Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3310/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MTK-nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-dan ona dəymiş maddi zərərin əvəzi kimi 220 manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 250 manat məbləğində pulun alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı 2010-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V yaşayış massivi, Samir Cəfərov küçəsi, 13M saylı binanın 6-cı mərtəbəsində yerləşən 182 nömrəli mənzili almışdır. O, (Nümayəndə) İddiaçı qardaşıdır və hazırda həmin mənzildə özü yaşayır. Mənzil "xxxx" MTK tərəfindən tikilib və həmin MTK-ya məxsusdur. Belə ki, aldığı həmin mənzil MTK tərəfindən dəfələrlə bir neçə fərqli vətəndaşa satılmışdır. Ən sonda MTK-nın iddiaçıya satmış olduğu mənzillə bağlı problemlər Ali Məhkəmənin qərarına əsasən həll edilmişdir. Lakin, buna baxmayaraq bu günə kimi mənzili dövlət reyestr xidmətində qeydiyyata ala bilməmişdir. "xxxx" MTK-nın sədri X2 (yəni o özünü bina sakinlərinə sədr kimi təqdim edir) mənzilin yerləşdiyi binaya təbii qaz çəkdirsə də, iddiaçının aldığı mənzilə qaz borusunun çəkilməsinə icazə verməmişdir. O, (nümayəndə) 2018-ci ilin sonunda bütün kommunal xərclərini (yəni 600 manat) ödəmişdir. 2021-ci ildə 300 manat qaz sayğacının pulunu Babu Kübə MTK-nın mühasibinə ödəmişdir. Bütün bunlara baxmayaraq "xxxx" MTK digər sakinlərə sayğac quraşdıraraq kod versə də, ona münasibətdə bunu etməmişdir. O, 2023-cü ilin mart ayında “Azəriqaz” İnşaat-Layihəyə müraciət etdikdən və 220 manat pul ödədikdən sonra layihə əsasında sayğacına plomb vuruldu və kod ala bilmişdir. Belə ki, bütün bu işlər "xxxx" MTK tərəfindən icra olunmalı idi. "xxxx" MTK tərəfindən hüquqları pozulmuş və ona 220 manat maddi zərər dəymişdir. Bu səbəbdən həmin 220 manat pul məbləği cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Rabitəbank”-ın **********0944-201837 saylı hesabına xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 220 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli müqaviləsindən müəyyən olunur ki, Koperativin sədri “İcraçı” X2 ilə “Payçı” İddiaçı arasında bağlanmış müqavilə üzrə ümumilikdə 20000 (iyirmi min) manat dəyərində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V yaşayış massivi, Samir Cəfərov küçəsi, 13M saylı binanın 6-cı mərtəbəsində yerləşən 182 nömrəli mənzilə ödənişdən 3700 manat ödəniş etmişdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK-nın sədri X4 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V yaşayış massivi, Samir Cəfərov küçəsi, 13M saylı binanın 6-cı mərtəbəsində yerləşən 182 nömrəli mənzilə **********1 saylı qaz sayğacı qoyulmuş və “Payçı” İddiaçı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD-nin rəisi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V yaşayış massivi, Samir Cəfərov küçəsi, 13M saylı binanın 6-cı mərtəbəsində yerləşən 182 ünvanında yaşayan İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçının iddia ərizəsində göstərdiyi 600 manat Cavabdeh MTK-ya ödənilməmişdir. Kooperativə ödənilmiş 300 manat pul vəsaiti isə işıq, su və qaz saygaclarının dəyərinin bir qismidir. Qaz idarəsinə ödənilən 220 manat isə saygacın plomlanması və sair xərclərə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsi olduğu halda iddiaçı Cavabdeh MTK saygacların alıcının vəsaiti hesabına qoyulmalı olduğunu və onun tərəfindən ödənilmiş 300 manat pul vəsaitinin işıq, su və qaz saygaclarının dəyərinin bir qismi olduğunu, qaz idarəsinə ödənilən 220 manat isə saygacın plomlanması və sair xərclərə aid olduğunu bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin 2.5-ci maddəsində qaz saygaclarının alınması, yoxlanılması, möhürlənməsi və quraşdırılması ilə əlaqədar xərclər payçının vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına 600 manat pul vəsaiti ödənilmişdir. İddiaçı tərəf 600 manat pul vəsaitinin saygacların dəyəri üçün MTK-nın hesabına ödənildiyini iddia etmiş, Cavabdeh MTK isə bu məbləğin 600 deyil, 300 manat olmasını və həmin pul vəsaitinin saygacların dəyərinin bir qismi olduğunu və bu məqsədlə iddiaçıdan alındığını qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, qaz sayğacı ilə təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirildiyindən 220 manat qaz sayğacının dəyəri Cavabdeh MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK-dan 220 manat məbləğində qaz saygacına görə ödənilmiş pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh MTK-dan 220 (iki yüz iyirmi) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3310/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3310/2023
02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver