Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3372/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Vartan qızına qarşı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkəmənin inzibati binasında 12 avqust 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Vartan qızına qarşı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Vartan qızı arasında ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında öz ailəsi ilə yaşayır və qeydiyyatdadır. 10.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaş İddiaçı adına çıxarışın verilməsilə (çıxarışın qeydiyyat nömrəsi **********) ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisinə mülkiyyət hüquqlarını təsdiqləmişdir. Həmçinin yuxarıda adı çəkilən çıxarışda torpaq sahəsi üzərində hüququn növü də müvəqqəti müəyyən olundu - istifadə. Torpaq sahəsinin ölçüsü 0,100860 ha təşkil edir. Yəni 10 sot torpaqdan hər iki tərəf - həm İddiaçı, həm də Cavabdeh Vartan qızı bərabər şəkildə istifadə edə bilər. 25.08.2020-ci il tarixdə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin onun payına ayıraraq, yeni bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. DƏDRX onun bu xahişini nəzərə alaraq, hadisə yerinə mühəndisləri göndərmişdir. Cavabdeh Vartan qızı tərəfindən mühəndislərə göstərilmiş acıqlı və inadlı maneə və müqavimət, onlara bu əməliyyatı yerinə yetirməyə imkan verməyib. Bunun haqqında iddiaçıya DƏDRX tərəfindən tərtib edilmiş akt çox aydın şəkildə bildirir. Cavabdeh Vartan qızının belə müntəzəm xarakteri daşıyan hərəkətlərindən məhkəməni xəbərdar etmək özünə borc bilir, ona görə ki, bu problemin həlli kimi, o, tərəfdən həmişə ədalətli prinsiplərə əsaslanan variantlar təklif olunurdu. Lakin Cavabdeh Vartan qızı bu variantları saymamazlıqla və qəsdpərəstliklə rədd edərək, həmişə bütün torpaq sahəsini zəbt etmək niyyətində idi. Onlara verildiyi çıxarışda deyilir ki, hər iki tərəf bütün torpaq sahəsindən bərabər şəkildə istifadə edə bilər. Lakin naturada iddiaçı tamamilə başqa bir vəziyyətlə qarşılaşıb, çünki Cavabdeh Vartan qızının təcavüzkar və işğalçı iştağları və niyyətləri, prosesi ləngidərək, onun gedişinə mane olur. Hal-hazırda hüquqi nöqteyi-nəzərdən münaqişəli vəziyyət açıq, aydın və aşkar şəkildə tam yetişmişdir və öz həllini tələb edir. Bu məsələ yalnız məhkəmə qaydasında həll edilməlidir. Həmin vəziyyət iddiaçının vətəndaş və konstitusion hüquqlarını kobudcasına pozur. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh Vartan qızı arasında ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh tərəfindən yeni bölgü sxeminin tərtib olunmasının maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında bilidirmişdir ki, həmin yeni sxemin üzərində gələcək çəpərin xətti qeyd olunmalıdır. O çəpər hər iki ailəyə tam sərbəst və mübahisəsiz torpaqdan istifadə etməyə imkan verəcək. Bu ailələrin yaşadığı torpaq sahəsi isə yenə də, keçmişdə olduğu kimi, Azərbaycan Dövlətin ayrılmaz hissəsi kimi qalacaq. Yeni bölgü sxeminin tərtib olunması və ona müvafiq olaraq yeni texniki pasportların tərtib olunmasıyalnız zaman sualıdır və gec ya tez bu məsələ öz müsbət həllini tapmalıdır. Həm də bu nəyinki iddiaçının, lakin cavabdehin də maraqlarında olmalıdır və həmin prosedurun həyata keçirilməsində hər iki tərəfin ehtiyacı var. Şübhəsiz ki, bütün torpaqlar dövlətə məxsusdur, amma bununla belə o torpaqlarda insanlar məskunlaşıb, onlardan istifadə edir və biri-birindən daş çəpərlər vasitəsilə sərhədlərin müəyyən edib. Yeni bölgü sxeminin tərtib olunması proseduru mütləq şəkildə DƏDRX tərəfindən aparılmalıdır. Əks halda məhz dövlət tərəfindən müəyyən edilmiş qaydalar pozulur. Lakin DƏDRX tam haqlı əsaslarla belə bir iradlarla razılaşmayacaq, çünki torpaq sahələrin paylara bölünməsi məhz məhkəmənin müstəsna hüququ sayılmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Vartan qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, o məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10.03.2020-ci il tarixli, ********** saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına B tikilisi üzrə 10.03.2020-ci il tarixdə ********** sayla qeydiyyata alınmışdır.Cavabdeh adına xüsusi mülkiyyət hüquq əsasında A tikilisi ----55601 saylı qeydiyyat nömrəsilə qeydə alınmışdır. Asan 4 tərəfindən verilmiş 25.05.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, İddiaçı 08 may 2007-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadır. Eyni zamanda Cavabdeh da qeydiyyatdadır. Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(010)-478/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh X2 qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 2(103)-345/2019 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair ilk, həmçinin İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi» barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(010)- 2163/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(010)-2163/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş 17 sentyabr 2020-ci il tarixli məktuba əsasən, Suraxanı rayonu, Əmircan qəsəbəsində paylı mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair digər payçı ilə bərabər ölçüdə bölgü sxeminin hazırlanması barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən sənədlər əsasında paylı mülkiyyət hüququ 10.03.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış və texniki pasport hazırlanmışdır. Çıxarışa əsasən “A” tikilisi Cavabdeh Vartan qızına, “B” tikilisi isə İddiaçı aid olmaqla torpaq sahəsi 0.10086 ha olmaqla ümumi istifadədə göstərilmişdir. Faktiki olaraq isə “B” tikilisi və “A" tikilisi birbirindən naturada fiziki sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcuddur. Müraciət əsasında istifadədə olan torpaq sahəsinin 1/2 olmaqla bölgü sxeminin tərtib olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmişdir. Odur ki, tələb etdiyi bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə araşdırılması zamanı və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında öz ailəsi ilə yaşayır və qeydiyyatdadır. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisinə mülkiyyət hüquqlarını təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.03.2020-ci il tarixli ********** çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququn növü də istifadə hüquq kimi müəyyən edilmişdir. Çıxarışa əsasən həmin torpaqdan ot torpaqdan hər iki tərəf - həm İddiaçı, həm də Cavabdeh Vartan qızı bərabər şəkildə istifadə edə bilər. 25.08.2020-ci il tarixdə iddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, bütün həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin onun payına ayıraraq, yeni bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. DƏDRX onun bu xahişini nəzərə alaraq, hadisə yerinə mühəndisləri göndərmişdir. Lakin cavadeh tərəfindən yeni bölgü sxeminin hazırlanmasında maneələr torədilmişdir. Həmin hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş 17 sentyabr 2020-ci il tarixli məktubu ilə təsdiq olunur. Məktubda qeyd olunur ki, 10 mart 2020-ci il tarixli çıxarışa əsasən “A” tikilisi Cavabdeh Vartan qızına, “B” tikilisi isə İddiaçı aid olmaqla torpaq sahəsi 0.10086 ha olmaqla ümumi istifadədə göstərilmişdir. Faktiki olaraq isə “B” tikilisi və “A" tikilisi bir-birindən naturada fiziki sərhədlə ayrılaraq “B” tikilisinin ətrafında 120.5 m2, “A” tikilisinin ətrafında 888.1 m2 torpaq sahəsi mövcuddur. Müraciət əsasında istifadədə olan torpaq sahəsinin 1/2 olmaqla bölgü sxeminin tərtib olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmiş və iddiaçı tərəfindən tələb etdiyi bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(010)-478/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh X2 qarşı “həyətyanı torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Suraxanı rayonu Məhkəməsinin 10 mart 20201-ci il tarixli qətnaməsində qeyd olunur ki, “... iş materiallarından olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövət Reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerəşən fərli yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və bu torpaq sahəsi üzərində çıxarış sahiblərinin ümumi istifadə hüququ vardır. İddiaçı isə hazırki iddia tələbi ilə öz mülkiyyətində omlayan torpağın paylı mülkiyyət kimi cavabdehlə aralarında fiziki sərhədlər müəyyən edilməklə naturada bölünməsini tələb edir. Göründüyü kimi iddiaçının buna subyektiv hüququ yoxdur. Digər tərəfdən,əgər iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinin məqsədi müvafiq torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına nail olmaqdırsa, iddiaçı nəzərə almalıdır ki, bu məqsədə hazırki tələblə çatmaq mümkün deyl. Belə ki, qanunla yalnız paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması müəyyən edilmişdir. Əgər iddiaçı torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına nail olmaq istəyirsə, bununla bağlı ilk növbədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. İş materiallarından da görünür ki, iddiaçı bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, Xidmət tərəfindən həm iddiaçıya, həm də cavabdehə məxsus tikilinin ətrafında olan torpaq sahəsinin ölçüsü müəyyən edilmiş, lakin hazırki iş üzrə cavabdeh yeni bölgü sxeminin hazırlanmasına etiraz etdiyindən yeni sxem hazırlana bilməmişdir. Belə olan halda İddiaçı subyektiv hüququnun olmadığı hazırki iddia ilə məhkəməyə müraciət etmək yerinə, torpaq sahəsindən istifadə hüququ ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldılıması tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırki iddia tələbi isə bu cür iddianı qaldırmağa subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Həmçinin, iddiaçı cavabdehlə ümumi istifadələrində olan torpaq sahəsi üzərində istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Bundan əlavə qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2019cu il tarixli 2(103)-345/2019 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair ilk, həmçinin İddiaçı Cavabdeh qarşı «həyətyanı torpaq sahəsinin istifadə qaydalarının müəyyən edilməsi» barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(010)-2163/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(010)-2163/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd olunur ki, “... cavabdeh isə hazırki vəziyyətdə qeyd edilən halların mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bu səbəbdən, mübahisəli torpaq sahəsinrin qarşılıqlı iddia ərizəsinə əsasən tərəflər arasında bölünməsi (naturada) hüquqi cəhətdən mümkün deyildir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlaka hüquqar qanunla müəyyən olunmuş qayada yaranaraq, dövlət qeydiyyatına alınlıqdan sonra, cavabdehin torpaq sahəsindən sitifadə iə bağlı (mübahisə halında) müvafiq əsaslarla məhkəməyə müraciət hüququ istisna olunmur. ” Yuxarıda göstərilmiş artıq qanuni qvvəyə minmiş apellyasiya instansiya məhkəməsinin qətnaməsində iddiaçıya olan hüquqi tövsiyyədə göstərilir ki, nə qədər ki iddia İddiaçı mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikintisinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququ rəsmiləşdirilməyib, o qədər də Cavabdeh qarşı həmin torpaq sahəsinin bölünməsi, istifadə qaydalarının müəyyən edilməsi və digər iddiaları ilə əlaqədar məhkəməyə müraciətsə də, həmin iddiaların təmin edilməsi mümkün olmayacaqdır. İşin faktiki hallarından, o cümlədən iddiaçının izahatından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş 17 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı həmin orpaq sahəsini rəsmiləşdirməyə cəhd etsə də, cavabdehin maneçilik törədən hərəkətlərinə əsasən bunu həyata keçirə bilməmişdir Məhkəmə yuxarıda göstərinlərinə əsaslanaraq qeyd edir ki, İddiaçı evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmasa da, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar məzmunlu iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarını (Akimova Azərbaycana qarşı) order və icarə müqaviləsi əsasında dövlət mülkiyyətində olan mənzilə yaranan hüququn müdafiəsini mülkiyyət hüququnun müdafiəsinə bərabər tutmaq məsələsində məhkəmə presedent kimi qəbul edir. Həmin qərarın müvafiq bəndlərində məhkəmə müəyyən etmişdir ki, “39. ... Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Sadalanan ölkədaxili və beynəlxalq qanunvericilik aktı normalarını, işin materiallarını və iddiaçının izahatını əsas götürən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət, o cümələdn istifadə hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət, o cümələdn istifadə hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, İddiaçı istifadəsində olan 0,100860 hektar torpaq sahəsi ilə bağlı Cavabdeh Vartan qızı tərəfindən yaradılan maneələr – ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən istifadə hüquq ilə bağlı yeni bölgü sxeminin hazırlanmasına cavabeh tərəfindən yaralımış maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Vartan qızı tərəfindən törədilən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin yeni bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh Vartan qızından tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3372/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3372/2021
12.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver