akt tərtib edilmişdir. Mənzilin tavanı, divarları, döşəməsi islanaraq çürümüş, qaralmış, kif göbələyi yaranmış, eyni zamanda, elektrik sistemi, naqillər sıradan çıxmışdır. Hal-hazırda mənzilin əsaslı təmir olunmasına ehtiyac yaranmışdır. Mənzilin təmiri üçün təxmini ilkin hesablamalara görə 5000 (beş min) manat pul vəsaiti lazımdır. Cavabdehə bu barədə dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən cavabdehin laqeyd hərəkətlərinə son qoyulması və ona (iddiaçıya) məxsus mənzilin yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Ona dəymiş maddi ziyanın ödənilməsi təmin edilməsini, həmçinin gələcəkdə də su axıntısının qarşısının alınması üçün suyun axma mənbəyinin aşkar olunaraq təmir edilməsinin cavabdehə tapşırılmasını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus ev Cavabdeh tərəfindən təmir olunmuşdur. Belə ki, həmin mənzil kirayəyə verilib. Daha əvvəllər 1-2 dəfə su sızması baş vermiş və buna görə usta gətirilərək baxış keçirilmişdir. Baxış keçirilən zaman su sızıntısının iddiaçının özünə məxsus su çənindən olduğu müəyyən olunmuşdur. Həmin mənzildə artıq bir ildir ki, heç bir yaşayış yoxdur. Mübahisəli mənzilin təmir olunmasına cəmi 300-500 manat məbləğində pul tələb olunur. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki ünvan 3 ünvanı İddiaçı adında qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayon 22 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yaşayır. Baxış zamanı məlum olmurşdur ki, Cavabdeh məxsus mənzil 12-də su axıdılması nəticəsində mənzil 9-un dəhlizinin, mətbəxinin tavan və divarlarına ziyan dəymişdir. Suraxanı rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, mülki iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur və mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, iddiaçının və cavabdehin mənzillərinin bir-birinin üstündə yerləşməsini, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 78 saylı evin 9 saylı mənzilinin konstruktiv elementləri (tavanın, divarlar “Akt”-da bu barədə məlumat olmadığına görə, su sızmasının səbəbini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 9 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 78 saylı evin 9 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1233,2 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 78 saylı evin 9 saylı mənzilinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 78 saylı evin 12 saylı mənzilindən su axıdılmışdır. Su axıntısı zamanı iddiaçıya məxsus mənzil yararsız vəziyyətə düşmüş və iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı, Cavabdeh iddiaçının mənzilinə dəymiş maddi zərərə görə 5000 manat və ödənilmiş bütün məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 78 saylı evin 9 saylı mənzilinin konstruktiv elementləri (tavanın, divarlar “Akt”-da bu barədə məlumat olmadığına görə, su sızmasının səbəbini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 9 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 78 saylı evin 9 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1233,2 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad edilən maddələrin məzmunundan görünür ki, zərərin əvəzi yalnız zərərvuran şəxs tərəfindən ödənilməlidir, zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin üzərinə yalnız qanunla nəzərdə tutulmuş hallarda qoyula bilər. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş rəydə göstərilənləri nəzərə alınaraq iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə ona vurulmuş maddi ziyana görə 1233,20 manat məbləğində pul tutulmalıdır. Lakin iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1233,20 (bir min iki yüz otuz üç manat, iyirmi qəpik) manat məbləğində maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar