Məhkəmə qərarları › İş №2(010)-333/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-333/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-333/2022 08.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı «Finca Azerbaijan» X2-Bank Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Finca Azerbaijan» X2-Bank Kredit Təşkilatı (bundan sonra - «Finca Azerbaijan» MMQBKT) “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında 22.10.2014-cü il tarixdə **********0887 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 24 % hesablanmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinəı görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 22.10.2014-cü il tarixli, **********0887 saylı kredit müqaviləsi 20.12.2016-cı il tarixli **********840 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 19044 manat müəyyən edilmişdir. Eyni tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.01.2021ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği, əsas borc üzrə 15590,37 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN cəmi 15590,37 AZN məbləğində təşkil edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 15590,37 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN cəmi 15590,37 AZN borcun və 136,77 manat məbləğində dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra «Finca Azerbaijan» MMQBKT-nin nümayəndəsi Camal Orucov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 15590,37 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN cəmi 15590,37 AZN borcun və 136,77 manat məbləğində dövlət rüsumunun «Finca Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Finca Azerbaijan» MMQBKT-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək, borcunun mövcüd olduğunu, ödənişləri mütəmadi olaraq ödədiyibi, ödədikdən sonra sistemdə daha az göstərdiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında 22.10.2014-cü il tarixdə bağlanmış **********0887 saylı kredit müqaviləsindən görünür ki, «Finca Azerbaijan» MMQBKT Cavabdeh2 24 ay müddətinə illik 24% hesablanmaqla 25.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 22.10.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, «Finca Azerbaijan» MMQBKT tərəfindən Cavabdeh2 25.000 ABŞ dolları məbləğində nağd pul verilmişdir. İş materiallarına əlavə edilmiş 01.04.2016-cı il tarixli **********8040 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 20.12.2016-cı il tarixli Sazişdən görünür ki, **********8040 saylı 01.04.2016-cı il tarixli kredit müqaviləsi restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 19044 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 20.12.2016-cı il tarixdə bağlanmış **********3***- ******* saylı müqavilədən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor «Finca Azerbaijan» MMQBKT qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh2 götürdüyü kredit borcu və hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. İş materiallarına əlavə edilmiş 07.02.2022-ci il tarixli çaliyyə arayışından görünür ki, Cavabdeh2 «Finca Azerbaijan» MMQBKT-yə cəmi borcu 14.990,37 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh1 arasında 22.10.2014-cü il tarixdə **********0887 saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 24 % hesablanmaqla 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinəı görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 22.10.2014-cü il tarixli, **********0887 saylı kredit müqaviləsi 20.12.2016-cı il tarixli **********840 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 19044 manat müəyyən edilmişdir. Eyni tarixli, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kreditin qaytarılması üçün qrafik tərtib edilmiş və hər ay ödəniləcək məbləğin miqdarı müəyyən edilmişdir. İş üzrə iddiaçı «Finca Azerbaijan» MMQBKT həmin məbləğdə pulu Cavabdeh2 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4 maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 apel 2021-ci il tarixli qərarndda qeyd edilir ki, ... kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İş materiallarına əlavə edilmiş «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış **********3***-******* saylı 20.12.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminliyin təmin etdiyi əsas öhdəliyin icrası müddəti 24 ay müddətinə müəyyən edilmişdir və 20.12.2018-ci il tarixdə bitir. Həmin zaminliyin təmin etdiyi əsas öhdəliyin icrası müddətindən 20.12.2019-cu il tarixdə bir il ötmüşdür və sözügedən mülki iş üzrə iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə 28.10.2021-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh2 müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən «Finca Azerbaijan» MMQBKT-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 20.12.2016-cı il tarixdə bağlanmış **********3476 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 15590,37 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN cəmi 15590,37 AZN borc və 136,77 manat məbləğində dövlət rüsumu «Finca Azerbaijan» MMQBKT-nin xeyrinə tutulmalıdır. Kəsici müddət bitdiyinə görə Cavabdeh1 zaminliyinə xitam verildiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş 22.10.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, «Finca Azerbaijan» MMQBKT tərəfindən 136,77 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 136,77 manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 15590,37 manat əsas borc olmaqla və 136,77 manat məbləğində dövlət rüsumu iddiaçı «Finca Azerbaijan» X2-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar