Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3334/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 9182 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində çalışır. Təxminən bir neçə il olar ki, iş yerində Cavabdeh ilə tanış olmuşdur. Aralarında bir müddət ünsiyyət yarandıqdan sonra ona söhbət əsnasında emusiya istehsal etməklə məşğul olduğunu demişdir. Daha sonra şərikinin biznesdən ayrıldığını və ona 20000 manat pul lazım olduğunu bildirərək ona şərik olmağını istəyərək həmin biznesi davam etdirəcəyini və aylıq 1500 manat məbləğində pulu ona verəcəyini vəd etmişdir. O da ona inanaraq onunla razılaşmışdır. Özünə məxsus olan avtomaşını 10000 manata satmış, həmçinin kredit tarixçəsinin pis olmasına baxmayaraq "xxxx" Bank ASC-nin 28 may filialında Cavabdeh tanışı Tərlan Ağayevin yardımı ilə Cavabdeh ona zamin durması ilə 12500 manat məbləğində kredit, "xxxx" ASCdən isə 4000 manat məbləğində kredit əldə etmişdir. xx.xx.2022-ci il tarixində krediti götürərək bankın qarşısında ona 18000 manat məbləğində pulu əlbəəl vermişdir. Lakin işlər başladıqdan sonrakı növbəti ay o ona vəd etdiyi 1500 manat pulun əvəzinə yalnız 1000 manat məbləğində pul ödəmişdir. Daha sonra yenidən xammal alması üçün 1000 manat məbləğində pul vermişdir. Növbəti ay ödənişin vaxtı gəldikdə emusiya çəninin oğurlandığını və çəni almaq üçün 3500-4000 manat pul lazım olduğunu demişdir. O da çənin alınması üçün ona yenidən 1000 manat məbləğində pul vermişdir. Bir müddətdən sonra artıq onun ödəniş etmədiyini gördükdə aldadıldığını anladı və verdiyi 20000 manat məbləğində pulu geri verməsini tələb etdi. O, isə öz növbəsində 20000 manat məbləğində pulun sadəcə 12000 manat məbləğində pulu geri ödəmişdir. Geri qalan 8000 manat məbləğində pulu isə qaytarmamışdır. Bununla bağlı ilk şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixində Nəsimi rayon prokurorluğuna müraciət etmişdir. Müraciəti əsasında iş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmiş və Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Mirzəyevin icraatına daxil olmuşdur. Polis şöbəsinə dəvət olunun Cavabdeh yalan izahat verərək guya 20000 manat məbləğində pulu tam ödədiyini demişdir. Lakin “whatsapp” tətbiqi üzərindən onunla aralarında olan söhbətlər əsnasında pulu tam şəkildə ödəmədiyini, hələ də 8000 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Həmin 8000 manat məbləğində borcu istədikdə isə onu təhqir etmiş, pulu vermədiyi təqdirdə barəsində şikayət edəcəyi halda ona hədə-qorxular gələrək pulu verməyəcəyini demişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Mirzəyev tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, "xxxx" Bank ASC ona və X1 qarşı kredit müqaviləsi üzrə borc tələbi ilə məhkəməyə müraciət edərək 7580.89 manat əsas borc, 596.11 manat faiz borcu və 2437.42 manat dəbbə pulu olmaqla cəmi 10614.42 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi həmin pulu da götürüb Cavabdeh vermişdir. İmkanı olmadığı üçün kredit ödənişlərini vaxtında edə bilmir. Cavabdeh krediti ödəyəcəyini desə də, lakin bu günə qədər ödəməkdən boyun qaçırmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-3953/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək, X2 və ondan müştərək qaydada xx.xx.2022-ci il tarixli, İST-FB-2134 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7580.89 manat, faiz borcuna görə 596.11 manat, cəriməyə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 105,57 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Ümumilikdə Cavabdeh ona 9182 manat borcu yaranmışdır. Göründüyü kimi Cavabdeh öz öhdəliklərini həyata keçirməkdən yayınmış, ona olan borcunu ödəməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, verdiyi pulun ona qaytarılmasını istəyir. Qalan pul qaytarılıb. Pulu ödədikcə ona yazırdı ki, özündə qeyd aparsın. Həmişə qırıq-qırıq ödəyib. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh bildirmişdir ki, prokurorluqda onun adına cinayət işi olmayıb. 20000 manat götürmüşdür və qaytarmışdır. Ona verdiyi pulun bir hissəsini kimdənsə faiz kimi götürüb. Onun götürdüyü faizin də onunla heç bir əlaqəsi yoxdur. O ona götürdüyü pulu qaytarmışdır. Borcu etiraf etmir. 20000 manatı hissə-hissə qaytarmışdır. İş yerinin qabağına maşınla gəlib qaytarmışdır. O vaxt 4100 manat istəyirdi. İndi qiyməti şişirdib. Faiz götürdüyü şəxsdən olan məbləği də ona yazıb. Yazışmalar apardığı nömrə ona aiddir. İş materialları. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-3953/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 və İddiaçı müştərək qaydada xx.xx.2022-ci il tarixli, İST-FB-2134 saylı kredit müqaviləsi üzrə əsas borca görə 7580,89 manat, faiz borcuna görə 596,11 manat, cəriməyə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 105,57 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Mirzəyev tərəfindən icraatında olan İddiaçı müraciətinə baxılmış və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və vətəndaş İddiaçı tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüququ olmasının izah edilməsi qərarı verilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, təxminən 2-3 ildir Rəcəbəli adlı iş yoldaşıyla münasibətləri yaranmışdır. Onunla birlikdə Ədliyyə Nazirliyinin Mühafizə Alayında işləyirdilər. Həmin müddətdə o Balaxanı qəsəbəsində şərikli olaraq, emusiya istehsalı ilə məşğul idi. Şərikinin həmin biznesdən ayrılmasından sonra, o müəyyən telefon danışıqları apararaq, özünə yeni şərik axtarırdı. Telefon danışıqlarını eşidən keçmiş iş yoldaşı Rəcəbəli onunla şərik ola biləcəyini təklif etdi. O ona 20000 manat pul ödəyərək, şərik ola biləcəyini bildirdi və onunla razılaşdı. Daha sonra o ona 20000 manat pul ödədi və onlar işə başladı. Növbəti ay o Rəcəbəliyə gəlirdən 1000 manat pul verdi. Lakin ondan xammal alması üçün işə pul yatırtmasını bildirdi. İşi davam etdirmək üçün Rəcəbəli ona xatırlamadığı qədər ödəniş etdi. Onlar xammal aldıqdan sonra, Rəcəbəli ilə birlikdə sexə gedərkən, sexdə emusiya çəninin oğurlandığını aşkar etdilər. Yeni çən almaq üçün Rəcəbəli ona 1000 manat pul verdi. Ümumilikdə Rəcəbəli ona 20000 manat pul verdi. Bundan sonra Rəcəbəli ona çatdıra bilmədiyini bildirdi və ödədiyi 20000 manat pulu ondan geri tələb etdi. Ondan pulu geri qaytarmaq üçün 1-2 aylıq möhlət istədi və həmin müddət ərzində hissə hissə olmaqla ümumilikdə 20000 manat pulu tam şəkildə təxminən 1 il bundan öncə ödəmişdir. İş materiallarında olan “whatsapp” tətbiqi üzərindən Cavabdeh məxsus olan +994 (099)-94-09-09 mobil nömrəsi ilə aparılmış yazışmaların çıxarışlarından görünür ki, Cavabdeh qalan borcu İddiaçı borcu olduğunu etiraf etmiş və bu borcun müəyyən edilmiş vaxtda ona qaytara bilməyəcəyini qeyd etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95. Səs və video yazılar 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə 20000 manat məbləğində pul vəsaiti vermiş, lakin daha sonra tərəflər arasında işin baş tutmaması səbəbi ilə İddiaçı Cavabdeh ona ödənilən 20000 manat məbləğində pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Cavabdeh isə iddiaçıdan aldığı pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına sübut qismində əlavə edilmiş “whatsapp” tətbiqi ilə 14 iyul 20222-ci il tarixində aparılmış yazışmalardan görünür ki, cavabdeh borclu olmasını etiraf edir. Həmçinin, xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh öz izahatında 20000 manat məbləğində pul vəsaitini götürdüyünü, lakin daha sonra qaytardığını bildirmişdir. Eyni zamanda, məhkəmə iclasında cavabdeh izahat verərək, borcu qaytardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan 20000 manat məbləğində pulun götürdüyünü, lakin sonra qaytardığını bildirsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına sübut qismində əlavə edilmiş audio yazılardan görünür ki, cavabdeh iddiaçıya borclu olduğu pulu qaytarmağı vəd edir. Məhkəmə iclasında iddiaçı sübut qismində təqdim etdiyi audio yazıların cavabdehə məxsus olmasını qeyd etmiş, cavabdeh isə təsdiq etmişdir ki, həmin telefon nömrəsi onun istifadəsindədir. Daha sonra cavabdeh təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, öz dəlil və etirazlarını bildirməmişdir. Bu halda məhkəmə hesab edir ki, o halda ki, cavabdeh iddiaçının ona pul verdiyini etiraf etmişdir, iddiaçının ona verdiyi pulu qaytarmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçıya pulu qaytarmasını sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçıya onda olan pulunu qaytarmalı olduğu halda bunu etməmişdir. Bununla da, cavabdeh borclu olduğu halda iddiaçıya maddi ziyan vurmuşdur, iddiaçı isə cavabdehdən əsassız varlanma nəticəsində yaranmış borcunu tələb etməkdə haqlı olmuşdur. Məbləğə gəldikdə isə, məhkəmə qeyd edir ki, təqdim edilmiş “whatsap” yazışmalardan görünür ki, iddiaçı cavabdehə 300 manatın qaytarmasını və bununla borcun 10000 manat olmasını təklif edir. Cavabdeh pulunun olmaması qeyd edərək, 300 manatı qaytarmaqdan imtina edir, lakin 10000 manat borcu olduğunu inkar etmir. İddia tələbi üzrə iddiaçı 9182 manat, yəni bu məbləğdən daha aşağı məbləği tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh məbləğə dair heç bir sübut təqdim etmədiyindən, iddiaçının tələbi təmin edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh borcu etiraf etmədiyini bildirsə də, buna dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən yerinə yetirilmiş öhdəliklərin əvəzi olaraq müəyyən edilmiş pul məbləğini tam həcmdə ona ödəməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 9182 manat məbləğində pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9182 manat məbləğində borc və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-3334/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3334/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver