Məhkəmə qərarları › İş №2(010)-3326/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3326/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3326/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 Ağaməmməd oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit Müqaviləsinin, cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı və Cavabdeh4 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı Zaminlik Müqavilələrinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh1 aid 26382 (iyirmi altı min üç yüz səksən iki) manat məbləğ əsas borc, 938.02 (doqquz yüz otuz səkkiz manat 2 qəpik) manat məbləğ hesablanmış adi faizlər üzrə borc, 36.72 (otuz altı manat 72 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 27 356.81 (iyirmi yeddi min üç yüz əlli altı manat 81 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 172.59 (bir yüz yetmiş iki manat 59 qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 27529.40 (iyirmi yeddi min beş yüz iyirmi doqquz manat 40 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20% olmaqla 26 382 (iyirmi altı min üç yüz səksən iki) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı, Cavabdeh4 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı Zaminlik Müqavilələri bağlanmışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələrinin 2.2.1-ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki— hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2022-ci il tarixli, 1419 saylı xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixə Kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 26 382 (iyirmi altı min üç yüz səksən iki) manat məbləği əsas borc, 938.02 (doqquz yüz otuz səkkiz manat 2 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 36.72 (otuz altı manat 72 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 27 356.81 (iyirmi yeddi min üç yüz əlli altı manat 81 qəpik) manat məbləğində borcu vardır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddi tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borclana 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20% olmaqla 26 382 (iyirmi altı min üç yüz səksən iki) manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı və xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Azmikroinvest” BOKT MMC arasında zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit müqaviləsi üzrə əsas borc 26 382 (iyirmi altı min üç yüz səksən iki) manat, faiz borcu 938.02 (doqquz yüz otuz səkkiz manat 2 qəpik) manat, cərimə borcu 36.72 (otuz altı manat 72 qəpik) manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0 və 477.0.1 Zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında Bxx.xx.2022-ci il tarixli, 01511 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı 36 (otuz altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 20% olmaqla 26 382 (iyirmi altı min üç yüz səksən iki) manat məbləğində pul vəsaitini Cavabdeh1 mülkiyyətinə verməyi, cavabdeh isə həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 digər Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, xx.xx.2022-ci il tarixli, 01511 saylı Kredit müqaviləsi üzrə əsas borc 26382 (iyirmi altı min üç yüz səksən iki) manat, faiz borcu 938.02 (doqquz yüz otuz səkkiz manat iki qəpik) manat, cərimə borcu isə 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat təşkil edir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilə 36 ay müddətinə bağlanmış və hazırda da həmin müqavilə qüvvədə olduğundan, eləcə də zaminlik müqavilələri ləğv edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511 saylı kredit müqaviləsi, cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı və Cavabdeh4 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı zaminlik müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1 Ağaməmməd oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 01511 saylı kredit müqaviləsi üzrə əsas borca görə 26382 (iyirmi altı min üç yüz səksən iki) manat, faiz borcuna görə 938.02 (doqquz yüz otuz səkkiz manat iki qəpik) manat, cərimə borcuna görə 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat olmaqla cəmi 27356.81 (iyirmi yeddi min üç yüz əlli altı manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 172,59 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511 saylı kredit müqaviləsi, cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı və Cavabdeh4 ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı zaminlik müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM1 saylı, Cavabdeh3 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM2 saylı və Cavabdeh4 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixli, 01511/ZM3 saylı zaminlik müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1 Ağaməmməd oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 01511 saylı kredit müqaviləsi üzrə əsas borca görə 26382 (iyirmi altı min üç yüz səksən iki) manat, faiz borcuna görə 938.02 (doqquz yüz otuz səkkiz manat iki qəpik) manat, cərimə borcuna görə 36.72 (otuz altı manat yetmiş iki qəpik) manat olmaqla cəmi 27356.81 (iyirmi yeddi min üç yüz əlli altı manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 172,59 (yüz yetmiş iki manat əlli doqquz qəpik) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 Ağaməmməd oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar