Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3378/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi 1.İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları 2.İş üzrə məhkəmə hazırlıq iclası 17 iyul 2024-cü il tarixə, saat 10:15-ə təyin edilmişdir. 3.Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə SMS və rəsmi bildiriş vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir.
4. İddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərərək, iddia tələbinin baxılmamış saxlanılmasını və məhkəməyə təqdim edilmiş sənədlərin əslərinin geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.