Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3368/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Səfərova Sahibə (Sahilə) Abbas qızına qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 780.86 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Səfərova Sahibə (Sahilə) Abbas qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Səfərova Sahibə (Sahilə) Abbas qızından su təhcizatı və kanalizasiya xidmətlərinə görə 780.86 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 810.86 manat məbləğində pulun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh Səfərova Sahibə (Sahilə) Abbas qızına qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 780.86 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” mülki iş tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh Səfərova Sahibə (Sahilə) Abbas qızına qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 780.86 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3368/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3368/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver