Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3348/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Cavabdeh Həsən oğlunun iştirakı ilə, İddiaçı ASC-nə Cavabdeh Həsən oğluna qarşı borc tələbi barədə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nə Cavabdeh Həsən oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Həsən oğlundan su və kanalizasiya xidmətlərinə görə yaranmış 608.28 manat borcun №**********000 abonent koduna və +30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin ilə İddiaçı ASC-nin hesabına ödənilməsinə, ümümilikdə 638.28 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı “İddiaçı ASC-nin nümayəndəsi mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh Həsən oğlu isə iddiaçı məhkəmə iclasına təkrarən gəlmədiyinə görə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddiaçı tərəf məhkəmə iclaslarına gəlmədiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilərək, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nə Cavabdeh Həsən oğluna qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı ASC-nə Cavabdeh Həsən oğluna qarşı borc tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3348/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3348/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver